“Paşinyanın növbəti dəfə Putinin əlini sıxması da buna dəlalət edəcək”
“Ermənistanın baş naziri Nikol Paşinyan "beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə Moskvaya gedib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. "Beynəlxalq atom həftəsi" konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq:
“Çünki, onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: “Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı”. Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyün davam etdirəcəyini söylədi. Fikrimcə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq. Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də, Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

