05 Sentyabr 2025 14:15
87
DÜNYA

Dünya gücləri Ukraynanı "oyuncağa" çevirib

CNN yazır ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bir qənatə  gəliblər  ki, Avropa Ukrayna münaqişəsinin həllinə mane olur.

 "Putin və Tramp yenə bir dalğadadırlar. ABŞ və Rusiya liderləri diqqətlərini Avropaya yönəldiblər"- deyə materialda qeyd olunur.

 Belə çıxlr ki, beynəlxalq səviyyədə ərazi bütövlüyü tanınan suveren dövlətin ərazilərinə hücum edərək işğal edən Rusiyanın heç bir günahı yoxuymuş. Günah əraziləri işğala məruz qalmış Ukrayna və ona hərbi dəstək göstərən Avropadır?

  Rusiyanı zəiflədib çökdürmək məqsədiylə münaqişənin alovlanmasına rəvac verən, ötən illər ərzində müharibənin uzanması üçün Ukraynaya yüz milyardlarla dollarlıq hərbi yardım göstərən  ABŞ-ın keçmiş Bayden administrasiyasının isə, ümumiyyətlə heç bir günahı yoxdur?

 Rüstəm Hacıyev