02 Dekabr 2017 12:30
25381
ƏDƏBİYYAT

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısıTayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindənbiridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyəköç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcüməolunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinətərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçalarıöz oxucularına təqdim edir.

BEŞİNCİ FƏSİL

Səhər tezdən babam gilin qapısının ağzındaydım.Qapı köhnə olsa da hələ möhkəm idi. Onun düzəldilməsinə yəqin ki, bütöv bir qozağacı sərf olunub. Bu qapını kəndimizin mahir ustası Vad əl-Basır düzəldib. O,dülgərlik peşəsini məktəbdə oxuyub öyrənməsə də, əlindən sakiya təkəri də,onlarçün halqa da, qapı da, bir sözlə, hər şey düzəltmək gəlirdi. Üstəlik,çıxığı yerinə salmağı, sınmış sümüyə təpitmə qoymağı, yaranı dağlamağı, qanalmağı da bacarırdı. Eşşəklərdən yaxşı baş çıxardırdı. Kənddə heç kim əvvəlcədənVad əl-Basırla məsləhətləşmədən eşşək almazdı. O hələ sağdır, amma öz peşəsiyləçoxdan vidalaşıb, daha babamın evindəki qapılardan düzəltmir. İndi bir az cavanolanlar Omdurmanda fıstıq ağacından, hətta dəmirdən də qapı düzəldildiyini bilir və gedib ordan alıb gətirirlər.Nasoslar peyda olandan sonrasa daha sakiyə də heç kimə lazım olmadı.

Qapının arxasından bərk gülüş səsləri gəldivə mən babamın cingiltili gülüşünü, Vad ər-Rəisin qarnını tutub şaqqanaq çəkməsini, doyunca yeyib mıxlanmış başqa bir adamın qəhqəhəsiniasanlıqla bir-birindən ayırdım. Bəkrinin səsini də tanıdım. Bint Məhcub bərkdən,əsl kişi kimi gülürdü. Sanki bağlı qapının arasından onların hamısını görürdüm.Babam xəz dərili canamazın üstündə oturub səndəl ağacından düzəldilmiş təsbehiniçevirirdi. Təsbehin daşları sakiya navalçası kimi onun barmaqlarının arasındaneyni ardıcılıqla keçirdi.

Babamın köhnə dostları Bint Məhcub, Vad ər-Rəis,Bəkri alçaq taxtın üstündə rahatlanmışdılar. Babam sidqi-ürəkdən inanırdı ki,hündür taxt şöhrəstpərəstlik, alçaq taxtsa təvazökarlıq əlamətidir.

Taxta dirsəklənmiş Bint Məhcubun digər əlindəsiqaret var idi. Vad ər-Rəisinbığlarının ucundan ədəbsiz əhvalatlar axıb tökülürdü. Bəkri həmişəki kimi öz aləminəqapılmışdı.

Babamın böyük evi nə daşdan, nə də bişmişkərpicdən hörülmüşdü. O, torpaqdan, buğda yetişdirilən adi torpaqdan idi. Evtarlanın davamı kimi düz onun kənarında tikilmişdi. Həyətdə əncir və akasiyaağacları əkilmişdi. Ətrafdakı sahədə bitən bitkilər evin rütubətdən kif basmışdivarlarında da göyərirdi.

Evin içi daha çox labirintə oxşayırdı.Onun necə tikildiyini bir allah bilir. Hər halda, bu ev bir, hətta on iləindiki səviyyəyə çatmayıb. İçəridə çoxlu sayda böyük və kiçik otaqlar var. Buotaqlar ehtiyac olduqca tikilib və kortəbii şəkildə əvvəlki otaqlara calanıb.Babam bir balaca pul toplayan kimi evə yeni bir otaq artırılırdı. Onun fikrinəgörə pul adama ona görə lazımdır ki, tiksin. Evdə dəhlizlər nəzərdətutulmamışdı, otaqlar bir-birinin içinə açılırdı. Qapılar o qədər alçaq idi ki,girib-çıxanda alnının tirə toxunmaması üçün əyilmək lazım gəlirdi. Ümumiyyətlə,qapı qoyulmamış otaqlar da var idi. Bəzi otaqlar pəncərəli, bəzisi pəncərəsizidi, bəzilərinin divarları hamar, bəzilərinin divarlarısa çınqıl, qara gil və təzəkqarışığıyla malalandığı üçün kələ-kötür idi. Tavan və çatlar palma ağaclarının,nil akasiyalarının budaqlarından və gövdəsindən, dam örtüyüsə palmayarpaqlarından idi.

Yayda ev sərin, qışda isti olur. Zahirigörkəmindən möhkəm evə oxşamır, əlbəttə, yalnız zahiri görkəmindən, çünki onunmöhkəmliyi zamanın öz sınağından çıxıb.

Mən ala qapıdan içəri girib yan-yörəyəgöz gəzdirdim. Həyət çox büyükdür. Sağ tərəfdəki döşənəklərin üstündə xurma və qabıqlı istiot qurudulurdu.Sol tərəfdə buğda və paxla kisələri yığılmışdı. Bəzilərinin ağzı tikilmiş, bəzilərininağzı açıq idi. Uzaq bir küncdə keçi acgözlüklə arpanı gözünə təpir, çəpişsəonun əmcəyini əmirdi. Evin ovqatı sahələrlə sıx bağlıydı, nəbzi əkin-biçinləvururdu. Tarlalar göyərir – evdə şənlikdir, quraqlıq sahələri məhv edir – evdəmatəmdir.

Babamın evinin iyini dünyanın bütünqoxuları arasında dərhal tanıyıram. Məgər un, bibər, xurma, paxla, lobya, dəvətikanıkimi müxtəlif qoxuların qarıışığından ibarət olan bu iyi unutmaq olar? Bütünbunlarsa böyük bir manqalın üstündə tüstülənən buxurun xoş ətri içində boğulur.

Bu rayihə daim mənə, demək olar ki, hərşeydən imtina eləyən tərki-dünya babamın allaha ibadət etmək üçün lazım olan ləvazimatlardanötrü son qəpiyini də əsirgəmədiyini xatırladır. Üstündə namaz qıldığı, soyuqgecələrdəsə yorğan kimi üstünə saldığı iri canamaz üç bəbir dərisindəntikilmişdi. Misdən hazırlanmış, hər tərəfi rəsm və naxışlarla bəzədilmiş dəstnamazparçı mis məcməyinin üstünə qoyulmuşdu. Babam səndəl ağacından düzəldilmiş təsbehiyləxüsusi qürur duyurdu. Onu nazla çevirir, üzünə yaxınlaşdıraraq əvvəcə sol,sonra sağ yanağına sıxır, ləzzətlə iyləyərək qoxusunu sinəsinə çəkirdi.

Bir də görürdün gözlərini qıyıb xatirələrədalırdı. Bu vaxt, allah eləməsin, nəvələrindən biri ona mane olsun. O zaman təsbehiuşağın balaca başına döyəcləyərək qışqırırdı: "İtil burdan, şeytan”.

Evdəki otaqlar və həyətdəki palmalarkimi allaha ibadət törəninin də öz mənası var idi. O da insanın keçmişini, yaşanmışömrünün illərini canlandırırdı.

Qapının ağzında duyduğum ləzzətdən zövqalaraq yavaşıdım. Hər dəfə kəndimizə dönərkən babamın evinin astanasında mənieyniylə bu cür hisslər bürüyür. Olduqca qoca, qüdrətli, həyatda çox şeylərgörmüş bu adamın yer üzündəki mövcudluğundan doğan sevinc və heyrət hissləri.Babamı qucaqlayanda ruhuma tayı-bərabəri olmayan, misilsiz bir qoxu çökürdü –sanki sərdabənin xəfif sərinliyinə südəmər uşaq nəfəsinin hərarətiqarımışmışdı.

Onun yavaş, sakit səsi dərhal adamda inamyaradırdı. Danışanda mənə elə gəlirdi ki, bizim qayğılar, qayğılar, yalnızqayğılar vəd eləyən narahat gələcəyimizə körpü salır. Gələcək uzaqlarda çoxtutqun görünür. O öz bitkin formasına düşməyib, sirli, əsrarəngiz dağ zirvəsikimi qatı dumana bürünüb.

Sənaye Avropasıyla müqayisədə biz kimik?Kasıb kəndlilər, vəssalam! Ancaq babamı qucaqlayanda mən özümü bəstəkar təbiətinyaratdığı simfoniya kimi zəngin və güclü hiss edirəm.

Yox, mənim babam hündür, yaşlı ağaca bənzəmir.Onu kökləri yerə möhkəm oturmuş qollu-budaqlı palıdla müqayisə etmək olmaz. Əgərağaclarla müqayisə eləmək lazımdırsa, onda babamı Sudanın səhralarında bitənqalın qabıqlı, iti tikanlı balaca sayali ağacına bənzətmək olar – axı, ölümünözü belə onların qarşısında gücsüzdür.Bu ağaclar öz həyat enerjisini yavaş-yavaş, xəsisliklə xərcləyir. Babam da belədir.Bütün azar-bezarlardan, aclıq və müharibələrdən sağ çıxmağı bacarıb. İndi onunyaşı yüzə yaxınlaşsa da, dişlərinin hamısı yerindədir. Dar gözləri ensiz yarığaoxşayırdı, elə bil koruş idi, əslindəsə, bu gözlər hətta qaranlıqda da görürdü.Üzgün bədəni quruyub qırışmışdı. Zərrə qədər də piyi yox idi. Sümükləri nazilsədə, dərisi və əzələləri qartısa da hələ ki, eşşəyin belinə rahat qalxır və hərgün evdən sübh alatoranlıqda çıxıb məscidə piyada gedir.

Mən oturub rahatlanana qədər babam gözlədi,sonra gülüşünü güclə boğaraq, ətəyiylə gözünün yaşını silib dedi:

-Vad ər-Rəis, allaha and olsun ki, sənindanışdığın əhvalatdan adamın qarnı sancır.

Vad ər-Rəis mənim gəlişimlə yarımçıq kəsdiyi əhvalatınardını danışmağa davam elədi:

-Hə, beləliklə, hacı Əhməd, həminqızı eşşəyə mindirib öz qabağımda oturtdum, osa ora-bura burulmağa, fırfırakimi fırlanmağa başladı. Sağa-sola əyilir, yuxarı atılıb-düşür və birdəntarappp! Əynindəki bütün paltarı çıxıb töküldü. Baxıram, gözlərimə inanmıram.Anadangəlmə, lümlüt qarşımda oturub. Özü də, deyəsən, nil kənizlərindən idi.Hacı Əhməd, deyim, sən də bil. Döşləri dimdik durub göz deşirdi. Necə də gözəlidi! Dərisini elə bil yağ sürtüb hamarlamışdın, ay işığında parıldayıb rəngdən-rəngədüşürdü. Az qala, dəli olmaq mümkün idi. Günəbaxan sahəsində çılpaq bir yergörüb, eşşəyin belindən endim, əlbəttə, mənimlə birlikdə o da aşağı düşdü. Təzəcəonu bərk-bərk qucarlamaq istəyirdim ki, qarğıdalıların arasından şırıltı gəldi,sonra hansısa bir səs soruşdu: "Orda kim var?” Cavanlığımızda biz nələruydurmamışıq, hacı Əhməd! Birdən ağlıma gəldi ki, özümü ifrit kimi qələmə versəmnecədir? Yəqin, dadıma çatar. Və şeytanın da həsəd aparacağı vəhşi bir səsləanqırdım. Qumu hara gəldi sovurur, özümü dəli kimi aparıram. Həmin adam qorxubdabanlarına tüpürdü. Necə bilirsiniz, bu kim olsa yaxşıdır? Mənim öz əmim İsa.Sən demə, o məni günəbaxan sahəsinə kimi izləyirmiş. Qızı düz toyun içindənçıxardıb aparan andan gözünü məndən çəkməyb. İfrit kimi tullanıb-düşdüyümü görəndəelə bilib ki, mənə nəsə olub. Allah kömək olmuş, səhəri hava açılar-açılmazatamın yanına gələrək, hər şeyi əvvəldən axıra kimi necə var, eləcə də ona danışandansonra dedi: "Sənin oğlun murdar şeytandır. Əgər bu gün ona arvad tapmasaq, kənddəkibütün qızları korlayacaq və rüsvayolacağıq”. Bax, elə həmin gün məni Rəcəb əmimin qızıyla evləndirdilər. Allahona rəhmət eləsin, bir müddətdən sonra zavallı qız doğuş vaxtı öldü.

Bint Məhcub xeyli güləndən sonra,siqaretdən tutulmuş xırıltılı kişi səsiylə dedi:

-Görürəm, az qala, lap uşaqlıqdan beləşeylərə aludə olmusan.

-Heç olmasa sən dinmə, Bint Məhcub, –deyə Vad ər-Rəis kefini pozmadan cavab verdi. –Kim olmasa da sən bu işlərdə ustasan. Səkkiz ər basdırmısan, indi dəkimsə çıxsa fürsəti əldən verib "yox” deməzsən, hərçənd, artıq yaşlı arvadsan.

-Nə etmək olar, – babam dedi. – Bint Məhcubkimisini bütün dünyada axtarıb tapa bilməzsən.

Bütün bu vaxt ərzində gülməkdən kəlmə dəkəsməyə macal tapmayan Bəkri Bint Məhcuba tərəf dönüb dilləndi:

-De görüm, ərlərindən hansını daha çoxsevmisən?

-Vad əl-Bəşiri, – deyə Bint Məhcubfikirləşmədən cavab verdi.

-O cins ayğıra oxşayanı? – deyə Bəkribildirdi. – Onun şam yeməyi həmişə keçilərə qismət olurdu.

Bint Məhcub barmağının ucuyla siqaretinkülünü döşəməyə çırpdı:

-İnanın ki, o məni qucaqlayanda xöşbəxtlikdənölüb qurtarırdım. Axşam namazı bitən kimi yanıma gəlidi. Biz sübh şəfəqləridüşüncə bir-birimizi oxşayırdıq. Sübh azanını eşidən kimi deyirdi: "Oh allah,oh Bint Məhcub.”

-Həyatının yaxşı dövründə, enerjisinincoşub daşdığı vaxtda sən onu qəbirə gömdün, – babam dedi.

-Sən nə danışırsan, sadəcə olaraq, taleona az ömür qismət eləmişdi, – deyə Bint Məhcub təbəssümlə cavab verdi. – Bizimburda danışdığımız şeylərdən hələ ölən olmayıb.

Bint Məhcub saçları qara məxmər rəngli,uca boylu bir qadın idi. Yetmiş yaşı olsa da, indi də sifətinə baxanda birvaxtlar necə gözəl olduğu hiss edilirdi. Kənddə onu tanımayan, çox vaxtaçıq-saçıqlığıyla seçilən söhbətlərinə heç olmasa gecəyə kimi oturub qulaqasmaq istəməyən bir kimsə tapmaq çox çətin idi. O, siqaret çəkir, çaxır içir, ənlatayır söyüşlər söyür, bir sözlə, özünü kişi kimi aparırdı. Deyilənə görə, anası hansısa yerli sultanların birininqızıydı. Bint Məhcub yalnız kəndin məşhur və varlı kişilərinə ərə gedir,bir-birinin ardınca onların dalından dəyir və hər dəfə dul qalanda xeylivarlanırdı. Vur-tut bir oğul doğsa da, qızlarının sayı-hesabı yoxdur. Onlarınhamısı təkcə gözəllikləriylə yox, həm də açıq-saçıq söhbətləriylə öz analarınaoxşayırdı.

Belə bir əhvalat danışırlar. Bint Məhcubunqızı ərə gedir, ancaq onun adaxlısı anasının çox da xoşuna gəlmir. Toydan sonraonlar kənddən gedir və bir ildən sonra qayıdırlar.

Qyıdandan sonra Bint Məhcubun kürəkəniziyafət düzəltmək və arvad qohumlarının hamısını ora dəvət eləmək qərarına gəlir."Bilirsən nədir, – arvadı ona deyir, – anam ağzına nə gəldi danışmaqdan utanıbeləmir. Yaxşısı budur, onu ayrıca dəvət edək”.

Belə də edirlər. Bişirib-düşürür vəqayınananı şama çağırırlar. Bint Məhcub yaxşı yeyib-içəndən sonra qızına deyir:"Əminə, bu kişi sənə layiq deyil. Yaxşı evin-eşiyin, qəşəng pal-paltarın var.Yoldaşın sənin əl-qollarına qızıl qolbağlar düzüb, boynunu mirvariylə bəzəyib.Ancaq bunlar hamısı boş şeylərdir. Sifətindən görürəm ki, yataqda ondan heç birləzzət görmürsən”. Kürəkənsə yanlarında durub hər şeyi eşidir. "Əsl kişiyləyatmağın nə olduğunu bilmək istəyirsənsə mən münasib adam tanıyıram. Əgər o,yanına gəlmək istəsə, arxayın ola bilərsən ki, səni doyurmayınca, ürəyininyanğısını söndürməyincə səndən əl çəkməyəcək.” Əminənin əri bu sözlərdən necə əsib-coşmuşdusa,elə orda həmişəlik onunla vidalaşmışdı.

-Qulaq as, – deyə Bint Məhcub Vad ər-Rəisətərəf döndü, – sənə nolub? İki ildir bir arvadla qane olub oturmusan. Hərarətinsoyumayıb ki?

Vad ər-Rəislə babam mənasını mənim sonrabaşa düşdüyüm baxışlarla baxışdılar.

-Düz sözə nə deyəsən. Mənim sifətim şeyxsifəti, ürəyim yeniyetmə ürəyidir. Bəlkə sən mənə yarayan hansısa boşanmış vəya dulcığaz birisini tanıyırsan?

-Xeyirxah məsləhətə qulaq as, Vad ər-Rəis, –deyə Bəkri söhbətə qarışdı. – Səndən nə adaxlı? Qocalmısan, yetmişi çoxdanvurmusan. Artıq nəvələrinin də uşaqları var. Utanmırsan? Hər il bir toy eləməkkeçir könlündən. Daha ağır oturub batman gəlmək vaxtıdır. Yaxşısı budur, uca vəəlçatmaz olan allahla görüş gününəhazırlaş!

Bint Məhcubla babam bir ağızdan gülüşdülər,Vad ər-Rəissə ona təhqiramizcavab verdi:

-Sən belə şeyləri nə qanırsan! Sənə, eləhacı Əhmədə də bir arvad kifayətdir. Onlar ölüb sizi tək qoysalar da, yenidənevlənməyə cəsarətiniz çatmaz! Hacı Əhməd bütün günü namaz qılır, Qurandan surələroxuyur, elə bil cənnət ancaq ondan ötrüdür. Bəs sən, Bəkri, sən nəyə lazımsan?Hey pul yığırsan, ölənəcən də yığacaqsan. Allah böyük və qüdrətlidir, evlənməyəxeyir-dua verdiyi kimi, boşanmağa da izn verir. Allah nə deyir? "Ya onları xoşluqla saxlayın, ya da xoşluqlayola salın”. Onun başqa bir sözünü də xatırlayın: "Qadınlar və kişilər dünyanınbəzəyidirlər”.

Mən ona etiraz eləyib dedim ki, Quranda"qadınlar və kişilər” yox, "kişilərin pulu” yazılıb.

-Orda nə yazılmğından asılı olmayaraq, –Vad ər-Rəis davam elədi, – mən özüm dəqiq bilirəm ki, ər-ərvad həyatının zövqü-səfası bütün dünyəvi ləzzətlərdən üstündür.

Uzun və iynə kimi nazik ucları yuxarıqatlanmış bığlarını eşən Vad ər-Rəis sol əlilə sanki tutqun sifətinəyapışdır