adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Oktyabr 2019 13:06
10644
MƏMLƏKƏT

Qusarda sahədən 5 ton kartof oğurlandı

Qusarda sahədən 5 ton kartof oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.