Qusar Rayon Mərkəzi Xəstəxanası 20 min manat cərimələndi
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Qusar rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.
Digər Xəbərlər
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
02 Iyul 2026 11:36
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
30 Iyun 2026 19:08
Arayikgilin növbəti məhkəməsi oldu - FOTOLAR
29 Iyun 2026 09:18
Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
24 Iyun 2026 11:17


Bakı -°C

