adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2019 16:06
23724
SİYASƏT

“Qurultayın keçirilməsinə ehtiyac yaranmayıb” - Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının (YAP) bu günə qədər olan praktikasına əsasən, parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.

Adalet.az -ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.