Qurban Qurbanov millinin heyətini açıqladı - yeni adlar var
15-24 mart tarixlərində Bakıda, martın 25-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq milli komandamızın heyəti açıqlanıb.
Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamızın baş məşqçisi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, millimizmartın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qapıçılar:Kamran Ağayev ("Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev(hər ikisi "Neftçi”)
Müdafiəçilər:Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi "Qarabağ”), Ruslan Abışov ("Neftçi”), Ürfan Abbasov ("Qəbələ”), Tural Axundov ("Sumqayıt”), Rahil Məmmədov ("Səbail”), Şəhriyar Rəhimov ("Kəpəz”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna)
Yarımmüdafiəçilər:Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı "Neftçi”), Asif Məmmədov ("Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi "Sumqayıt”), Araz Abdullayev ("Anortosis”, Kipr), Dimitri Nazarov ("Aue”, Almaniya)
Hücumçular: Amil Yunanov ("Sumqayıt”), Ruslan Qurbanov ("Qəbələ”)
Qeyd edək ki,yığmamızın hücumçuları Ramil Şeydayev və Mahir Mədətov U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Kosovo və İrlandiya ilə keçiriləcək oyunlarına dəvət alıb. Yığmamızda yeni adlar da var. Asif Məmmədov, Tural Axundov, Rəşad Eyyubov, Rahil Məmmədov, Şəhriyar Rəhimovilk dəfədir əsas millimizə dəvət alır.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00