Qurban Qurbanov dünyaya səs salan hərəkətinə görə mükafatlandırıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (“International Fair Play Committee” - CIFP) Şurası tərəfindən yüksək mükafata - 2022-ci ildə idman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Feyr-pley Diplomuna layiq görülüb.
Bu mükafat ona 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Marsel”lə matçda dünyaya səs salan ədalətli jestinə görə verilib.
Ötən ilin yekunlarına görə, “Jean Borotra World Fair Play Career” mükafatına dünyadan cəmi dörd nəfər layiq görülüb - azərbaycanlı Qurban Qurbanov, amerikalı Katrin Svitzer, italiyalı Marko Kalamay və macar Antal Dunay.
Qeyd edək ki, Qurbanova bu mükafat Azərbaycan idman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında verilib.
Xatırladaq ki, “Marsel”lə sözügedən oyunda “Qarabağ”ın futbolçusu İbrahima Vadji fərqlənsə də, Qurban Qurbanov müdaxilə edərək qolun əllə vurulduğunu bildirib. Bundan sonra hakimlər qolu ləğv ediblər.
Digər Xəbərlər

Polis əməkdaşları üçün cüdo təlimi keçirilib

Arda Gülər yenidən zədələndi

Azərbaycanlı futbolçu dopinqə görə cəzalandırıldı

Daha 10 cüdoçumuz bu gün mübarizəyə başlayır

Ronaldu dubl etdi, “Ən-Nəsr” qalib gəldi - VİDEO

Qurban Qurbanov: “Bu qalibiyyəti ordumuza həsr edirəm”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
