adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
07 Yanvar 2021 12:13
67562
ŞOU-BİZNES

"Röya Ayxan" qalmaqalına İradə Ibrahimova da qoşuldu?!

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın yeni il gecəsi rəqs edərkən çəkdiyi videosunu "instagram"da paylaşması geniş müzakirələrə səbəb olmuşdu. Xalq artistini aktrisa Məlahət Abbasova "əxlaqsız" adlandırmış və tənqid etmişdi. Məlahət Abbasovanı isə Sərxan Kərəmoğlu şəxsi "instagram" hesabında biabır edərək "onun nişanlısını qoyub Türkə ərə getməsində" ittiham etmişdi. Bunun ardınca Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova müəmmalı sözlərlə dolu paylaşım etmiş, səsləndirdiyi fikirləri ya Sərxana, ya da Məlahət Abbasovaya ünvanlamışdır. Xanım müğənninin kimi nəzərdə tutduğunu söyləyə bilmərik, sadəcə bir şeyi bilirik ki, bu xəmir çox su aparacaq:

"Hər baş verənə kirli ruhlarını qarışdıraraq söz atan, mərhəmətsiz insanlara baxıram və qəlbim ağırlaşır, içim sızıldayır. Sizə sadəcə dua edirəm. İmtahanı nəticəylə əlaqələndirib başqasının imtahanı zənn edirsinizsə, böyük səhv edirsiniz və günahı boynunuza almış olursunuz. Bəlkə, baş verənləri müşahidə edərkən içindən keçirdiyin hisslərinlə, verdiyin reaksiyanla elə əsl imtahanı sən verirsən?! İnsanın ürəyindəki çölündəkinin təzahürüdür. Çox şükür ki, Allah çılpaqlığıyla niyyətimizi görür və nə olursa, olsun, biz bilsək də bilməsək də, görsək də, görməsək də, yaxşı ya da pis bir şəkildə mükafatını verir. Mərhəmətiniz artsın".

Rövşən Tahir