adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Oktyabr 2021 11:47
2974
MƏDƏNİYYƏT

"Bir dəfə Qarabağda" tamaşasının premyerası olacaq

"Səhnə teatrı"nın təşkilatçılığı ilə "Bir dəfə Qarabağda" adlı etno-müzikl tamaşasının premyerası olacaq. 

Adalet.az xəbər verir ki, tamaşa DTX Mədəniyyət mərkəzində nümayiş olunacaq. 

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəskərli, musiqilərin söz müəllifi Eminqueydir. 

Tamaşaçıları tamaşa boyu canlı musiqi və canlı ifalar gözləyir. 

Qeyd edək ki, 30-31 oktyabr saat 19:00-da baş tutacaq tamaşaya biletləri "iticket.az"ın bütün kassalarından əldə edə bilərsiniz.