adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2024 13:07
1823
ŞOU-BİZNES

Qumral: “Atamı yad edirəm, amma bacım istəmir”

Gənc ifaçı Qumral ilk dəfə efirdə doğma atas ilə münasibətindən söz açıb.

Bacısı Fidandan fərqli olaraq, ifaçı doğma  atası ilə görüşür. Müğənni bu haqda “Rəngarəng” proqramında məlumat verib:

“Mən atamla görüşürəm. Münasibətimiz var. Onu yad edirəm. Amma bacım bunu istəmir. Yəqin ki, nə vaxtsa bu addımı atacaq, amma indi istəmir.”

Qeyd  edək ki, Qumral tanınmış müğənni Təranə Qumralın qızıdır. Müğənninin Qumral və Fidan adlı qızları ilk nikahındandır. Təranənin Musa Musayevlə nikahından Sevgim adlı bir qızı var.

Əntiqə