adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Mart 2017 15:17
82834
MÜSAHİBƏ

Qumarbaz şoumenin tragikomedik həyatı - MÜSAHİBƏ

Osmanlı tərbiyəsi almış bir atanın övladı olan iki qardaş... Axtardıqlarıailə qayğısını ata nənələrində tapır, gecələr analarından eşitdikləri dualarıtəkrarlayaraq yatırmışlar.

Ögey atası tərəfindən kötəkləndiyi günlərdə tez-tez Anadolunu gəzməyəçıxırmış. Qadınlara olan marağı da lap kiçik yaşlarından başlayır.

"İldə 200 canlı veriliş aparan bir aparıcı olaraq səhvlərim olub, amma heçbirində pis niyyətim olmayıb”, – deyir. Az qala, 40 ildir efirlərdə biziəyləndirmək üçün dəridən-qabıqdan çıxır. Yaşından cavan görünən,təpədən-dırnağa kimi dəlisov bir adam: Mehmet Ali Erbil... Amma bu dəfə onubaşqa cür görəcəksiniz; vərdiş etdiyimiz siması ilə yox, kədərli, tragik yaşantılarıilə...


- Yetkinlik yaşından bəri gözqabağındasan. O vaxtdan bugünə qəhqələrlə keçən həyatının demək olar hərdetalını bilirik. Yaxşı, bəs uşaqlığın? Gəl, birlikdə zaman maşınının içinəgirək.

- Vallah, bir şey tapsam, heçdüşünmədən girərdim (gülür). Zarafat bir yana, lap əvvələ qayıtmaq üçün babamınYeniköydəki evinə səyahət etməyimiz lazımdır. Çünki uşaqlığımla əlaqədar ağlımagələn ilk kadr odur. Anamla atam mən hələ 4 yaşında olanda ayrıldıqları üçünböyük qardaşımla mənə həyatda ən sevdiyim varlıq olan nənəm baxırdı. Onuqucaqlamamış yatmırdım. Qorxunc xorultusu belə mənə layla kimi gəlirdi. Bizi o qədərsevirdi ki, bu sevgi onun özünü Boğazın soyuq sularına atmasına belə səbəboldu.


- Maraqlıdır...

- Dedim axı nənəm bizə çoxbağlı idi. Bir gün əmimdən bizə banan almasını istəyib. Əmim də yaddan çıxarıb.Qardaşım Mustafa ilə mənə banan yedirdə bilmədiyi üçün arvad çox kədərlənmişdi,özünü Yeniköy Ədliyyəsinin yanından dənizə atmışdı... Bir neçə nəvəsi var idi,amma qardaşımla mənim yerim başqa idi. Çünki atamı çox sevirdi!


- Nəvələri üçün özünü dənizəatan qadın kim bilir oğlunun eşqindən gəlininə nə zülmlər verib?

- Demə-demə! Evlənəndə anamın16 yaşı var imiş və nənəmlə birlikdə yaşayırmışlar. Bir gün anam pəncərəninqarşısında həyəcanla ərinin evə gəlməyini gözləyirmiş. Bunu görən nənəm, taarxa otaqdan qışqıra-qışqıra "Gözlədim də gəlmədin” mahnısını oxuyub. Atamınanamı evdə qoyub gəzib-dolaşmasını, başqası ilə sevgi yaşamasını istəyirdihəmişə!

Anam bunlara dözə bilməyib,ata evinə qayıtmışdı. Nənəmin evi də üç mərtəbəli idi. Uşaq ağlımızla o ev bizəelə böyük gəlirdi ki, yatmazdan əvvəl qorxumuz bir azca azalsın deyə anamınoxuduğu duaları ucadan təkrarlayardıq. Əvvəllər bir otaqdan başqa otağa keçməyəqorxduğumuz o malikanəyə illər sonra təkrar qayıdanda mənə kibrit qutusu kimigəlmişdi.


- Bütün bunlara ögey ana-ataböhranı da əlavə olunub yəqin ki...

- Bəs necə! Ayrıldıqdan sonraikisi də evləndilər, istər-istəməz ögey ana və ögey ata sindromunu yaşadım.Onsuz da o dövr yaşadıqlarım irəlidə mənə yol, su, elektrik olaraq geriqayıtdı. Bunların hamısının kökündə ana və ata sevgisini tam olaraq yaşamamaqvar idi. Arada məni vurmağa cəsarət etdiyi üçün ögey atama o yaşlarda çoxəsəbiləşərdim. Amma indi haqq verirəm. Həyatımıza daxil olduğu vaxt çox gənc vətəcrübəsiz idi.


- Sonradan bağışlaya bildin,heç olmasa?

- Bəli, uzun vaxtdan sonraanamı çox sevdiyini başa düşəndə onunla təkrar görüşməyə başladım. Baxdım ki,bir-birlərinə lap ilk gündəki kimi aşiqdilər. Bu sevgiyə hörmət olmasın, nəolsun? Halal olsun ona!


- Övladlarına olan böyüksevginin alt qatında sevgisiz keçən uşaqlığın ola bilərmi?

- Yasmin 18, Əli Sədi 9yaşındadır və hələ də mənimlə birlikdə yatırlar. Amma analarının yanındaqalanda vəziyyət elə deyil, ayrı otaqları var.


- Boşanmış bir ana-atanın uşağı olaraq, öz uşaqlarına da eyni zədələriyaşatmaq nə qədər doğrudur?

- Təəssüf ki, həyatda bəzi şeylər istədiyimiz kimi getmir. Çoxadamlıailəni, evi sevməyimə baxmayaraq, bunu heç bir evliliyimdə gerçəkləşdirəbilmədim. Sonradan başa düşdüm ki, mənim bunu etməyim onsuz da qeyri-mümkündür,çünki ailənin nə olduğunu bilmirəm, heç görmədim də. Məsələn, dost dediyim birinsan da yoxdur. Bunun səbəbi də ögey atamın hərbi həkim olduğu üçünşəhər-şəhər gəzərək böyüməyimdir. Hər köçümüzdə məktəb, məhəllə dəyişdirdiyimüçün dostluğun nə olduğunu hiss edə bilmədim heç vaxt.


- Yaxşı, içindəki Don Juan ilə Eros necə tanış oldu?

- İlk dəfə birinci sinifdə aşiq oldum, qardaş! O yaşda olanda "kim gözəl,kim çirkindir” oynayar, qızların ətəklərini qaldırardıq. Seksual istəklərimikəşf edəndə, qızlarla güləş seansları başladı.


- Hər halda, pəhləvanlar kimiyağlanıb özünü meydanlara atmırdın...

- Yox, bizimki yorğan altındagüləş idi (gülür). Qıza birbaşa sevişək deyə bilmirdim, desəm də sevişə bilmədiyimizüçün belə kiçik oyunlar icad etmişdim. Qonaq gedəndə anam qadınlarla söhbətedərkən, mən qızları başqa otağa aparıb güləşməyə başlayardım.

Vallah, qadınlara qarşıhəddindən artıq bir marağım olduğunu heç vaxt inkar etməmişəm. Gedib həkimdən"mən xəstəyəm?” deyə soruşmamışam, amma həkim dostlarımdan bu mövzunu soruşandaonlar da bunun normal olduğunu demişdilər


- Amma bir ara Maykl Duqlasxəstəliyinə tutulduğun deyilirdi.

- Seksə düşkünlüyümdən bəhsedirsənsə, çox şükür xəstəlik mənasında bir problemim yoxdur. Ehtimal olunankimi təhlükə siqnalları çalmır. Əziz qadınlar, rahat ola bilərsiniz (gülür).


- Beləcə, haqqında çıxan"mavi” dedi-qodularına da cavab vermiş oldun...

- Onda ilk dəfə buradaaçıqlayıram: təəssüf ki, heteroseksualam (gülür).


- "Dostum dediyim biri yoxdur”deyirsən. Özünü narahat hiss edəndə dərdləşə biləcəyin bir adam da yoxdur?

- İnan ki Stelyo xaric dostumyoxdur. O qədər köçəri uşaqlıq həyatından sonra davamlı dostluq münasibəti qurabilmədim mən. Sınamadım kimi də başa düşülməsin ha, qətiyyən səhv başa düşmə! Ovaxtlar çox səmimi olduğum bir dostum var idi, məni birjaya saldı və soyubsoğana çevirdi. Ondan sonra anladım ki, insandan dost olmaz (gülür).


- Yaxşı, qadınlar səndənözlərini qorumaq məcburiyyətində qaldılarmı heç?

- Qətiyyən! Hələ şiddət mənasında soruşursunuzsa, şiddətə müraciət edənlərihəmişə aciz görmüşəm. Amma mən o qədər qorxaq bir kişiydim ki, gecə yatandaqadınlar mənə bir şey edə bilərmi deyə düşünərdim (gülür).


- Bu xoşniyyətliliyini boşananda da sərgiləyirdin, hər halda?

- İnan ki, cəmi nə qədər aliment verdiyimi bilmirəm, amma hamısı halalolsun. Məsələn, Nərgizlə (Kumbasar) boşananda, bütün malımı-mülkümü ona həvaləetdim. Kirayə ev tutdum, həyata sıfırdan başladım.


- Aha...

- İki dəfə sıfır nöqtəsinə çatdım. Amma qətiyyən insanların ağlınadeyildiyi kimi qumar-filan gəlməsin. Mən bu günə qədər qumara görə evimi,avtomobilimi satmamışam.


- Heç olmasa, pul qazana bildin?

- Ara-sıra qazandım, amma ümumiyyətlə, qumara verilən pul hər zamanitkindir. Otuz üç ildir kazinolardayam və özümü idarə etməyi çox yaxşı bilirəm.Bir gecədə həyatını müzakirəyə qoyanları da gördüm. Amma mən onlardan biriolmadım. Həddimi aşacaq qədər heç vaxt qumar oynamadım.


- Yəni ən böyük riski qumar stollarında yox, sevgidə elədin...

- Ay səni, hardan girib,hardan çıxdın. Sevgidə daha çox bəxtsizəm. Səhv etmişəm, amma heç vaxt pisniyyətli olmamışam.


- Türk televiziya tarixininəhəmiyyətli xarakterlərindən birisən. Yaxşı, efirdə olanda etdiyin hər hansıbir hərəkətdən peşmanlığın oldumu?

- Xeyr, olmadı! Çünki mən ildətəxminən 200 canlı yayına çıxmışam. Ancaq bir-iki dəfə pis vəziyyətləqarşılaşmışam. Amma bunların heç birinin arxasında bir pis niyyət yox idi.


- Amma həqiqətən çoxnəzakətsizsən...

- Sən də çox nəzakətli(gülür). Bəli, bir az kobud danışıram adamlarla. İnsanlar məni bu halımla sevibqəbul etdilər. Gülməyin ayıb olduğunu düşünən türk kişisinin beyin quruluşunumən dəyişdirdim. Digər tərəfdən özümlə də zarafat edirəm. Məsələn, çıxıb"dodaqlarıma silikon vurdurdum” deyə bilirəm.


- Doğrudan eləmisən bunu?

- Səncə? Tükdən incə,qılıncdan iti üst dodağımı görüb hələ "silikon elətdirmisən?” deyə soruşur.Uşaq olanda stoldan yıxılmısan? (gülür). Bu nümunədən də göründüyü kimi məniminsanlar üzərində heç bir sənətçiyə nəsib olmayan sonsuz bir kreditim var,şükürlər olsun.


- Keçmiş həyat yoldaşınNərgizin sənə nisbətdə "Kirayə sevgi”ylə bir fenomen halına gəlməsinə nədeyirsən?

- Onun uğurlarıyla qürurduyuram! Bilirsən, şəxsi həyatında da serialdakı kimi ziddiyətli bir qadındır.Tam özünü oynayır yəni...


- Deməli, "Nərgiz uğurludeyil, deyil rol ona uyğundur”deyirsən.

- Manyaka bax, o mənadademədim (gülür). Həqiqətən həm super bir insandır həm də möhtəşəm birperformans sərgiləyir serialda. Evliykən də birlikdə bir neçə filmdəoynamışdıq. Aktyorluq ehtirası onun içində həmişə vardı.


- Üzünə baxanda utandın, hə?

- Utandın da sözdü?! BizNərgizlə eyni dildə danışırıq. İkimiz də ankaralıyıq və beş il evli olmuşuq.Bir-birimizdən təsirlənməyimiz çox normaldır. Amma dediyin kimi - qadın biranda fenomen oldu! Bilirsənmi, küçədə insanlar "Sizə heyranıq” deyəndə,inanamayıb "Aaa doğrudan?” deyə soruşurmuş (gülür).


- "Çərxi-fələk”dəki son tərəfmüqabilin Zeynep Ece Akenginlə sevgili olduğun doğrudur?

- Aramızda münasibət oldu,amma indi yoxdur. İndi dostuq və birlikdə işimizə davam edirik. Çünki mən heçvaxt kimsənin çörəyinə baiskar olmaram. Həyatda ən çox qorxduğum şeydir!


- Belə qəşəng-qəşəng izahedirsən, amma digər tərəfdən cəmiyyətdə bütün qadınları pərişan edirsən kimibir hiss də var...

- Məndən sonra evlilikdənsoyuduqları doğrudur. Mənim sayəmdə əsl türk kişisini tanıyırlar. Bunu pulversən belə öyrənə bilməzsən. Oxşar səhvi bir daha təkrarlamırlar. Pərişanetmək niyə? Bəlkə də, savab iş görürəm (gülür). Zarafat bir yana, hər nə qədərayrılıq ölümdən sonrakı ən böyük ikinci zədə olsa da mən ayrıldığım qadınlarlahəmişə dost qalmağı bacarmışam.


- Geriyə qayıtmaq şansın olsa,hansı evliliyini yenidən yaşayardın?

- Dediyim kimi - özüməverdiyim ayrılmamaq sözlərinə heç vaxt əməl edə bilmədim, amma geriyə dönəbilsəm, birinci həyat yoldaşım Muhsineylə yenidən evli olmaq istəyərdim.