adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 May 2017 14:27
77250
MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Naxçıvan bizim azsaylı regionlardan biridir ki...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri,millət vəkili Qüdrət Həsənquliyev Adalet.az-amüsahibə verib. O, müsahibəsində 2018-ci ildə keçiriləcək prezident seçkilərinəhazırlıq işlərindən, rəhbəri olduğu partiyanın xarici əlaqələrindən danışıb.

-Qüdrət bəy, Azərbaycanda Kadr Bankının yaradılması təklif olunur. Belə birbankın yaradılması nə dərəcədə məqsədəuyğun olar?

- Hesab edirəm ki, Kadr Bankının yaradılması yönündə qəbul ediləcək qərarçox yüksək, mütərəqqi bir qərar olar. Amma bizdə bilirsiniz ki, Kadr bankı dövlətqulluğu üçün imtahan verməlidir və sertifikat almalıdır və hər beş ildən bir dəo sertifikatı dəyişməlidir. O insanların da bir siyahısı olmalıdır və onlar da vakansiyayerlərinə o siyahı üzrə cəlb olunmalıdır. Söhbət tək dövlət qulluğuna savadlı adamlarıncəlb olunmasından getmir. Biz faktiki surətdə bazar iqtisadiyyatına keçmiş bir ölkəyik.Azad bazar iqtisadiyyatının və sahibkarların savadlı kadrlara ehtiyacı var. Məsələn,savadlı bankirlərə, menecerlərə, mühəndislərə ehtiyaclar var ki, onlar gedib ayrı-ayrışirkətlərdə, zavodlarda, fabriklərdə çalışsınlar. Bu gün Azərbaycanda savadlı aqronomvar. Ancaq kənd təsərrüfatının digər sahələri üzrə savadlı kadrlar yoxdur. Kəndtəsərrüfatının timsalında digər sahələri də göstərə bilərik ki, eyni vəziyyətyaşanır. Məsələ burasındadır ki, bizim bu sahələrdə də savadlı mütəxəssislərə ehtiyacımızvar. Kadrbankını təşkil ediləcəksə də gərək bu bütün ölkə miqyasında təşkil edilsin.

- Avropa Mühafizəkarlar və İslahatçılar Alyansınatamhüquqlu üzv oldunuz. Bu üzvlülük sizin partiyaya nə verdi?

- Bizim əməkdaşlıq yüksək səviyyədədi. Məqsədimiz odur ki, Avropa Şurasında, NATO ParlamentAssambleyasında ölkəmiz haqqında yaxşıfikirlər formalaşdıraq, Azərbaycanı siyasi dairələrdə lazımınca təmsil edək. Mənözüm təşkilatın iki toplantısında iştirak etmişəm. Tədbir iştirakçılarına ölkəmizdə həyata keçirilən siyasi, iqtisadisiyasət barəsində ətraflı məlumat vermişəm. Bizə qədər düşmən ölkənin Çiçəklənən ErmənistanPartiyası bu alyansın üzvü olub. Buzamana kimi təkbaşına danışıblar. Onlara cavab verən olmayıb. Amma indiAlyansda vəziyyət fərqlidir. Onlar görəndə ki, biz iştirak edirik, cavab verə bilmirlər.Alyansın iki iclasında Dağlıq Qarabağla bağlı çıxış etmişəm. Ermənilər yerdənatmaca atmaqdan başqa deyə biləcəkləri bir şey olmayıb. Bu arada onu da qeydedim ki, Alyans rəhbərliyi iki dəfə Azərbaycanda olublar. Müəyyən görüşlərkeçirilib. Bu yaxınlarda onlar yenə bizəmüraciət ediblər. Bakıya gəlmək istədiklərini və burda bir sıra görüşlər keçirməkniyyətlərinin olduğunu bildiriblər. Hazırda bu istiqamətdə iş aparılır. Əgər hərhansı razılıq olsa Alyansın yüksək rütbəli nümayəndələri Bakıya səfər edəcəklər.

- Bir ara dollar qıtlığı zamanıüzvlük haqqının ödənilməsində problem yaranmışdı. Hazırda vəziyyət necədir?

- Bəli, çox təəssüf ki, axırıncı biz üzvlük haqqını Titranadakı konfransdanağd şəkildə ödədik.

- 2018-ci ildə prezident seçkilərininkeçirilməsi gözlənilir. Siz həmin seçkilərdə iştirak edəcəksinizmi?

-Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası yaranan gündən fikrimiz bundanibarət olub ki, partiya hər bir halda seçkilərdə iştirak etməlidir. Amma bu seçkidəiştirak etmək o demək deyil ki, sən öz namizədinlə iştirak etməlisən. Prezidentseçkilərində bu məsələ yaranmış durumdan asılı olacaq. Biz indiyə kimi üç dəfə prezident seçkilərində öz namizədimizlə iştiraketmişik və hər dəfə də çatışmışıq ki, bizə yaxın partiyalarla danışıqlar aparaq.Hansı partiyalarla ki, bir araya gələcəyik,onlarla danışaq və vahid namizədlə çıxış edək. Çox təəssüf ki, bu istiqamətdə genişkoalisiyanın yaradılması mümkün olmayıb. Üç-dörd bizim müdafiə edən partiya olub.Biz hər zaman güzəştə getməyi bacarırıq. Söhbət ondangetmir ki, kimlərsə bizi müdafiə etsin. İndi siyasi partiyalar arasında qəribəab-hava hökm sürür. Partiyalar görəndə ki, iqtidarın namizədinə qalib gəlmək mümkündeyil, koalisiya yaratmaqda maraqlı olmurlar. Nəticə isə onu göstərir ki,seçkilərdə vahid namizədlə çıxış edəndə qalib gəlmək şansları daha çoxdur.Seçkiyə qtılan siyasi partiyalar isə görəndə ki, iqtidar nümayəndəsi güclüdür vəqalib gələcək, o zaman, fərdi qaydada seçkiyəqatılmağa üstünlük verirlər. Bunlargeridə qalmış seçki təcrübələridir. Qarşıdan gələn seçkilərə isə ir ildən artıqvaxt qalıb, bu istiqamətdə siyasipartiyalarla danışıqlar aparacağıq.

- Son seçkilərdə Ədalət,Böyük Quruluş Partiyaları ilə əməkdaşlıqla bağlı müəyyən razılaşma olmuşdu. Sonparlament seçkilərində isə Ədalət Partiyası seçki marafonundan kənarda qaldı.Maraqlıdır, hazırkı situasiyada bu 3 partiyanın əməkdaşlığı mümkündürmü?

- Hələlik bu istiqamətdə heç bir danışıq olmayıb. Biz təşəbbüs göstərəcəyik.

- Sonuncu dəfə Maltada nəvaxt olmusunz?

- Mən Maltada olmamışam. Baxmayaraq ki, Milli Məclisdə Azərbaycan-Maltadostluq qrupunun sədriyəm. Bu barədə söhbətlərolub ki, səfər təşkil olunsun.

- Qüdrət bəy, çox aktiv millətvəkilisiniz. Öhdənizə düşən məsələlər barəsində danışırsınız. Ancaq mətbuatda sizinseçicilərlə görüşünüz barəsində məlumata rast gəlmirik.

- Bilirsiniz ki, Naxçıvanla Azərbaycankifayət qədər uzaq bir məsafədə yerləşir. Bizdə ancaq hava əlaqəsi var. Köməkçimdaimi olaraq ordadı. Seçicilərim birbaşa köməkçim vasitəsi ilə təklif vəproblemlərini mənə çatdıra bilirlər. Adətən məktublarla müraciət edirlər. İmkan daxilində özüm də Naxçıvana gedirəm. Sonsəfərim zamanı insanlarla görüşdüm. Rayonda baş verənlərlə kifayət qədər məlumatlıyam.Əhalinin ordakı problemlərini də bilirəm. Ona görə də mütəmadi olaraq büdcə müzakirələrizamanı da mən məsələ qaldırıram ki, Naxçıvana daha çox vəsait ayrılsın. Sifarişlişəkildə yazırlar ki, Naxçıvana büdcədən çox vəsait ayrılır. Amma onlar başa düşmürlərki, Naxçıvana böyük məbləğdə investisiyaqoyulmasa Naxçıvan boşalar. İnsanlar iş dalıncabaşqa yerlərə üz tutarlar. Naxçıvan münbit dağlıq zonadı. Orda münbit torpaq sahələriçox azdır. Orda yalnız sənayeni inkişaf etdirməklə insanları işlə təmin etmək mümkündür.

- Ancaq Naxçıvan vətəndaşlarıçalışqandır...

- Əhali zəhmətkeşdi. Amma bunun yeganə yolu sənayeni inkişaf etdirməkdi.Sənayeni inkişaf etdirmək üçün də orda maşınqayırmanı inkişaf etdirmək mümkündür.Naxçıvana hər zaman böyük diqqət göstərilməlidir ki, iş adamları gedib Naxçıvanavəsait qoysunlar. Hətta mən Naxçıvandan deputat olmayanda belə bu məsələləri qaldırmışam.Səmimi deyirəm ki, Naxçıvan bizim azsaylı regionlardan biridir ki, orda büdcə vəsaitlərinəciddi şəkildə qənaət olunur və ondan səmərəli istifadə olunur.


Ədil Ədilzadə