Qubanın Qonaqkənd kəndinə sürüşmə sonrası yardım çatdırıldı- VİDEO
Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş verən torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu yararsız hala düşüb.
Adalet.az xəbər verir ki, hadisənin son günlər yağan intensiv yağışlar səbəbindən baş verdiyi bildirilir. Hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun çəkilməsi istiqamətində işlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, vəziyyətlə əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında kəndə yardım göndərilib.
Belə ki, 3 ton ərzaq və gündəlik tələbat malları Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobili ilə çətin keçidli dağlıq ərazilərdən keçirilərək təyinat ünvanına çatdırılıb.
Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır.
Digər Xəbərlər
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub - FOTOLAR + YENİLƏNİB
28 May 2026 16:27
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28 May 2026 15:30
"Mənim qızımı niyə gətirməmisən, görərdim" - Ağbirçəklə Prezidentin səmimi dialoqu + YENİLƏNİB
28 May 2026 13:41
Prezident hərbçilər üçün nəzərdə tutulmuş mənzillərIə tanış olub - FOTOLAR
27 May 2026 18:06


Bakı -°C

