adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyul 2018 15:11
12520
MƏMLƏKƏT

QUBANIN İCRA BAŞÇISININ MAAŞINI ZİYƏDDİN ƏLİYEV ALIR! HƏLƏ Kİ…

Qubadayerləşən «Quba Palace hotel»ində bədbəxt hadisə olub, təmir zamanı kanat qırılıb,ustalardan biri həlak olub, ikisi isə yaralanıb. Bununla bağlı «Bizim yol» qəzetinin əməkdaşı QubaRayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə telefon açıb. Heç demə,yüksək vəzifəli dövlət məmuru jurnalistlə danışmağı özünə sığışdırmayıb. Nətər olsa böyük bir rayonun icra başçısıdı, zəng edən də kakoy-nibud jurnalist.Və əsəbi halda bildirib ki, mən qəzet oxumuram, sayt oxumuram, xalq kimi məlumatları da televiziyadan alıram. Sonra datelefonu söndürüb.

Görəndoğrudanmı, oteldə baş verənbədbəxt hadisəni başçı televiziyadan eşidib?! Belə çıxır ki,rayonda baş verən hadisələri, əsasən,televiziyadan öyrənir.

İcrabaşçısı qəzet oxumur, sayt oxumur. Möhtərəm Prezident İlhamƏliyev mətbuata böyük diqqət göstərir, yazılı mətbuatınyaşaması üçün hər il bir neçə milyon pul ayırır. İndiyədək 400-dən çox jurnalisti evlə təmin edib. Hər il 22 iyulda MətbuatGünü ilə əlaqədar jurnalistləri həmfəxri adlarla mükafatlandırır, həm də redaksiyalara maddi-texniki vəziyyətlərini yaxşılaşdırmaq, həm də redaksiya əməkdaşlarını mükafatlandırmaq üçün qəzetlərəbirdəfəlik yardım edir.

Möhtərəm Prezidentin köməkçisi hörmətli Əli Həsənov deməkolar ki, jurnalistlərin bütün tədbirlərində iştirak edir, mətbuat konfranslarıkeçirir, həm kabinetinin qapısı, həmdə telefonu daim jurnalistlərin üzünə açıqdı.

QubaRayon İcra Hakimiyyətinin başçısı ZiyəddinƏliyev də deyib ki, mən qəzet oxumuram. Yaxşı edirsən, dostum, oxuma.

Görəsən,heç olmasa Möhtərəm Prezidentin son müşavirələrinə televiziyadan tamaşa edibmi? Bir az müəmmalıdı. Əgər həmin müşavirələri diqqətlə izləsəydi, hörmətli bir qəzetin müxbirinə belə bir cavab verməzdi.

Nədənsəson zamanlar Quba rayonunun bəxti icra hakimiyyətibaşçıları baxımından gətirmir.

Hərhalda bir gün Qubayaqəzet oxuyan bir icra başçısı qoyarlar.Yadımdan çıxmışdı, Gədəbəyin də qəzet oxumayanbir icra başçısı vardı, mitilini atdılar bayıra,heyf ki adı yadımda qalmayıb.