Qubadlıda top mərmiləri aşkar edildi
Qubadlıda top mərmiləri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:14