adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Dekabr 2019 16:14
4659
MƏMLƏKƏT

Qubada gənclərə sosial sahibkarlıqdan danışıldı

"Müasir Gənclikvə Sosial İnkişaf” İctimai Birliyi dekabrın 6-da Qusar rayonunda tədbirkeçirib. Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sosial sahibkarlıq-region gəncləriüçün yeni imkanlar” adlı layihə çərçivəsində reallaşan tədbirdə QHT rəhbərlərivə region gəncləri iştirak edib. Tədbirdə çıxış edən İctimai Birliyin sədriEtibar Əsəsdov ölkəmizdə sosial sahibkarlıqla bağlı görülən işlərdən danışıb.Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahə üzrə ciddinailiyyətlər əldə olunub. Keçirilən bu tədbir də gənclərin sosial sahibkarlıqlabağlı ciddi maariflənməsinə yönəlib.

Təlimçi Asif Ələsgərlilayihə barəsində geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərinsosial sahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədəçatmaq üçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlərkeçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosialsahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbiriştirakçılarına pulsuz paylanacaq.

A.Ələsgərli sosialsahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosialsahibkarlıq ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülhmükafatı laureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosialsahibkarlığın təsisçisi olan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.