Quba polisi əməliyyat keçirdi: 7 nəfər saxlanıldı - VİDEO
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınmasında və satılmasında şübhəli bilinən rayon sakini Mehrac Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Bəxtiyar Əliyev, Cəbrayıl Mikayılov, Müqəddəs Hüseynov, Əli Məmmədov, Xaçmaz rayon sakini Elmar Mərdanov və Şabran rayon sakini Şirxan Qədirov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.
Digər Xəbərlər
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
19 Dekabr 2025 09:59
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
18 Dekabr 2025 18:29


Bakı -°C

