adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2017 16:13
10684
MƏMLƏKƏT

QRİPƏ YOLUXMAQ İSTƏMİRSİNİZSƏ…

Axır vaxtlar ölkəmizdəqripə yoluxanların sayı bir xeyli çoxalıb. Onsuz da həmişə qış vaxtı qrip olanlarınsayı artır. Bu da təbii ki, müəyyən xəstəlik törədici viruslarla bağlıdır. Çünkisoyuq hava şəraitində kəskin resperatur viruslar daha da çoxalır və yayılır. Beləbir durumda hər hansı adam xəstələnə bilər. Xüsusən də uşaqlar və yaşlı insanlarınimmunitetləri zəif olduğuna görə qripə daha çox yoluxurlar.

Bir çoxlarımız qripiayaq üstə keçiririk. Yəni başqa sözlə demiş olsaq, biz onu «saymırıq». Aydındırki, xəstəliyi də «saymayanda» və ondan özünü qorumayanda bunun fəsadları daha ağırvə daha uzun çəkir. Son vaxtlar isə qripə yoluxanların sayı əvvəlki vaxtlarla müqayisədədaha çox artıb. Özü də mütəxəssislərin dediyinə görə, qripə yoluxanlar daha gecsağalıb ayağa qalxırlar. Birincisi, bir çoxlarımız bayaq dediyimiz kimi bu xəstəliyəməhəl qoymuruq. Yəni onu ayaq üstə keçirməyə çalışırq. Təbii ki, ayaq üstə keçirilənxəstəlik isə gec sağalır və adamı zəiflədir.

Ümumiyyətlə, qripvirusu çox təhlükəli bir xəstəlikdir. Avropada bu xəstəliyə yoluxanlar ciddi müayinəolunur və müalicə edilirlər. Çünki müalicə olunmayan qrip xəstəliyi sonradan orqanizmdəmüxtəlif fəsadlar yaradır. Ya insanın ürəyini zədələyir, ya ağ ciyərində iz qoyur, ya da digər orqanlarınısıradan çıxarır.

Belə bir durumdahər bir insan öz sağlamlığı haqqında dərindəndüşünməlidir. Mütəxəssislər indiki yayılan qripin daha təhlükəli və daha kəskinolduğunu bildirirlər. Onların dediyinə görə, bu qrpi virusunun adı «Honkon»dur.Deməli, xəstəliyə yoluxmuş hər hansı insan bunu özbaşına müalicə etməməli və mütləqhəkim müayinəsindən keçməlidir. Həkimin müayinəsindən sonra müalicəyə başlamalıdır.

Kimi dindirirsəndeyir ki, üç dəfə qrip olmuşam, hələ də sağalmamışam. Yəni bir az babatlaşıram,işə gedib qayıdandan sonra yenə özümü pis hiss eləyirəm. Hansı ki, bayaq dediyimizkimi, bu qrip daha təhlükəlidir və onunla ehtiyatlı davaranmaq lazımdır. Hətta bəzihəkimlər deyirlər ki, bu cür qripdən insan ölə də bilər. Və təsadüfi deyil ki, dünyadahər il qripdən yüz minlərlə insan dünyasını dəyişir.

Bizdə insanlarınhəkimlər tərəfindən maarifləndirilməsi də bir o qədər qənaətbəxş deyildir. Hansıki, özəl televiziya kanallarında müxtəlif xəstəliklərlə bağlı hər gün bayağı verilişlərtəşkil edilir, həkimlər söhbət aparır və kimlər isə reklam edilir. Ancaq bir aydançoxdur ki, ölkədə qrip virusu tüğyan eləyir, bu xəstəliklə bağlı əhali mütəmadiolaraq həkimlər tərəfindən maarifləndirilmir. Düzdür, bir-iki həkim bu xəstəlikləbağlı müxtəlif fikirlər səsləndiriblər. Amma bizim fikrimizcə, bu da problemi yetərincəhəll eləmir.

Qripə yoluxmuş insanlarisə özlərini müalicə etdirməməklə bərabər ətrafdakıları da bu virusa yoluxdururlar.Yəni onlar avtobusda, metroda olarkən qoruyucu vasitələrdən istifadə etmir, asqırıbvə öskürərkən həmin viruslar digər insanlara keçir. Deməli, ictimai nəqliyyatdavə kütləvi yerlərdə olarkən sağlam insanlar özlərini qorumalıdılar. Çünki xəstələnibbu virusdan əziyyət çəkənlər özlərini qorumur və xəstəliyi ətrafa yayırlar.

Ümumiyyətlə, bizdəinsanların səhiyyə maariflənlirilməsi bayaq dedyiimiz kimi, yetərli səviyyədə deyil.Aylarla biri xəstəlikdən əziyyət çəkir, nə həkimə müraciət edir, nə də özünü qoruyur.Üstəlik də bir başqası onun xəstəliyinin qurbanı olur. Qripə yoluxmamağın bir neçəsəbəbləri var. Ən başlıcası insanlar bu virusdan özlərini qorumaq üçün vitaminlərləzəngin qidalar qəbul etməli, xəstə vaxtı isə maye qəbul etməlidilər. Ən yaxşısıisə xəstələnməmək üçün kültəvi yerlərdə ehtiyatlı olmaq lazımdır. İşdən evə qayıdandaəllərini möhkəm yumalı və qida rasionuna fikir verilməlidir. Bütün bunlardan sonrabu təhlükəli virusdan qorunmaq mümkündür. Sadəcə olaraq xəstələnməmək üçün gigiyenikvə sanitar qaydalara əməl etməklə yanaşı, düzgün qidalanma da önəmli əhəmiyyət kəsbedir.

Faiq QİSMƏTOĞLU