adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Yanvar 2019 10:36
82821
MÜSAHİBƏ

"Qorxuruq, iş gedib çıxa ATƏT-ə" - YUĞ-da direktor-rejissor çəkişməsi

Son vaxtlar əsas xəbərlər ölkə teatrlarının səhnəsindən çox, kulis arxasından gəlir. Bu həftə rejissor Sahib Ağayevin "YUĞ”dan çıxarılması məsələsi gündəmdədi. İki gündür "Adalet.az" saytı da bu məsələni diqqət mərkəzində saxlayır. Bu informasiya ilə bağlı ən maraqlı məqam: sən demə, Sahib Ağayevin cinayət işi varmış. Məsələni dəqiqləşdirməkçün direktora müraciət elədik.

YUĞ teatrının direktoru İslam Həsənov:



- İslam bəy, rejissor Sahib Ağazadənin teatrdanazad olunması ilə bağlı nə deyə bilərsiniz? Səbəb nədir?

- Sahib bəybizim teatrda 2009-cu ildən fəaliyyət göstərir. Bu 9 il ərzində səhnəyə cəmiiki tamaşa qoyub. Onu teatrın baş rejissoru da, mən də çağırdım ki, görək nə məsələdir.Ona işləməyə maneə olan nəsə var. Hüquqşünaslarla da məsləhətləşdim. Əmək Məcəlləsinin 74-cü bəndinə əsasənonu işdən azad etdim. İşçinin nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrumetmə, müəyyən fəaliyyətlərlə məşğul olmaq hüququndan məhrum etmə, müəyyən müddətəazadlıqdan məhrum etmə cəzasıyla məhkum edildiyi barədə məhkəmənin hökmü qanuniqüvvəyə minib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Sahib bəy avtoqəzakeçirib, qəzada bir nəfər ölüb, 14.04.2018 tarixindən 13 saylı məntəqə tipli cəzaçəkməmüəssisəsində qeydiyyata alınıb. Mən ona neçə dəfə dedim ki, mənə qətnaməni gətiribgöstər, görüm, sənə işləməyə icazə verirlər, ya yox. O isə bu məsələni uzatdı.Mən də cəzaçəkmə müəssisəsinə zəng vurdum, oradan mənə məlumat verdilər ki, ohansı maddə ilə təqsirli bilinib. Və hüquqşünaslarla məsləhətləşdim, qərara gəldimki, o bu vəziyyətdə işləyə bilməz.

- Sahib bəy qeyd edirki, Əmək Məcəlləsinin 74-cü bəndinə əsasən mənim işləməyimə heç bir maneəyoxdur və arayışı rəhbərliyə təqdim etmişəm.

- Bəli, o arayışı gətirib və mən də lazımi yerlərə göndərmişəm. Onlarda deyiblər ki, bu arayışa görə o, teatrda işləyə bilməz.

- İslam bəy, beləçıxır ki, siz Sahib bəyi bayaq dediyiniz kimi 9 ildə 2 tamaşa qoyduğu üçün işdənazad etmək fikrində idiniz və bu məhkəmə qərarı da sizə bəhanə oldu. Elədirmi?

- Bəhanə niyə olur ki? Əmək Məcəlləsinə görə onun işləməyə hüququyoxdursa, mən onu teatrda necə saxlaya bilərəm?

- Siz bu qərarı nəvaxt bildiniz?

- Mən qərarı sentyabr-oktyabrdan bilmişəm. O vaxta kimi də teatraonun məhkum olunmasə ilə bağlı heç bir məktub göndərilməyib. Mən onu sırf məhkumluğuilə bağlı işdən azad etmişəm, başqa heç bir səbəb yoxdur.

Direktor İslam Həsənovun bütün dediklərinə Sahib Ağazadə belə cavabverdi:


- Sahib bəy, teatrındirektoru İslam bəylə əlaqə saxladıq. O dedi ki, Sahib bəyi 5 il azadlıqdan məhrumolunduğu məhkəmə qərarını əsas tutub işdən azad etmişəm. Üstəgəl də o, işlədiyimüddət ərzində səhnəyə cəmi 2 tamaşa qoyub.

- Əvvəla mənim bu illər ərzində cəmi iki tamaşa qoymağımın İslam bəyəheç bir dəxli yoxdur. Siz bilirsiniz ki, bu illər ərzində teatrımızın binası dəyişib,ondan qabaq Vaqif İbrahimoğlu dünyasını dəyişib. Bu mənada mənim teatrda kəmiyyətəgörə yox, keyfiyyətə görə tamaşa hazırlamağım həmişə özüm üçün bir prinsipolub. Bu məsələ istər Vaqif İbrahimoğlunun vaxtında, istərsə də ondan sonrabizim tamaşalar adətən plan üzrə olmayıb. Yəni elə olub ki, bir tamaşanı dördaya da hazırlamışıq, elə olub ki, Vaqif İbrahimoğlu 14 günə də tamaşahazırlayıb səhnəyə qoyub. Məsələn, "Kafkadan salam” kimi. Bu sırf yaradıcılıqprosesinə aid olan məsələdir. Buna görə də İslam bəy YUĞ teatrını başqateatrlarla, məsələn, "Sumqayıt” , "Lənkəran” teatrları ilə müqayisə etməsin. Bütünbunlar əsas səbəbdən yayınmaq üçündür. Haqqımda başqa sözlər də çıxartdılar ki,guya mən aktyorları təhqir etmişəm. Hamısı cəfəngiyyatdır.

- Bəs bu müddər ərzindəhansı işləriniz olub?

Bu insanlar teatra rəhbərliyə gələndən mən tamaşaqurmaq üçün 2 pyes, 3 səhnələşdirmə təqdim etmişəm. Heç birini qəbul etməyiblər.Çünki keçən ildən bu yana mənimlə şəxsi qərəz aparmaqdadırlar. Görəndə ki,iddia etdikləri məsələ qanunsuzdur və tamaşa hazırlamır bəhanəsini ortalığaatırlar.

Bir də bu illərərzində Mingəçevirdə, Dərbənddə tamaşalar hazırlamışam. Aktyor kimi filmlərəçəkilmişəm. Müxtəlif layilərdə iştirak etmişəm. Təkcə keçən il iki layihə olub.BMT-nin qaçqınlarla iş üzrə təşkilatı ilə "Poliqon" yaradıcılıq mərkəzinin birgəlayihəsi olan "Limbo" tamaşasında aktyor-ikinci rejissor, QənirəPaşayevanın "Nəsimi dünyası" konsert tamaşasının rejissoru olmuşam. Yəniməni passiv yaradıcılıqda heç vaxt iddiham edə bilməzlər. Mən gözə kül üfürən,bioqrafiyamda say çox olsun deyə tamaşalar qoymamışam.

- Bəs azadlıqdan məhrumedilməniz?

- Buna gələndə isə onlar çox şişirdirlər və bunu mətbuata belə təqdietməklə əslində başqa məqsəd güdürlər. Bu şərti cəzadır və məntəqə tipli cəzaçəkməmüəssisəsinə aid edilir. Bütün qanunlarla yaxşı tanışam. Qanunla bu vəziyyətdəali, peşə təhsili almaq, əmək fəaliyyəti göstərmək kimi fəaliyyətlər Azərbaycansərhədləri hüdudunda 12 saat ərzində icazə var. Nə dəxli var mən məntəqədəqeydiyyatdayam yoxsa yox.Və qanunda qeyd olunubki, heç bir nəzarət olmadan, məntəqə rəhbərliyinin icazəsiylə fəaliyyət göstərməkolar. Yenə deyirəm, Əmək Məcəlləsinin74-cü maddəsinin "c” bəndinə görə mənim teatrda işləməyimə heç bir maneəyoxdur. Yəni mən tamamilə azadlıq hüququmdan məhrum olunmamışam.

İslam bəy mətbuata açıqlamasında yalan ifadə işlədib ki, biz məntəqəyəmüraciət etdik, cavab gəldi ki, Sahib işləyə bilməz. Halbuki məntəqədən məktubgətirmişəm və bu məktub Nazirliyə də gedib. Şəxsən özüm bu məktubu İncəsənətşöbəsinin müdiri İsmayıl bəyə göstərdim və dedi ki, bu məktubu direktorunuzagöstərin, bizim səlahiyyətlərimizə aid deyil. Direktor özü bu məsələ ilə məşğulolsun. Mən də gətirib direktora təqdim etdim. O da məktubu götürüb yenidənNazirliyə getdi. Bu məsələ çox uzandı. Onlar istəyi bu idikimənim keçən il verdiyim müsahibədən sonra və şəxsən bir neçə dəfə baş rejissorabildirdiyim iradlara görə rəhbərliyə yarınım. Mən də nə vəzifəsinə, nə cəmiyyətdəkimövqeyinə nə də maddi imkanına görə heç vaxt heç kimə yarınmamışam. Odur ki, buiddianı ortaya atıblar. Hüquqşünasla danışmışam, bu məsələlərin tamamilə mənimxeyrimə olduğunu deyib və bu hüquqi müstəvidə də həllini tapacaq. Hətta onlar cəriməoluna bilərlər və mən təzminat tələb edə bilərəm.

- Sizcə bütün bunlarlateatrın gündəmə gəlməyi kənardan pis qarşılanmırmı?

Sadəcə bu məsələnin bu qədər şişməyini, gündəmə gəlməyini istəmirdim.Mən istəmədikcə onlar məni vadar edirlər. Qıraqdan belə görünür ki, mən özümügündəmdə saxlayıram. Əksinə buna görə utanıram. Çünki bu teatrın adına mənfi təsirgöstərir. İsətəydim ki, teatrın adı yaradıcılıq uğurları ilə gündəmdə olsun.