adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2015 14:55
6334
SİYASƏT

Qonşuluqdakı güc və yanımızdakı qardaş: Biz nə etməliyik?

TürkiyəRusiya münasibətlərindəki yaxınlaşmanın kimlərinsə xoşuna gəlmədiyi çoxdan bəlliidi. Bu münasibətlər son illərdə özünün elə bir inkişaf mərhəlləsinə qədəmqoymuşdu ki, bu artıq qərbi qıcıqlandırmaya bilməzdi. Türkiyə NATO ölkəsi olsada onun Rusiya ilə münasibətləri heç bir halda müttəfiqlərinin maraqlarınacavab vermirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə ay öncəMoskvada verdiyi bəyanatları yada salaq. Hələ o zaman gün kimi aydın idi ki,Rusiya ilə münasibətlərin hərtərfli inkişafında maraqlı olan Türkiyənin budavranışlarını qərb ölkələri həzm edə bilməyəcək və əlaqələrin tamamiləqırılmasına səy göstərəcəklər. Hər halda müəyyən mənada paradoksal vəziyyətyaranmışdı. Qərb bütün mümkün vasitələrdən istifadə edərək Rusiyanı tamamiləçökdürməyə meyilləndiyi halda NATO ölkələrindən biri – Türkiyə Moskvayaqarşı sanksiyalara qoşulmur və iki ölkə arasında ticari əlaqələrin səviyyəsiniən yüksək həddə çatdırmağa çalışırdı. Deməli, tam bir əminliklə deyə bilərikki, bu gün baş verənlər qərbin arzuladığı gedişatdır.

Türkiyəilə Rusiya arasında yaranmış gərginlikdən danışarkən, şübhəsiz ki, biz birincinövbədə Azərbaycanın düşdüyü vəziyyətə diqqət yetirməliyik. Olduqca mürəkkəb bir situasiya yaranıb və budönəmdə biz yalnız diplomatik dilin ümumi ifadə formalarına üstünlük verməliyik. Bəli, Türkiyə bizim qardaşımızdır, ikinci vətənimizdir.Bu ölkədən başqa arxalana biləcəyimiz ikinci bir ünvan yoxdur. Lakin hazırkısituasiya bizdən tələb edir ki, bilavasitə dövlət maraqlarımızdan çıxış edək,emosional reaksiya və məsuliyyətsiz çağırışlardan mümkün qədər uzaq dayanaq.Başqa sözlə, biz hazırkı situasiyada bir qədər gözləmə mövqeyi tutmalı və hadisələrininkişaf istiqamətini təqib etməyə üstünlük verməliyik. Hər halda, qardaş ölkə bizim hansı problemlərləəhatələndiyimizi hamıdan yaxşı bilir və o da istəməz ki, BÖYÜK DÖVLƏTLƏRİNOYUNUndan Azərbayacan zərər çəksin, Qarabağ boyda problemi olduğu haldageopolitik müstəvidə düşdüyü vəziyyətdən dolayı aqressiv əhvala köklənmişqonşusu ilə konflikdə girsin. Rusiya əlibizə çatacaq qədər çox yaxındadır və ABŞ başda olmaqla Qərb ölkələrini özü iləhesablaşmağa məcbur edən güclü bir dövlətdir.Diqqət edin: Ukrayna ilə münaqişəyə görə Qərbin tətbiq etdiyisanksiyalar, neftin qiymətindəki kəskin ucuzlaşma Rusiyanı bir addım da olsa öziddialarından geri çəkə bilməyib. Sözsüz, ölkənin iqtisadi problemləri var və əvvəlkisəviyyədə gəlir əldə edə bilməməsi səbəbindən sosial-iqtisadi sferada sıxıntılaryaşayır. Lakin gəlin unutmayaq ki, az qala bütün dünyaca məşhur iqtisadçılar,siyasi analitiklər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların, bütün Avropa ölkələrininöz qapılarını Moskvanın üzünə bağlamsı və xüsusən neftin dünya bazarındakı qiymətininkəskin şəkildə aşağı salınması faktının bu ölkəni cəmi bir neçə aya çökdürəcəyiniproqnozlaşdırırdılar. Rusiyanın mövqeyində hansısa yumşalma hiss edirsinizmi?Kimdənsə qorxduğunu deməyə əsas verən balaca bir nümunə göstərmək olarmı?Yoxdur belə bir şey. Bu qədər ağır basqıların qarşısında Rusiya yenə də istənilənölkəyə təhlükə yaradacaq qədər güclüdür. Odur ki, yaranmış vəziyyətə bütünreallıqları dəyərləndirərək qiymət vermək çox vacibdir. Hər kəs anlamalıdır ki,bu gün Rusiyada vətəndaşlığından asılı olmayaraq bir neçə miliyon azərbaycanlıyaşayır. Biz emosiyalara qapanıb onların taleyini təhlükəyə ata bilmərik. Rusiya ilə Gürcüstan arasında baş verənsilahlı münaqişə zamanı illərdən bəri Rusiyada yaşayan və hətta bu ölkənin vətəndaşlığınıqəbul etmiş gürcülərin hansı məşəqqətlər yaşadıqlarını, illərlə qurubyaratdıqları bizneslərini, daşınmaz əmlaklarını bir neçə gün içərisində dəyərindənon dəfələrlə ucuz sataraq, bir çoxhallarda isə sata bilməyərək başlarını götürüb necə qaçdıqlarını biz öz gözlərimizləgörmüşük... İndi biz sabah va ya ikigündən sonra nə baş verəcəyini, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinibilmədən və artıq ortaya Türkiyə prezidentinin "Biz bilmirdik ki, TəyyarəRusiyaya məxsusdur və əgər bilsəydik başqa vasitələrə əl atardıq” kimi vəziyyətimüəyyən mənada yumşaltmağa, gərginlyi aradan qaldırmağa hesablanmış bəyanatlarıçıxdığı bir ərəfədə qardaş ölkənin də dünənə qədər isti münasibətdə olduğuqonşumuzla konfliktə niyə girməliyik? Əmin olun, bu bizə lazım olmadığı kimi,qardaşımızın da marağında deyil.

Ötənyazılarımızda qeyd etmişdik. Bir daha təkrar etmək istərdik ki, Rusiyanısanksiyalarla çokdürmək mümkün deyil. Səbəblərini bir neçə misalla göstərə bilərik:

-Əvvəla son 15 ildə Rusiya yüz milyardlarla dollar vəsaitxərcləyərək Sovet dovründən qalan hərbi texnikasını və silahlarını tam müasirləşdirəbilib və bu gün hərbi güc baxımından yalnız ABŞ onunla rəqabət apara bilər;

-Rusiya nüvə silahlarının həcminə və gücünə görəyalnız ABŞ-la bir səviyyədə dayanan dövlətdir;

-Rusiyanıniqtisadi potensialı təkcə onun dünyada istehsal olunan Ümumi Daxili Məhsuldakıpayına görə müəyyən edilməməlidir. Tək bir fakt çox mətləblərdən xəbər verir. Bu gün dünyada silah satışının.......%-i Rusiyanın payına düşür;

-Rusiya neft hasilatının həcminə görə üçlüyə daxilolan bir ölkədir və onun gündəlik neft hasilatı 10 milyon barel həddindədir;

-Adambaşına düşən bütün səviyyədən olan təbiiresursların həcminə görə dünyada Rusiyanın analoqu olan ikinci bir ölkə yoxdur;

-Bir çox ölkələrdə mövcud olan real, ya da potensialərazi münaqişələrinin taleyi bilavasitəRusiyanın mövqeyindən asılıdır.

Busiyahını uzatmaq da olar. Ancaq bu sırada hər şeydən daha üstün olan bir məsələvar. O da rus insanının əhval ruhiyyəsidir.Bu gün praktik olaraq hər bir rus insanı öz dövlətinin apardığı xaricisiyasətin böyük bir dəstəkçisidir. Rusiyanın Dövlət başçısının xarici siyasətdətutduğu kurs da bu dəstəyə söykənir. Bu gün iqtisadi tənəzzül və millivalyutanın iki dəfə dəyərdən düşməsi səbəbindən həyat səviyyəsinin aşağı düşməsinə,iş yerlərinin itirilməsinə baxmayaraq rus insanı öz Prezidentini və onunyürütdüyü xarici siyasəti ürəkdən dəstəkləyir.Bax, əsl güc bundadır. Bu gücün qarşısını 100 il də sanksiya tətbiq etməkləalmaq mümkün deyil.

Bu fikirləri səsləndirməklə biz aysberqin suyunüzündə görünən mənzərəsini çəkməyə cəhd etdik. Suyun altında isə onun 9/10-uvar ki, ona toxunmadıq. İstərdik ki, bu gün emosiyaya qapanıb məsələyə pafosla,boş hay-küylə, qışqırıqla reaksiya verənlər dərindən düşünməyə cəhd etsinlər.Bizim hamımız Türkiyəni sevirik və bunun xüsusi sübutuna ehtiyac yoxur. Ammareallıqları nəzərə almaya bilmərik. Hamı bir həqiqəti dərk etməlidir ki, Türkiyə-Rusiya münsibətlərinin pozulması Azərbaycanınmaraqlarına heç bir halda cavab vermir. Bu iki ölkə arasında əlaqələrin daha dagenişlənməsi bizə bir çox dividentlər gətirə bilərdi və biz artıq özümüzü bunahazırlamışdıq...

...Və nəhayət,Türkiyə ilə Rusiya arasına münasibətlərin pozulmasına görə ermənilər indibayram edir...

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisadi AraşdırmalarBirliyinin sədri, professor