“Qol.az” və “Axşam.az” saytlarının rəhbəri: “Bu yaşdan həmişə qorxmuşam”
Jurnalist ad günü təəssüratlarını Modern.azsaytı ilə bölüşüb. O, yeni yaşı ilə əlaqədar təzadlı fikirlərinin olduğunu bildirib:
"Bu yaşa kimi istədiklərimi əldə etmək üçün cəhd göstərmişəm. Müəyyən qismi reallaşıb, digərləri üçün hələ də çalışırıq. Təbii ki, bütün mənalarda istədiklərimi hələ tam əldə edə bilməmişəm. Əgər əldə etsəydim, həyatın bundan sonra heç marağı da qalmazdı.
Artıq 10 ilə yaxındır ki, internet media ilə məşğulam. İdman saytı "Qol.az”ın 10 yaşı, "Axşam.az”ın 5 yaşı olacaq. Yəni uzun illərdir, jurnalistika sahəsində fəaliyyət göstərirəm. Düşünürəm ki, hər iki layihə də öz sahəsinin lideridir və bu mövqeyini qoruyub saxlayır. Hazırda da yeni fikirlər mövcuddur. Məsələn, ictimai-siyasi xəbər saytı yaradıb oxuculara tədqim etmək istəyirik. Əgər bu layihəmizi reallaşdıra bilsək, payız aylarında fəaliyyətinə başlayacaq. Yəni daim jurnalistika sahəsi üzrə çalışırıq”.