Qobustanda istirahət mərkəzi yanıb
Qobustan rayonunda yanğın hadisəsi baş verib.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Gülüstan” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 150 m2 olan külafirənginin yanar konstruksiyaları 90 m2 sahədə və 2 ədəd soyuducu yanıb. Külafirənginin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər Xəbərlər
03 May 2024 17:14