adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 May 2019 18:07
10397
MƏMLƏKƏT

QOBUSTAN: PREZİDENTİN XÜSUSİ YADİGARI...

Mən əvvəllər dəQobustan rayonu haqqında bir məqamı diqqətə çatdırmağı özümə borc bilmişəm. Bəzənbelə suallar da yaranır ki, cənab Prezident kiçik bir rayon olan Qobustana nədənbu qədər xüsusi diqqət göstərir, çoxlu səfərlər edir? Bu həqiqəti hamımız bilməliyik:Cənab Prezident üçün vətənin hər qarış torpağı doğma və əzizdir. Ölkənin hərbir regionunda ali rəhbərliyin diqqət və qayğısı inkişaf mərhələləri ilə özünügöstərir. Qobustan rayonu məsələsi isə bir qədər fərqlidir.

Respublikanın əksərrayonlarında, xüsusilə magistral yollar üzərinə düşən yerlərdə əvvəllər də,sonralar da müəyyən qədər inkişaf və müasirləşmə yaşanaraq az-çox diqqət çəkibdir.O illərin Qobustanı isə sanki bütün bu inkişafdan 50-60 il geridə qalaraq öztaleyi ilə barışmalı olub. İndi qobustanlılar bilirsiniz, necə iftixar və qürurhissi keçirirlər? Onlar çox böyük hörmət və məhəbbətlə deyirlər ki, bizimrayonu sevimli rəhbərimiz, əziz Prezidentimiz sanki bünövrədən dəyişərək ənmüasir bir məkana çevirdi. Bu münasibətin, əlahiddə münasibətin cavabı olaraq hərbir Qobustan sakininin qəlbində sonsuz və əbədi məhəbbət yaşayır onların rəhbəri,dostu, qardaşı İlham Əliyevə...

Qobustan Rayonİcra Hakimiyyətinin başçısı Adil Məmmədov deyir ki, hər gəlişi bir bayramaçevrilən cənab Prezidentin bu günlərdə növbəti dəfə rayonumuza səfər etməsi,görülən işlərlə tanış olub sakinlərlə görüşməsi hamımıza xoş anlar bəxş etdi.Biz bu diqqəti, bu qayğını heç vaxt unuda bilmərik. Həmişə fəxr edəcəyik, vətənədaha çox töhfələr verməyə çalışacağıq.

PrezidentinQobustana səfərindən sonra keçirilən ümumrayon yığıncağında birinci rübünyekunları və qarşıda duran vəzifələr barədə aparılan müzakirələrlə yanaşı, rəhbərinrayona növbəti gəlişinin sevinci də qürur hissi ilə yaşanmışdır. İclasda məruzəilə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdemişdir:

- Baxdığınızvideo-sujetlərdən də gördüyünüz kimi möhtərəm Prezidentimizin xüsusi diqqət vəqayğısı nəticəsində rayonumuz çox sürətli bir inkişaf dövrünü yaşayır. Biz əminliklədeyə bilərik ki, respublikamızın hər bir rayonu kimi Qobustan rayonunun dainkişafı daim cənab Prezidentin diqqətindədir.

CənabPrezidentin və Birinci vitse-prezident Mehriban xanımın istər xəstəxanabinasının açılışında, istər xalçaçılıq emalatxanasında, istər yolunaçılışında göstərdiyi səmimiyyət və diqqətrayon sakinləri arasında sevilə-sevilə danışılır və hər bir Qobustan sakini özminnətdarlıqlarını ifadə edirlər.

Səfərdən dərhalsonra cənab Prezidentimizin rayonumuzla bağlı imzaladığı 48 mənzilli binanın, Sündü kəndində 360yerlik məktəb binasının, Ərəbqədim-Göydərə yolunun tikintisi ilə bağlı sərəncamlaryüksək diqqət və qayğının bariz nümunəsidir.

Mən bir dahaQobustan rayonuna göstərdiyi böyük diqqət və qayğıya görə cənab Prezidentimizİlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanıma bütün Qobustanlılaradından öz dərin minnətdarlığımızı bildirirəm.

CənabPrezidentimizin göstərdiyi diqqət və qayğıya uyğun olaraq biz də Qobustanrayonunun timsalında doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verməliyik.2019-cu ilin birinci rübü Respublikamızda olduğu kimi Qobustan rayonunda da çoxyüksək göstəricilərlə başa çatdırılmışdır.

Rüb ərzindərayonda 37 milyon 352 min 200 manatlıq məhsulistehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bunun 30,2 faizi istehsal sahələrinin payına düşür.Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulları və göstərilmiş xidmətlər 1,3faiz, kənd təsərrüfatı 30,0 faiz, tikinti sektoru 6,9 faiz,nəqliyyat sektoru 1,3 faiz, poçt və rabitə xidmətləri 0,2 faiz, ticarət60,3 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsulburaxılışının həcmi 4,8 faiz artmışdır.

Bu artım kənd təsərrüfatında0,4, tikinti sektorunda 53,5, nəqliyyatsektorunda 3,9, informasiya və rabitəsektorunda 8,0 və ticarət sektorunda 3,5faiz təşkil etmişdir.

2019-cu ilinbirinci rübündə Qobustan rayonunun yerli gəlirlər üzrə büdcə proqnozu 123,6faiz icra edilmişdir. Hüquqi şəxslərin əmlak vergisi 3,3 dəfə, hüquqi şəxslərintorpaq vergisi 53 faiz, Əlavə Dəyər Vergisi 9,3 faiz, dövlət rüsumu 23,4 faiz,sair daxilolmalar 2,2 dəfə artıqlaması ilə yerinə yetirilmişdir. Bununla yanaşıhüquqi şəxslərin mənfəət vergisi 90 faiz, sadələşdirilmiş vergi 73,5 faiz,torpaq icarə haqqı isə cəmi 18,1 faiz icra edilmişdir. Aidiyyəti şəxslər növbətiaylarda sadalanan tədiyyə növləri üzrə də planın 100 faiz icrasına nail olmaqüçün zəruri tədbirlər həyata keçirməlidirlər.

AzərbaycanRespublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadiinkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda Qobustan rayonu üzrə16 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdən artıq 7-nin icrasına başlanılmışdır.Çalışmalıyıq ki, Proqramda bizim üzərimizə düşən bütün vəzifələr vaxtında öz həllinitapsın...

Daha sonrayığıncaqda qeyd olunduğu kimi rayonda əhalinin sosial müdafiəsi, işsizliyinaradan qaldırılması, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğıgöstərilir. Cənab Prezidentin tapşırığı əsasında bu ilin birinci rübündə"Dost İş" MMC-nin xətti ilə 155 yeni iş yeri yaradılmışdır ki, həminyerlərdə şəffaflıq əsasında aztəminatlı ailələr, müharibə əlilləri işlə təminedilmişlər. İnsanların bu iş yerlərindən səmərəli istifadə etmələri, neqativhallara yol verilməməsi üçün müvafiq komissiya yaradılmış, rayon prokuroru,Polis şöbəsinin rəisi və digər şəxslər komissiyanın üzvü təyin edilmişdir. Buil rayonda özünüməşğulluq proqramına 16 ailə cəlb edilmişdir. Bu ilin Novruzbayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən 520 ailəyə bayram sovqatıverilmişdir.

Problemlikreditlərin həlli istiqamətində cənab Prezidentin qəbul etdiyi qərar artıq icraolunmağa başlamışdır. Bu çox böyük bir addımdır. Rayon sakinləri ayrı-ayrıgörüşlərdə bu problemin həllinə görə cənab Prezidentə böyük minnətdarlıq hisslərinibildirmişlər.

Bu il cənabPrezident tərəfindən pensiya və müavinətlərin artırılması istiqamətində də çoxmühüm addımlar atılmışdır.

Rayonda əhalininsağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Bu il 26453nəfər tibbi müayinəyə cəlb edilmişdir. Onlardan 2342-si ambulator müalicəyə cəlbedilmiş, 520-si isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Butibbi müayinənin keçirilməsi də məlum olduğu kimi cənab Prezidentin təşəbbüsüdür.Hər bir sakinin ildə bir dəfə pulsuz tibbi müayinədən keçirilməsi çox mühüm əhəmiyyətəmalikdir. Yeni xəstəxananın istifadəyə verilməsi nəticəsində tibbi müayinə növbətiillərdə daha yüksək səviyyədə həyata keçiriləcəkdir. Burada xidmət daim nəzarətdəsaxlanılmalıdır. Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda vətəndaşlarınqəbulu, onların problemlərinin həllinə diqqət daha da artırılmışdır. Həftədə bir dəfə, bir kənddə səyyar qəbulkeçirilir, əhalinin problemlərinin yerindəcə öyrənilərək həlli üçün zəruri tədbirlərgörülür. Eyni zamanda, bu il aprelayının 25-də Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının məsul işçiləritərəfindən rayonda qəbul keçirilmişdir.Eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindənQobustan şəhərində regional qəbul keçirilmişdir. Bütün bunlar vətəndaş məmnunluğununyaranmasına xidmət göstərir. Bu ilin mart ayının 5-dən 19-dək Qəbələ Asan xidməti rayonda səyyar xidmətgöstərmişdir. 15 gün ərzində 801 vətəndaş xidmətə müraciət etmiş, 358 nəfərdənsənəd qəbul edilmiş, 194 nəfərə hazır sənəd verilmişdir.

206 nəfərəinformasiya xidməti göstərilmişdir. Xidmətə daha çox şəxsiyyət vəsiqələrinin,sürücülük vəsiqələrinin, ümumvətəndaşlıq pasportlarının verilməsi və dəyişdirilməsi,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarial fəaliyyəti və digərxidmətlərlə bağlı olmuşdur.

Vətəndaş müraciətlərinəbaxılmasını bundan sonra da yüksək səviyyədə nəzarətdə saxlanılmalı, xidmət sahələrindəxüsusilə, səhiyyə, kənd təsərrüfatı, təhsil, elektrik, qaz və içməli su təminatısahələrində hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmalı, həlli mümkün olan məsələlər dərhal həll edilməli,digər hallarda isə qanunamüvafiq izahat verilməli, həlli yolları vətəndaşlarabaşa salınmalıdır. Rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli suilə təminatı sahəsində mühüm işlər görülür.

QobustanElektrik Şəbəkəsi tərəfindən birinci rübdə Qobustan şəhərində və Bədəlli kəndindəkabelləşmə işi davam etdirilmiş, 35 Kv-luq xətlərdə cari təmir işlərigörülmüşdür. Hazırda əhaliyə 24 saat fasiləsiz elektrik enerjisi verilir. Lakingörüləcək işlər çoxdur, Nardaran, Ərəbqədim, Nabur, Bəklə, Təklə Mirzəbaba,Sündü kəndlərində 70-ci illərdə çəkilmiş olan xətlər hazırda yararsız vəziyyətdədir.Tezlikləyuxarıda adları qeyd olunan yaşayış məntəqələrində elektrik xətlərinin təmiriüçün müvafiq tədbirlər görülməlidir. Onu da qeyd edək ki, 2019-cu ilin birincirübündə rayon üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi tam şəkildə həyatakeçirilsə də, yuxarıda qeyd etdiyimiz itkilər hesabına ümumi yığım 84,4 faiz təşkiletmişdir.

(ardı növbətisayımızda)

MəzahirƏHMƏDZADƏ