adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Aprel 2017 17:13
93997
MÜSAHİBƏ

"...qlobal iqtisadi böhranın mənfi təsirləri əsasən geridə qalmışdır". - Şəmsəddin Hacıyev

Millət Vəkili, professor Şəmsəddin Hacıyevin Ədalət qəzetinə MÜSAHİBƏSİ

-Şəmsəddin müəllim,2017-ci ilin birinci rübü geridə qaldı. Siz bu rübü necə dəyərləndirərdiniz?

- Şübhəsiz ki, 2017-ci ilin birinci rübündə ölkəmizinsosial-iqtisadi inkişafında əldə edilən nəticələri uğurlu hesab edirəm və onuson bir-neçə il ərzində ilk dəfə olaraq əsas makroiqtisadi göstəricilər üzrəgerilikdən inkişafa doğru pozitiv meyllərin başlanması, xüsusilə qeyri-neftsektorunun nəzərəçarpacaq dərəcədə şaxələndirilməsi, neftdən asılılığın xeyliazaldılması və ümumilikdə ictimai həyatımızın bütün sahələrində həyata keçirilənislahatların daha da dərinləşdirilməsi kimi dəyərləndirirəm. Daha dəqiq desək,bu nəticələr məhz, ötən ilin dekabrayının 6-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş vəqarşıya çox ciddi inkişaf hədəfləri qoymuş "Milli iqtisadiyyat vəiqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin ardıcıl olaraqsistemli şəkildə həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Eyni zamanda bütün bu uğurların qeyri-əlverişlivə yüksək riskli qlobal siyasi və iqtisadi mühit və təhdidlər fonunda əldəedilməsi xüsusi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Ölkəmiz burübdə, demək olar ki, qarşıya qoyulmuş bütün hədəflərə doğru inamla irəliləmiş,2015-2016-cı illərin iqtisadi çətinlikləri, qlobal iqtisadi böhranın mənfi təsirləriəsasən geridə qalmışdır. Ölkə iqtisadiyyatı qeyri-neft sektorunun, xüsusiləqeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, tikinti, nəqliyyat, İKT və s.sahələrin inkişafı hesabına yüksəlməyə başlamış, makroiqtisadi sabitlik möhkəmlənmiş,ölkəmizin maliyyə vəziyyəti xeyli yaxşılaşmışdır. Birinci rüb ərzində qeyri-neft sektorunun 2,4faiz, o cümlədən qeyri-neft sənayesinin 2 faiz, kənd təsərrüfatının 3,5 faizartması digər sosial-iqtisadi göstəricilərin də yaxşılaşması ilə müşayiətolunmuşdur. Xüsusilə, ölkədə sahibkarlıq fəaliyyətinin, ixrac və investisiya fəallığınınkompleks təşviqi sayəsində üç ay ərzində ölkə ixracı 50 faiz, o cümlədənqeyri-neft ixracı 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır ki, nəticədə 1milyard dollar həcmində müsbət ticarət saldosu əldə edilmişdir. Xüsusi qeydolunmalıdır ki, bu rübdə strateji valyuta ehtiyatlarımızın həcmi 1 milyarddollar civarında artaraq 38,5 milyard dollar təşkil etmişdir ki, bu da ölkəninxarici borcunun səviyyəsini 5 dəfədən də çox, ÜDM-in həcmini isə 10 faizə qədərüstələmişdir. Dövlət Büdcəsinin gəlirlərirüblük proqnozla müqayisədə artıqlaması ilə icra olunmuş, 85 min yeni iş yeri yaradılmış, ölkəyə səfəredən xarici turistlərin sayı 25 faiz artmışdır. Təbii ki, ölkəmizin maliyyəimkanlarının genişlənməsi investisiya və infrastruktur layihələrinin də uğurlaicra edilməsinə böyük imkanlar yaratmışdır. İri transmilli layihələr – CənubQaz Dəhlizi və onun əsas tərkib hissələrindən biri olan TANAP üzrə işlər sürətləndirilmiş,Şimal-Cənub nəqliyyat dəhlizinin əsas marşrutlarından olan Astara (Azərbaycan)- Astara (İran)-Rəşt-Qəzvin dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətləriistifadəyə verilmək ərəfəsindədir. Bunlarla yanaşı, ordu quruculuğu prosesigücləndirilmiş, təhsil və tibb müəssisələrinin təmiri və tikintisi işləriuğurla davam etdirilmiş, yeni yollar istifadəyə verilmiş, elektrik enerjisi, suvə qazla təminatın səviyyəsi yüksəldilmiş və digər infrastruktur layihələrininmaliyyələşdirilməsi həyata keçirilmişdir. Şübhəsizdir ki, neft qiymətlərininaşağı düşməsindən əziyyət çəkən digər ölkələrlə müqayisədə Azərbaycanda bu cürinkişafa, tərəqqiyə nail olunması ölkədə həyata keçirilən düşünülmüş siyasətin,idarəetmə məharətinin və effektiv antiböhran islahatlarının nəticəsidir. Bütünbunlar, cənab Prezidentin qeyd etdiyi kimi, bütövlükdə 2017-ci ilin ölkəmizüçün uğurlu il olacağını deməyə əsas verir.

-Bu yaxınlarda MilliMəclisdə təhsil ocaqlarının tikintisinə xarici şirkətlərin cəlbi məsələsinigündəmə gətirdiniz. Sizcə belə olduğu halda Azərbaycan hansı iqtisadi səmərə əldəedə bilər?

-İlköncə qeyd etmək istərdim ki, həminiclasda söhbət məktəbəqədər təhsil müəssisələrinin təsisçilərindən gedirdi.Bildiyiniz kimi, bu yaxınlarda Milli Məclisdə "Məktəbəqədər təhsil haqqında” AzərbaycanRespublikasının Qanunu üçüncü oxunuşdan keçərək qəbul olundu. Həmin qanun layihəsininMilli Məclisin Elm və təhsil komitəsində müzakirəsi zamanı bir çox təkliflər səsləndirmişdimvə onlardan biri də məktəbəqədər təhsil müəssisəsələrinin təsisçiləri ilə bağlıidi. Belə ki, Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununda və hazırdaqüvvədə olan digər müvafiq normativ-hüquqi sənədlərdə bütüntəhsil müəssisələrində(xüsusi təyinatlı təhsil müəssisələriistisna olmaqla) müəyyən şərtlər və qaydalar çərçivəsində xarici dövlətlərin hüquqi şəxslərinə, əcnəbilər və vətəndaşlığıolmayan şəxslərətəsisçilikhüququ verilir. Məktəbəqədər təhsil haqqında qanun layihəsində isə bu müddəalarnəzərə alınmamışdı. Başqa sözlə, bu qanunla Azərbaycan təhsilinin əsas Qanunuarasında uyğunsuzluq yaranırdı. Sirr deyil ki, bu gün məktəbəqədər yaşlıuşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi çox aşağıdır və xeylisayda yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına böyük ehtiyacvardır. Şübhəsizdir ki, dövlətin, xüsusilə Heydər Əliyev Fondunundəsdəyi və yerlisahibkarların vəsaitləri hesabına bu istiqamətdə əhəmiyyətli işlər görülmüş vəbu gün də bu işlər davam etdirilməkdədir. Bununla belə, bu sahəyə xariciinvestisiyaların cəlb edilməsinin də böyük faydası ola bilərdi. Belə ki, həmdövlət vəsaitlərinə qənaət edilər və həmin vəsaitlər digər zəruri sahələrə yönəldilər,həm ölkəmizə əlavə valyuta daxil olar və vergitutmabazası genişlənər, həm də təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsinə şəraityaradan əlverişli rəqabət mühiti formalaşardı. Eyni zamanda, məktəbəqədər təhsilinəhatə dairəsi dəgenişlənə bilərdi. Mənim təklifimin əsasında da məhz, buarqumentlər dayanır.

-Deputathəmkarlarınızın bəziləri sizin təkliflə razılaşmadı...

- Bilirsiniz, mən də daxil olmaqla deputat həmkarlarımhər hansı bir təkliflə çıxış edərkən onun mütləq hamı tərəfindən qəbulolunacağı iddiasında deyilik. Məqsəd odur ki, səsləndirdiyimiz fikirlərləproblemləri üzə çıxaraq, gündəmə gətirək və onun həlli istiqamətində qanunvericilikdəolan boşluqların, uyğunsuzluqların aradan qaldırılmasına nail olaq və milli təhsilimizinmükəmməl qanunvericilik bazasını yarada bilək. Əsas məqsəd budur. Təbii ki,sözügedən qanun layihəsində mənim də irəli sürdüyüm təkliflər əsasən nəzərəalınmışdır və bu təklifimə də hörmətlə yanaşılmışdır, eyni zamanda məsələ iləbağlı digər əks arqumentlər də qiymətləndirilmişdir. Qanunvericilik fəaliyyətiyaradıcı prosesdir, burada fikir ayrılıqları, diskussiyalar, mübahisələr təbiiqəbul olunmalıdır, etik qaydalar pozulmamaq şərtilə. Hər halda qaldırılan məsələilə bağlı gələcəkdə sosial sifariş olarsa, o, qanunvericilikdə müvafiq dəyişikliklərinedilməsilə öz həllini tapa bilər.

-Milli Məclisdə təmsilolunduğunuz Elm və təhsil komitəsinin fəaliyyəti iləbağlı nə deyə bilərsiniz?

-Qısacaolaraq onu deyə bilərəm ki, komitədə fəaliyyətimiz səmimi və işgüzar bir mühitdədavam edir. Qanun layihələrinin hazırlanmasında və geniş ictimai müzakirəsindəfəal şəkildə iştirak edirik. Qısa müddət ərzində "Məktəbəqədər təhsil haqqında”Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması və qəbul edilməsinikomitənin əsas nailiyyətlərindən biri kimi qiymətləndirmək olar. Növbədə "İlk peşə ixtisas təhsili haqqında” qanunlayihəsinin hazırlanması dayanır və hazırda yaradılmış müvafiq işçi qruputərəfindən bu istiqamətdə işlərə başlanılmışdır.

-Qarşıdanİslam Oyunları gəlir. Sizcə Bakı İslam Oyunlarına hazırdırmı?

-Əlbəttə,tam hazırdır. Artıq bir neçə gündən sonra, 12-22 may tarixlərində ölkəmizinpaytaxtında Dördüncü İslam Həmrəyliyi Oyunları keçiriləcək. İndiyə qədər Eurovision,I Avropa Oyunları, Formula-1 və s. bu kimi böyük auditoriyaya malik beynəlxalqsəviyyəli tədbirlərin Bakıda yüksək səviyyədə təşkil olunması deməyə əsas verirki, ölkəmiz nəinki İslam Həmrəyliyi Oyunlarına, eləcə də qlobal səviyyəli bütüntədbirlərə ev sahibliyi etməyə hazırdır. Xüsusilə vurğulamaq istərdim ki, AzərbaycanRespubikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO və İSESKO-nun xoşmərəmlı səfiri xanım Mehriban Əliyeva yüksək idarəetmə və təşkilatçılıq məharəti ilə buistiqamətdə görülən işlərə misilsiz töhfələr vermişdir. Hazırda onun Dördüncüİslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi tədbirin yüksəkzövqlə, müasir standartlar səviyyəsində təşkil ediləcəyinə hamıda böyük əminlikyaradır.

Xüsusiqeyd etmək istərdim ki, bu Oyunlara təkcəidman yarışması nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı. Bu, həmçinin İslamDünyasının həmrəyliyinin, birliyinin gücləndirilməsinə xidmət edən çağırış vətöhfədir. Ümumiyyətlə, tarixən islam sivilizasiyasının əsas mərkəzlərindən birikimi ölkəmiz hər zaman islam ölkələri arasında sağlam dialoqun, möhkəm,qarşılıqlı faydalı siyasi və iqtisadi əməkdaşlığın mövcud olmasında maraqlıolmuşdur.Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyiİli” elan edilməsi də bunu bir daha təsdiq edir. Xüsusilə hazırda müharibələrin,terror dalğalarının, qanlı toqquşmaların və bəzi xarici dairələrin təzyiqlərininartdığı şəraitdə İslam Dünyası üçün həmrəyliyin və birliyin həyati əhəmiyyətivardır. Eyni zamanda islam dəyərlərini təbliğ etmək üçün geniş imkanlara malikolan İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslamla ekstremizmi, radikalizmi,terrorizmi əlaqələndirən və islamofobiya meyillərini təbliğ edən qüvvələrəqarşı tutarlı bir cavab olacaqdır və İslam dininin onların formalaşdırdıqlarıstereotiplərin əksinə olaraq yalnız, insanların sağlam, dinc, sülh, əminamanlıqvə rifah şəraitində yaşamalarına xidmət etdiyini bütün dünyaya nümayiş etdirəcəkdir.

Bütün bunlarla yanaşı, dünyanın 57 ölkəsinin və 3mindən çox idmançının təmsil olunduğu İslam Həmrəyliyi Oyunları ölkəmizin sahibolduğu milli-mənəvi dəyərlərin, tarixən qısa bir zamanda əldə etdiyi misilsizuğurların nümayiş etdirilməsi və təbliği üçün əlverişli bir platformaya çevrilməkləistər ictimai-siyasi, istərsə də iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edəcəkdir.Bu baxımdan hesab edirəm ki, bu cür qlobal səviyyəli tədbirlərin keçirilməsizamanı təşkilati, maddi-texniki, servis və infrastruktur hazırlıqları iləyanaşı, siyasi, iqtisadi və ideoloji təbliğat və təşviqat mexanizmlərinineffektivliyinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmalıdır.

Ədil Ədilzadə