adalet.az header logo
  • Bakı -°C
12 Mart 2026 11:37
72
ŞOU-BİZNES
A- A+

Rusiya toylarında oxuyan müğənnilərın çoxunun sənətdən xəbərləri yoxdur...

Bu gün hər yerindən duran deyir ki, müğənniyəm. Tay bilmirlər ki, müğəninin səsi olar, səhnə mədəniyyəti olar.Hələ biz onun bəstəkar və xalq mahnılarını gözəl ifa etməsini demirik.Televizayalara  çıxıb orasını- burası göstərmək, atılıb- düşmək və düşük- düşük barmaqlarını uzadıb, tamaşaçıların görüşünə " soxmaq" mügənnilik deyil. Amma adi musiqi notlarını bilməyən və küçədən birbaşa televiziyalara gələn  belələri bu böyük sənəti təhqir edir, ayaqlar altına atırlar.

Üsətlik də yaxşı pul qazanırlar və deyirlər ki, hər ay 15-20 gün Rusiya toylarındayıq. Bunu da düz deyirlər.Çünki onları toylara aparan , başlarına dollar səpənlər də onlar səviyyəli adamlardır. Bu barədə Əməkdar  artist Gülüstan  xanım da öz narahatlığını bildirir. O deyir ki, Rusiya gedənlər  çoxu  avtobus dayancaqlarında, Avtovağzallarda bayağı mahnıları səsləndirilən  toy müğənniləridir.Çünki Rusiya bazarlarında alver edən adamlar onları toylarına aparır və çoxlu pul verirlər.

Onların da musiqi  duyumu hamıya aydındır.Təbii ki, musiqi zövqü olamayan belə admalrın imkanları böyükdür və sənətdən xəbəri olmayan " müğənni" ləri toylarına aparırlar.Gülüstan Əliyeva düz deyir, kor atın da , kor nalbəndi olar! Və bu gün musiqimizi  və insanların zövqünü korlayan belə müğənnilər Rusiya  toylarında meydan sulayır. Bunun da günahkarı elə biz özümüzük. Toylara sənətkarları deyil, küçədən gələn müğənniləri aoarırıq!!!

Emil FAİQOĞLU