adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2017 12:24
12678
MƏMLƏKƏT

Qiymətlər baha, alıcı isə yox - BAYRAM BAZARLIĞINDAN REPORTAJ

Yurdumuza bahar gəlir. Ümidlərlə,arzularla dolu günəşli il...

Nədənsə həmişə bütünproblemlərimizin, qayğılarımızın köhnə ildə qalacağını və yeni ilin bizə mütləqxoş sürprizlər bəxş edəcəyini gözləyirik.

Bayramlar içində bir bayram var: ən əziz, əndoğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən,lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il»deməkdir, baharın ilk günüdür. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat,şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürəksevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədənhazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlərbişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır,qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəlyandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar.Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilindəeyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruza bir ay qalmış adamlar dörd çərşənbəaxşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatınvarlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə)həsr olunur.

Artıq bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatımallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçimimkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıməqsədilə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunub.Biz də yolumuzu Neftçilər metrosuyaxınlığında yerləşən "8 km bazarı”na salıb qiymətlərləmaraqlandıq.

İnsanlar yeni il süfrəsini dolu görmək üçün ciblərini nə qədər silkələməliolacaqlar? Ümumiyyətlə, ərzaq və gündəlik tələbat mallarının, eləcə dəədviyyatların qiymətlərində nə qədər bahalaşma var?




Ətin qiyməti 12-15 manat

Müşahidələr zamanı məlum olub ki,"Nəsimi" bazarı ilə marketlər arasındakı fərq o qədər də çox deyil.Ət və ət məhsullarının qiymətləri isə demək olar ki, eynidir: "Mal ətinin 1kiloqramı 12, qoyun ətininki isə 15 manat. Kənd toyuğunu 4.50 - 5 manata almaqolar. Broyler isə bir qədər ucuzdur - 1 kq-ı 4-4.50 manatarası. Xörəklərdə ənçox işlənən kartofun 1 kilosu 0.60-1 manat arası dəyişir. Soğanın qiyməti isə0.40-0.70 qəpiyədir. Pomidorun 1 kilosu 4-10, xiyarınkı isə 2-5 manatdır.Bayram xonçasının bəzəyi olan yumurta da müxtəlif qiymətədir. Belə ki, quşçuluqşirkətlərinin satdığı yumurtalar 14, kənd yumurtası isə 30 qəpikdir. Bayramıplovsuz təsəvvür etmək olmaz. Buna görə başqa ərzaq alınmasa da, düyü mütləqalınır. Düyünün 1 kilosu isə 2.80-5 manat arası dəyişir".


Qoz-fındıq, ləbləbi...

Novruzda qoz-fındıq, badam, fıstıqsüfrənin bəzəyinə çevrilir. Amma qiymətlərə baxanda çox adamın onlarınhamısından ala biləcəyinə şübhə etmək olar. Belə ki, qozun 1 kq-ı 15-26 manatcivarındadır. Fındığın kilosu 12-26, fısdıq 5-7, badam 21-25 manatarasında dəyişir. Qiymətlər məhsulun gətirildiyi yerə, çeşidə uyğuntənzimlənir. Kişmiş də rənginə, sortuna görə qiymətləndirilib. Məsələn, qarakişmişin 1 kilosunu 8-20 manata almaq olar. Sarı kişmişin kilosu bir qədər ucuzdur- 8-15 manata.

Püstənin kilosuisə 20 manatdan başlayır. Ən bahalısını 24 manata almaq olar. Sarı qaysınınkiloqramı 9-14 manat arasındadır. Xurmada da çeşid çoxdur, kilosunu 9 manatdan25 manatadək almaq olar. Yalnız qutulardakı xurmalar bir qədər ucuz başa gəlir.İydəni 8-13 manata almaq mümkündür. Bayram plovunu bəzəyən şabalıdın kilosunuisə 7-10 manata satırlar. Alça turşusunu da 3-6.50 manata əldə etmək olar.


Bayram xonçası

Bayram xonçasını şirniyyatsız, meyvəsiztəsəvvür etmək olmur. Xonçaya qoyulan şirnilər 3.50-15 manatadır. Xırda meyvəquruları 1 kq: 5-7 manat arası dəyişir. Meyvələrə gəlincə; almanın kilosu1.50-2.50, armud 2.50- 4, üzüm 5-10, portağal 2.50-3, naringi 2-3.50,banan 2.30-5 manatadır. Səmənilər də çeşidlənib – 1 manatdan 7 manatadək almaqolar.

Bayrama 1 həfəyə yaxın vaxt var. Bunagörə də qiymətlərin artması ehtimal olunur. Bazarda quru meyvə satışı iləməşğul olan orta yaşlı satıcı bu il qiymətlərin bir qədər yüksək olduğunudeyir: "Bilmirəm, kasıblar necə alış-veriş edəcəklər? Keçən illəmüqayisədə bu il alver zəifləyib. Qiymətlər də qalxıb, ümumiyyətlə,dollar qalxandan sonra alver azalıb".




Müştərilər də qiymət artımından razı deyil.

"Pensiya iləheç nəyi çatdırmaq olmur. Bilmirsən qazın, suyun, işığın pulunu verəsən, yoxsayeməyə bir şey alasan", - yaşlı kişi gileylənir.

Bazarlıq edən ortayaşlı qadın alıcı isə qiymətlərin normal olduğunu deyir: "Qiymətlərnormaldı, pis deyil. Qiymət artımı başadüşüləndir".