27 Iyul 2020 10:32
50078
MƏDƏNİYYƏT

Qısa Filmlər Festivalına film qəbulu başladı

Bu il 13-17noyabr tarixlərində Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa FilmlərFestivalına (BBQFF) filmlərin qəbulu başladı.

"CINEMA” GəncKinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası MədəniyyətNazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Festivalın dəstəkçilərisırasında Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, "02 MEDİA”, ÖZ FİLM şirkətidə yer alır.

Festival bu il də"35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35dəqiqədən çox olmayan qısa filmlərini festivala 1 sentyabr tarixinə kimi təqdimedə bilərlər.

Festivalda beynəlxalq,yerli, "CİNEMOBİL” müsabiqə bölmələri mövcuddur.

Beynəlxalqmüsabiqəyə əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri iləqatıla bilərlər.

Festivalın yerlirejissorlara ünvanlanmış proqramları zənginliyi ilə seçilir. Yerli müsabiqədə bədii,sənədli, animasiya ilə yanaşı sosial çarxlar da mübarizəyə qoşulur.

Mobil telefonlaçəkilmiş filmlərin yarışdığı "CİNEMOBİL” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdətutulub. Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum 5 dəqiqəlik ekranəsərlərini müsabiqəyə təqdim edə bilərlər.

Hər bir müəlliföz filmini festivalın saytı (www.filmfestival.az) və www.filmfreeway.com platforması üzərindən göndərə bilər.

Filmlər SeçimKomissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir.

Festivalın rəsmiproqramı 20 oktyabrda açıqlanacaq.

Festivalın əsasmükafatı olan "Qızıl Nar” uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdənibarət münsiflər heyəti qiymətləndirəcək.

Yerlirejissorlara hər zaman dəstək olmağa çalışan kinoforumda bu il bir ilkyaşanacaq. BBQFF Yerli müsabiqənin "Ən yaxşı qısa bədii film”, "Ən yaxşı qısa sənədlifilm” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki vəpost-prodakşn dəstəyini öz üzərinə götürür. "Ən yaxşı qısa animasiya filmi”ninmükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyatakeçirəcək.

2004-cü ildə təsisedilən Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR”da mükafat və uğurqazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı hazırdaAzərbaycanın uzunömürlü və ən böyük kino festivalıdır.

Hər il dünyanınmüxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərəkfestivalın proqramına daxil edilir.

Bundan başqa fərqliyanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerlirejissorların yeni filmlərini də tamaşaçılar beş gün ərzində məhz bu festivaldaizləmə şansına malikdirlər.

Bakı BQFF ölkəmizdəkinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını,gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əksetdirir.

On bir ildirpayızda reallaşan bu festivalda dünyada və ölkəmizdə baş verən mədəni, siyasi,sosial hadisələri və müxtəlif xarakterləri özündə birləşdirən rəngarəng filmlərinümayiş etdirməkdən qürur duyuruq.