adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Sentyabr 2019 10:46
12694
MƏMLƏKƏT

Qırmızı.net platforması təqdim edir: Peşəsinin Peşəkarları

21 Sentyabr 2019-cu il tarixində Media BalansReklam Agentliyinin Baş sponsorluğu, Milli çay markası Azerçay, Sabis Sun BeynəlxalqMəktəbinin sponsorluğu, Dreamland Baku, Bazarstore Marketlər Şəbəkəsi, AsanKönüllülər Təşkilatı, Bizim Tarla, Prive Steak Gallery, Doğtaş Exclusive MebelSalonu, Fairmont Hotelin təşkilati dəstəyi ilə Qırmızı.netplatformasının açılış mərasimi keçirilib.

Media Balans Reklam Agentliyinin Kreativ direktoru vəQırmızı.net platformasının təsisçisi Onat Gökçen qonaqları salamlayaraqplatformanı açıq elan edib. O, öz çıxışında Agentliyin fəaliyyət istiqamətlərivə qazandığı uğurlardan söz açıb.

Daha sonra səhnəyə Qırmızı.net layihəsinin meneceriFatma Kazımova çıxaraq platformanın təşkil olunmasındakı məqsəd və dəyərlərdənbəhs edib.

Platformanın "Peşəsinin peşəkarları ” adlı ilkpanelində Türkiyənin Trend ovçusu,İstanbul Bilgi Universitetinin nəzdində dijital marketinq üzrə magistrproqramının müəllifi və Next Academy`nin qurucusu Serdar Kuzuloğlu, BMT-ninNarkotik və Cəza Təşkilatı, Dünya Anti-Dopinq Agentliyinin mütəxəssisiİtaliyalı yazıçı Dr. Ornella Corazza çıxış edib.

Serdar Kuzuloğlu "Yeni dünya, Yeni istehlakçı, Yeni şirkət” mövzusuilə çıxış edib. O, öz çıxışında yeni dünyanın gətirdiyi yeniliklər, bu yeniliklərininsanlara faydasından, Dr. OrnellaCorazza isə "Rəqəmsal Aludəçilik”dən bəhs edib.

Qeyd etmək istərdik ki, QIRMIZI.net liderlik, motivasiya, fərdi inkişaf, həyat tərzi, biznes mühiti vədigər müvafiq sahələr üzrə ixtisaslaşan mütəxəssislərlə beynəlxalq vəregional səviyyəli görüşlərin təşkili üçün nəzərdə tutulan platformadır.

Platformanın təşkil olunmasında əsas məqsəd bilik vəbacarıqların artırılmasına, fərdi və peşəkar inkişafa şərait yaratmaq, cəmiyyətəfaydalılığımızın davamlılığını artıraraq fərqli platforma nümunəsi olmaq, bütünsahələrə istiqamətlənmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyəlilayihələr reallaşdırmaq, gənclərin təşəbbüskarlığını artırmaq və stimullaşdırmaqistiqamətində tədbirlər görməkdir.

Platforma çərçivəsində təşkil olunan görüşlərə dünyanınmüxtəlif ölkələrindən yüksək səviyyəli mütəxəssislər dəvət olunacaq. Bu görüşlərintəşkili və peşəsinin peşəkarlarının səyləri tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinəzəmin yaradacaq.