“Qırmızı bülleten”lə axtarılan 15 cinayətkar Türkiyəyə təhvil verildi
“Qırmızı bülleten”lə beynəlxalq axtarışda olan 9 və milli səviyyədə axtarışda olan 6 cinayətkar Türkiyəyə təhvil verilib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama yayıb.
Bildirilib ki, şübhəlilər Gürcüstan, Almaniya, Monteneqro, Azərbaycan, Yunanıstan və Şimali Makedoniyada tutularaq ölkəyə ekstradisiya olunublar.
Onlar qətl, qətlə cəhd, narkotik qaçaqmalçılığı, cinsi istismar, hücum, soyğunçuluq, oğurluq və fırıldaqçılıq ittihamları ilə axtarılırdılar.
Ekstradisiya edilənlər arasında 2023-cü ildə Bodrumda keçmiş həyat yoldaşını və qızını öldürməkdə ittiham olunan qətl şübhəlisi də yer alır.
Nazir əməliyyatların davam edəcəyini bildirib:
“Qırmızı bülleten”lə axtardığımız mütəşəkkil cinayətkar qrupların üzvlərini və narkotik qaçaqmalçılarını bir-bir tutub ölkəmizə qaytaracağıq. Qaçış yolu yoxdur”.
Digər Xəbərlər
08 Fevral 2026 17:38
Əsəd rejimini video-oyunlar devirdi?
08 Fevral 2026 17:27
Almanlar Ukraynaya yardımın artırılmasını istəyir - Sorğu
08 Fevral 2026 17:13
Türkiyə XİN Sudana başsağlığı verib
08 Fevral 2026 16:09
Putin buna görə BƏƏ prezidentinə təşəkkür etdi
08 Fevral 2026 16:00
“Dünyanın reaksiyası olmadıqda hücumlar daha da güclənir” - Zelenski
08 Fevral 2026 15:27
İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır - Pezeşkian
08 Fevral 2026 15:17
Hindistan Azərbaycandan LNG tədarükündə maraqlıdır
08 Fevral 2026 11:49


Bakı -°C

