Qırğızıstanın birinci xanımı Mehriban Əliyevanı TƏBRİK ETDİ
Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Mehriban xanım.
Təbiətin yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Tarixən birliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı tərənnüm edən Novruz bayramı saf düşüncələrlə, nəcib arzularla yeni ilin başlanğıcı kimi qeyd olunur.
Qoy Novruz bayramı parlaq anlarla, səmimi görüşlərlə dolu yeni imkanların başlanğıcına çevrilsin.
Hörmətli Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.
Ayqul Japarova Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə də təbrik edib.
“Bütün müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Qoy Ulu Tanrı bu müqəddəs ayda gördüyümüz bütün xeyirxah işləri qəbul etsin, mübarək bayram hüzur və xoşbəxtliyimizi artırsın.
Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərlərin təcəssümü olan bu bayram hər bir evə səadət və ruzi-bərəkət gətirsin, qardaş xalqlarımıza isə sülh və əmin-amanlıq bəxş etsin.
Hörmətli Mehriban xanım, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, rifah və uğurlar arzulayıram”, - deyə təbrik məktubunda bildirilir.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

