adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Yanvar 2018 18:00
49758
MƏMLƏKƏT

Qidaların keyfiyyətini harda yoxlayaq?

Son vaxtlar məişətimizdəistifadə olunan yağ məhsullarının qiymətinin artması insanların qədimzamanlardan istehsal və istifadə etdikləri nehrə yağına üz tutmasına səbəboldu. Bu gün bazarların, demək olar ki, hər birində nehrə yağı satılır. Lakinbu məhsulun keyfiyyəti, tərkibi haqlı olaraq alıcılar arasında müəyyən şübhələrdoğurur. Bu da nehrə yağının ev şəraitində hazırlandığından onun üzərindəmüvafiq məlumatlandırıcı rəsmi sənədinolmamasından yaranır.

Artıq bu barədəKİV-də, o cümlədən, "Ədalət" qəzetində də yetərincə araşdırmalar aparılıb. Azadİstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun nehrə yağı ilə bağlı ictimaiyyətdəyaranmış suallara verdiyi cavabdan sonrayenidən bu mövzuya müraciət etmək məcburiyyətində qaldıq. E. Hüseynov bu sahədə yaranmış problemləricavablandırarkən bildirmişdi ki,"ölkəmizdə yağları ekspertiza edən normal bir yer yoxdur". Bufikir sözsüz ki, insanların yağ məhsullarının keyfiyyətləri ilə bağlı olan şübhələrini daha da artırdı.

Bir alıcı olaraqbiz də bu şübhələrə aydınlıq gətirmək məqsədilə üz tutduq rəsmi qurumlara.Doğurdanmı, ölkədə belə bir laboratoriya yoxdur? Standartlaşdırma, Metrologiyavə Patent üzrə Dövlət Komitəsinin informasiya təminatı və elektron idarəetmə şöbəsininrəhbəri Fazil Talıbov ölkədə belə bir laboratoriyanın olduğunu və hətta onunAvropa standartlarına tam cavab verdiyini bildirdi: "StandartlaşdırmaMetrologiya və Patent üzrə Dövlət Komitəsi hələ 2009-cu ildən Azərbaycanda qidaməhsullarının sınağını həyata keçirən laboratoriya quruculuğuna başlamışdır. Odövrdə Komitənin tərkibində AzTEST təcrübə-sınaq mərkəzi var idi. Oərzaq və qida məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarınınmüxtəlif göstəricilər üzrə, həm fiziki-kimyəvi, həm mikrobaktoroloji, ağırmetallar və digər göstəricilər üzrəsınaqları həyata keçirmək gücündəydi.Sonradan bu laboratoriyaya ət, süd məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin,bir sözlə, bütün qida məhsullarınınsınağını aparmaq imkanına malik olan müasir avadanlıqlar gətirildi vəquraşdırıldı. Bu işin mütəxəssisləri burada müvafiq seminarlar keçirdilər və əməkdaşlarımızaxüsusi sertifikatlar təqdim etdilər.

Həttalaboratoriya inkişaf etdirilərək o səviyyəyə gəlib çatdı ki, 2012-ci ildə Azərbaycanınqeyri-neft idxal potensialının gücləndirilmək tədbirləri çərçivəsindəsahibkarlara yardım göstərmək üçün onunAvropa akkreditasiya təşkilatlarından birində qeydiyyatı məsələsi gündəməgəldi. 2012-ci ildə Almaniya akkreditasiya təşkilatına etdiyimiz müraciət nəticəsində bu təşkilatınekspertləri bizim laboratoriyanın auditini etdikdən sonra beynəlxalqakkreditasiya sənədinə layiq görüldük. Yəni, laboratoriya bu təşkilat tərəfindəntanınmaqla özünün sınaq protokollarının artıq beynəlxalq səviyyədə tanınmasınıtəmin etdi. Həmin laboratoriyadan rəy alan sahibkarlar öz məhsullarının sınaq nəticələrini,protokollarını Avropa İttifaqı ölkələrinə çıxarda bilirdi. Sahibkarlar buprotokollarla xaricə məhsul çıxarda bilirlər və sənədləri digər dövlətlərdə təqdimedərkən yenidən bu məhsulların yoxlanmasına ehtiyac duyulmur.

Ölkə rəhbərliyinin10 fevral 2017-ci il tarixli fərmanına uyğun olaraq komitənin idarəetməsində aparılan təkmilləşdirilmə ilə əlaqədarAzTEST ləğv edildi. Və AzTEST-in bu sınaq funksiyası "AzərbaycanStandartlaşdırma İnstitutu" publik hüquqi şəxsin tabeliyinə verildi. Beləliklə,hazırda həmin laboratoriya müasir standartlara cavab verir, avadanlıqlar yüksəksəviyyədədir, personalı da o cümlədən peşəkardır. Bir daha qeyd edim ki, Avropaailəsinin bir üzvü olaraq onun verdiyi rəylərin xaricdə tanınması təmin edilib.

Bununla yanaşı hələbir neçə il əvvəl bu laboratoriyanın tərkibində yeni modifikasiya olunmuş məhsullarınsınağını həyata keçirmək üçün xüsusi bir şöbə də yaradıldı və lazım olanavadanlıqlar alındı. Orda qida məhsulları analizini aparmaq, bundan başqa ətintərkibinin DNT analizi həyata keçirərək mənşəyini, yəni, hansı heyvana məxsusolduğunu da müəyyən etmək də mümkündür.

Bildiyimiz kimi,2021-ci ilədək ölkə qanunvericiliyinə əsasən yoxlamalar dayandırılıb. Hazırdayoxlamalar yoxdur. Həmçinin artıq bu ilin yanvar ayından Qida TəhlükəsizliyiAgentliyi fəaliyyətə başlayıb. Bu sahə üzrə bütün yoxlamalar mərkəzləşmişolaraq bu quruma həvalə edilib".

Azadİstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da öz növbəsində ölkəmizdə beləbir laboratoriyanın olması ilə bağlı Komitə rəsmisinin fikirlərini təsdiqləsə dəbildirdi ki, "mən müstəqil laboratoriyaları nəzərdə tutmuşam. Olaboratoriyaları ki, onun verdiyi sənəd hüquqi sənəd sayılacaq və məhkəmədə keçərliolacaq. Bu laboratoriyalar analizi çox baha qiymətə edir. Vətəndaşlar 10 manataaldığı yağı necə 300 manat verib ekspertizadan keçirsinlər? Biz laboratoriyayaratdıq, dövlət qeydiyyatından keçirtdik, lakin orda işləyib öz imzasını məhkəmədəmüdafiə edə biləcək insan tapa bilmədik. İnsanlar qorxaqdırlar. Məhkəmədə iddiaqaldırdıqda dövlətin verdiyi sertifikatı təkzib edə bilmirlər".


Nicat Novruzoğlu