adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyul 2014 11:30
14228
MƏMLƏKƏT

QHT milli-mənəvi dəyərləri təbliğ edəcək

"Yayımların Monitorinq Mərkəziİctimai BirliyiPrezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyiilə "Regional TV disputlarda milli-mənəvi dəyərlərin təbliği” layihəsinə startverib.

Birliyin nümayəndəsi Könül Quliyevanın verdiyi məlumata görə, layihəninməqsədi milli-mənəvi dəyərlərin təbliğində vətəndaş qruplarının bir başaiştirakının təmin edilməsidir.  Onunsözlərinə görə, layihə çərçivəsində tele-disput təşkil olunacaq.  Tele-disputda, "Cəmiyyətin inkişafında vəmilli-mənəvi dəyərlərin təbliğində xeyriyyəçiliyin rolu” mövzusunu müzakirəyəçıxaracaq: "Əsrlər boyu xalqımızın yüksək dəyərləri içərisində xeyriyyəçilikgeniş yer tutub. Biz, regionlarda vəpaytaxtda bu istiqamətdə real vəziyyəti təhlil etmək, QHT-lərin iştirakı iləhansı vacib işlərin görülməsini ekspert və vətəndaşların iştirakı ilə genişmüzakirəyə çıxarmağı nəzərdə tuturuq. Həmçinin,bir çox sosial-ictimai məsələlərin qarşılıqlı anlayış səviyyəsində disputlarvasitəsi ilə müzakirə edilməsinə və həlli yolunun tapılmasına nail olmaqdır.Biz düşünürük ki, cəmiyyətdə istənilən məsələnin həllinin dialoqla, müzakirəilə həll edilməsinin mümkünlüyü dərk edildikcə, inkişafın təkamüllə baş verməsiqaçılmaz olur. Bu zaman ayrı-ayrılıqda fərdlər, vətəndaş cəmiyyəti qurumları,media quruluşları və hökumət təmsilçiləri problemləri birgə müzakirə edərək,daha effektiv həlli yolu tapa bilərlər. Heç kəsə sirr deyil ki, ölkəmizdə zəifinkişaf meyllərindən biri də ictimai-sosial disput mədəniyyətininformalaşmasında müşahidə edilməkdədir. Bəzən, fərqli düşünən insanlarbir-birinin fikrini bilmədən, dinləmədən, dözümsüzlük nümayiş etdirməyə meylliolurlar. Bu istiqamətdə cəmiyyətə müsbət nümunələri təqdim və təbliğ etməliyik.Təşkil etdiyimiz disputlar sosial şəbəkələr vasitəsi ilə geniş auditoriyanınistifadəsinə təqdim ediləcək. Bu fəaliyyətlə cəmiyyətimizə daha da faydalıolmağa çalışacağıq.