adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 May 2015 16:05
4798
MƏMLƏKƏT

QHT Gəncədə ictimai müzakirə keçirdi

Bu gün Gəncə şəhərində BeynəlxalqMünasibətlərin Araşdırılması Mərkəzi (BMAM)Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı  ilə  "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olanməlumatların qorunması yollarının sosial şəbəkələrdə və mediada təbliği”  mövzusundaictimai müzakirə keçirib. "İnformasiya təhlükəsizliyinin təminatı və dövlətsirri olan məlumatların qorunması yolları” mövsuzunda keçirilən ictimaimüzakirədə KİV və QHT rəhbərləri, millət vəkilləri, müvafiq dövlət qrumlarınınrəhbərləri, sosial şəbəkə aktivləri iştirak edib. Tədbiri  BMAM sədrinin müşaviri Fuad Rəsulov açaraq,ictimai müzakirə iştirakçılarını "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək”Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru, BMAM sədri, palitoloq RufizQonaqovun adından salamlayaraq bildirib ki, ictimai müzakirədə informasiya resurslarının inkişafı vəinformasiya təhlükəsizliyi ilə bağlı sosial şəbəkələrin, yeni mediavasitələrinin vəzifələri, informasiya təhlükəsizliyi ilə bağlı xarici təcrübəvə bunun dövlətlərin təhlükəsizliyində rolu, informasiya təhlükəsizliyi iləbağlı vahid strategiyanın tətbiqinin əhəmiyyəti, internet-medianın fəaliyyətinin sistemləşdirilməsininyolları, dövlət sirri və dövlət sirrinin qorunmasının vacibliyi kimi mühümmövzular müzakirə olunur: "Azərbaycan müharibə şəraitində yaşayanölkələrdəndir. Ona görə də informasiya təhlükəsziliyi, dövlət sirri olan hərbiməlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Mediada, internetdə,sosial şəbəkələrdə yayılan informasiyalar milli təhlükəsizliyə zərər yetirməməlidirvə bu kimi informasiyalar cəmiyyətin panik duruma düşməsinə rəvac verməməlidir.Hazırda "Bakı 2015: Birinci Avropa Oyunları”na hazırlaşırıq. Ölkəmizə qarşıikili standartlar, qərəzli mövqe sərgiləyən şəxslər və ölkələrin fəaliyyətinihamımız müşahidə edirik. Bütün bunlar göstərir ki, biz ölkəmizin informasiyatəhlükəsizliyini diqqətdə saxlamalı və hər zaman bu istiqamətdə fəaliyyətgöstərməliyik”.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncəşəhər Təşkilatının İdealoji şöbə müdiri HüseynBudaqov giriş nitqi ilə çıxış edərək bildirib ki, informasiyatəhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunmasıyollarının müzakirəsi, onların sosial şəbəkələrdə və mediada təbliği dövlətinvacib saydığı əsas mövzulardandır.Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcıinstitutları olan KİV və QHT rəhbərlərinin üzərinə böyük vəzifələr düşür.

 BMAM   katibliyinin rəisi, ekspert  NovruzDadaşov  mövzu ətrafında məruzə edib.O, bildirib ki, ölkədə diqqətdə saxlanmalı ən vacib məsələ informasiyatəhlükəsizliyi məsələsidir. Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsiüçün müəyyən qanunvericilik bazası formalaşmışdır. Eləcə də həmin ölkələrdəmüxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiyatəhlükəsizliyi tənzimlənir. İndiki dövrdə bizim cəmiyyət və ölkə üçün də buməsələnin aktualdır. İnformasiya resursları artdıqca milli təhlükəsizliyitəhdid edən informasiyalar da çoxalır. Xüsusilə senzuranın ləğv olunduğu birdövrdə informasiya təhlükəsizliyi ilə mübarizə güclənməlidir. İnternetin genişimkanları, yayım sürəti problemə daha ciddi diqqət ayrılmasını vacib edir.İnformasiya təhlükəsziliyi üçün qanunvericilik bazası olsa da, nəzarətimkanları məhduddur. Söz və mətbuat azadlığının dünyanın diqqətində olduğu birzamanda bunun üçün "qızıl orta” tapmaq və onu həyata keçirmək dövlət orqanlarıilə yanaşı vətəndaş cəmiyyətinin də qarşısında duran əsas vəzifələrdəndir”.

Sonra məruzə ətrafında "Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, Gənc Vətənpərvərlər Birliyininsədri Elçin Axundov, Gənclər üzrəTəlim Mərkəzinin mətbuat xidmətinin rəhbəriGülşən Rəhimov, ATU-nun mətbuat xidmətinin rəhbəri Vüsal Orucov , "Texnolo” qəzetinin redaktoru Səyavuş  Kamalov çıxışlar edərək Layihə haqqindaöz fikirlərini bölüşmüşlər.