20 Avqust 2025 10:26
105
DÜNYA

Qəzza şəhərinə hərbi hücum planını təsdiqlədi

İsrailin müdafiə naziri İsrael Kats ordunun Qəzza şəhərinə hücum planını təsdiqləyib.

Bu barədə Adalet.az “Times of Israel”ə istinadən məlumat verir.

Hücum "Gideonun arabaları B" adlandırılıb.

Təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, Kats hökumətin hərbi qüvvələrə Qəzza şəhərini ələ keçirməyi tapşırmasından sonra keçirilən görüş zamanı İsrail Müdafiə Qüvvələrinin planını və hazırlığını yüksək qiymətləndirib.

İsrail Müdafiə Qüvvələri Katsın təsdiqlədiyi hücumda iştirak etmək üçün ehtiyatda olan 60 minə yaxın hərbçinin orduya çağırılması barədə əmrlər verib.

Müdafiə naziri həmçinin Qəzza şəhərindən anklavın cənubuna köçürülməli olan təxminən bir milyon fələstinli üçün "humanitar hazırlığın" aparıldıdğını təsdiqləyib.