adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2020 14:38
22886
GÜNDƏM

Qəzada həlak olan hərbçilərdən biri mayor oğludur

Xəbər verdiyimiz kimi dünən-26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobilyolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlüQafarlı Ceyhun Mehman oğlu idarə etdiyi "Saipa Saina EX" markalı99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətindəhərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağınaçıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev RamilGülhəsən oğlunun idarə etdiyi "Opel Vectra" markalı 01-BZ-361 dövlətqeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə "SaipaSaina EX" markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlüPənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu,1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə "Opel Vectra"markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov MənafNüsübət oğlu hadisə yerində ölüblər, "Opel Vectra" markalıavtomobilin sürücü və "Saipa Saina EX" markalı avtomobilin sərnişini1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanayayerləşdiriliblər.

Adalet.azxəbər verir ki, qəzada həlak olan hərbçilərdən biri Aprel Döyüşlərində iştiraketmiş, gizir Ceyhun Qafarov, Qarabağ müharibəsində şəhid olmuş tank polkunun komandiri, mayor Mehman Qafarovun oğludur. Mayor Mehman Qafarov1993-cü ildə Ağcabədirayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Lerikrayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.

Allah rəhmət eləsin!

Əntiqə Rəşid