Qeyri-sabit hava şəraiti… - DYP-dən RƏSMİ XƏBƏRDARLIQ

Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.
Bu barədə Adalet.az-a BDYPİ-dən bildirilib.
Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.
Digər Xəbərlər
 31 Oktyabr 2025 15:22
 31 Oktyabr 2025 15:22 Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib - FOTOLAR
 31 Oktyabr 2025 14:16
 31 Oktyabr 2025 14:16 Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı - VİDEO
 31 Oktyabr 2025 12:19
 31 Oktyabr 2025 12:19 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxıldı
 31 Oktyabr 2025 12:05
 31 Oktyabr 2025 12:05 İpotekaya dair tələblərlə bağlı yeni qayda tətbiq ediləcək
 31 Oktyabr 2025 12:04
 31 Oktyabr 2025 12:04 Vəkillərə yeni hüquqlar verilir
 31 Oktyabr 2025 11:39
 31 Oktyabr 2025 11:39 “Ailənin təzyiqi ilə “namusun bərpası” məqsədilə zorakı nikaha məcbur edilən qızlarda...”
 31 Oktyabr 2025 11:21
 31 Oktyabr 2025 11:21 Monteneqro Ombudsmanı Səbinə Əliyevanın məktubuna CAVAB VERDİ
 31 Oktyabr 2025 10:58
 31 Oktyabr 2025 10:58 

 Bakı -°C
 Bakı -°C 






