adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 09:30
93
DÜNYA
A- A+

Çində güclü zəlzələ olub - Xəsarət alanlar var

Çinin Siçuan əyalətində baş verən 5,5 bal gücündə zəlzələ baş verib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki,  hadisə nəticəsində 13 nəfər yüngül xəsarət alıb. 

Qeyd olunur ki, bölgədə 196 nəfər təcili olaraq təxliyə edilib. Hazırda ciddi itki yoxdur, ictimai asayiş sabitdir və fəlakətin nəticələrinin aradan qaldırılması işləri mütəşəkkil şəkildə davam edir. 

Zəlzələ Qao qraflığının Şahe qəsəbəsi yaxınlığında qeydə alınıb. Seysmik mərkəzi 6 km dərinlikdə yerləşib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.