QEYRƏT CƏNGİ VƏ SEVGİ NOBARI
NİYYƏTSƏRGÜZƏŞTİNƏ PROLOQ ƏVƏZİ
Ağır-əndişəlizəmanənin hökmü ilə təsisat tapmış Azərbaycan Uşaq fondu min-min binəsibə həyanolduğu kimi, torpaqdan yetim qalmış bu sətirlərin müəllifinin də imdadınaçatdı.
Əsatir-mifüslubunda təhkiyə edilmiş «Qeyrət cəngi və sevgi nobarı» romanı itirilmiş Qarabağa, ana yurda fədakarlıqxidmətinin rəmzi olan mücahidlik, nankor qonşuya qurduqları vəhşi oyunlarzəminində nifrət aşılayır.
Romandanseçilmiş hekayətlər Uşaq Fondunun əməkdaşı, aktrisa Rövşanə ilə fransalıtelejurnalist, azərbaycanlı nəcabətli Adılonun söylədikləri əsasında sizlərəçatdırılır.
ALINYAZISINDA SƏRTDÖNGƏLƏR
Ötən əsrinqürub çağı idi.
Bir gözümüzağlayır, bir gözümüz gülürdü. Hamılıqla qəm-qüssə yeyirdik. Xoşbəxtlikləməyusluq bir-birinə qarışmışdı. Nənəmin pırtlaşıq düşmüş yumağı təkin ucunutapa bilmirdik.
Hamı qəmyeyir, hamının gözü yolda, qulağı səsdə idi. Haçan xəstə torpağımıza əncamçəkiləcək, bu hamının ürəyincədir. Mənim də.
Ucqar dağkəndindən sənət eşqi ilə paytaxta gəlmiş qızın aktrisa olmaq məftunluğu üzərinədolu yağırdı. Nəki şirin xəyallarım var şülküt olmuşdu. Vaxt olacaqmı mənim «qaçqın»,«köçkün» ayamam üstümdən götürülsün. Mənə qarabağlı - sənət adamı hörməti iləxitab etsinlər.
Köçkün isə- yurdsuz, köksüz, nələrə görə isə daha çox da ehtiyac ucbatından özünü odaatan səfil anlamı yaradırdı. Mənim səhnə həyatım, hələ kənddə ikən «Qaravəlli»məişət timsallı teatrı ilə bağlı olmuşdu. Bu Şuşa təsiri idi. Yadımdadır ki, hətta yolunuazmış uşaqları «Qaravəlli» hədəsi ilə düz yola gətirərdik.
İndi,qarabağlı - yurdunu itirmiş binəsib sayılır. Tənə yeri olub!..
Xoşniyyətim önünə tir itələnmişdi.
Dəhşətliqəziyyə çoxlarınızı sarsıtdı. Mətbuata sızmışdı: «Qarabağın dağ kəndininqızları erməni vəhşilərinin əlinə keçmək vadarlığında qalanda, namuslarınıqorumaq üçün özlərini qayadan atmışlar». Vəssalam! Son dərəcə qürur doğurannamus fədakarlığı ilə hədsiz dərəcə kədər təlqin edən ölüm məni sarsıtmışdı.Axı, o qızlar mənim canbir rəfiqələrim idi. Bənövşə, Mətanət, Qiyamət - kəndimizdəilkin yaradılmış rəqs dəstəsinin, teatr truppasının üzvləri idilər. Və məni busənətə onlar ruhlandırmışdılar, təkan vermişdilər.
Bənövşəgözəllər gözəli idi. Uzun hörükləri dabanını döyəcləyirdi, ala gözlərigecə-gündüz məni izləyirdi.
Artıq AzərbaycanUşaq Fondunda işləyirdim.
Nə kəndimizbizim idi, nə o şərəfli ad-san!
Fondda mənəhəvalə edilmiş şöbə əsasən Qarabağ köçkünləri ilə məşğul olmalıydı. Ancaq hələsövet dövründə uşaq evlərində, xüsusi internatlarda tərbiyə olunanlar da buşöbənin qayğıları qismində idi. Ancaq hökumətin bunlar üçün ayırdığı vəsaitkifayət etmirdi. Qaçqın və köçkünlər üçün nəzərdə tutulmuş maddi köməyəayrı-ayrı təşkilatları da cəlb etmək lazım gəlirdi. Xocalı qırğınından sonrabinəsiblər, ata və analarını itirmişlər, şikəstlik tapmış uşaqlar cürbəcür vəçox çətin hamilik tələb edirdi.
Xeyirxahadamlar imdadımıza çatırdı. Onlar iki qəbildən ibarət olardı. Birinciləryardımlarını təklif üçün gəlirdilər. İkincilər hörmətli Prezidentinziyarətçiləri idilər, həm də yardım niyyətlərini söyləyib, məsləhət almaqmöhtaclığına görə bura üz tutmuşdular. Birincilərin təklifi şöbələrin hamısıilə bağlı olardı, ikincilər içəridə, Prezidentin hüzurunda xeyirxah işləri üçünona minnətdarlıq, isti söz deməyə şərait yaradılmayacağını güman etdiklərindən,ürək sözlərini, içəri girməmişdən bizə deyərdilər: kişini ziyarət etməkistəyirik. Hamımızın həyatında onun yeri görünür. Əsl azərbaycanlı qeyrəti varonda.
Bunaistinadən biz xatircəmləşib, öz işimizlə məşğul olardıq. İş isə başdan aşırdı.
Bu dəfəqəbula gələnlər, nədənsə məni həyəcanlandırmışdı. Səksəkəliydim. Elə birgörüşün intizarında idim ki, ürəyimi deşən nigarançılığımı soyuda bilsin.
Qapıağzında Qızıl Xaç cəmiyyətinin libasında gördüyüm qonaq məndə ümid qığılcımıyaratdı. Hər halda ürəyimin başındakı təlaşlı soraq bunlarla bağlı idi.Əsirlərlə məşğul olan xüsusi komissiya fəaliyyət göstərirdi, təhlükəsizlikkomitəsi öz xətti ilə bu binəva, yazıq, zavallı insanların macəraları iləməşğul olurdu. Əsirlərlə bağlı xeyir xəbərləri də ən çox onlardan umurduq.
Qızıl Xaçcəmiyyəti ancaq sərhədlərdə vəziyyətlə - atəşkəsin durumu ilə, bir də əsirlərintaleyi ilə bağlı iş aparırdı.
Ürəyimədammışdı ki, bunlardan heç olmazsa, namus naminə özlərini ölümün qucağınaatanlara dair rəfiqələrimdən səhih bir xəbər ala bilərəm. Ağlına gələn, başınagələr demişlər. Köməkçi kabinetə getməyi təklif etdi.
Prezidentüzbəüzdəki kürsünü göstərdi və Qızıl Xaç cəmiyyətinin təmsilçisini təqdim etdi.
- Vahidyoldaş, xeyirxah bir iş üçün təşrif gətirib. Qızıl Xaçın təmsilçisidir.
Sonra cavanoğlanın missiyasını açıqladı.
-Fransızdır. Tədqiqatçı reportyor kimi Parisdə «Haqqın səsi» adlı silsiləverilişlər aparır. Azərbaycana gəlişinin məqsədi, bizimkilərin eliyəbilmədikləri, imkan xaricində olan işi bədbəxt deyim, yoxsa xoşbəxt adlandırım- namus cahangirləri barədə gerçəkliyi dünyaya çatdırmaq istəyidi.
Butanışlığın mənə dəxaləti var idi, ancaq mənim girəcəyim kol deyildi. Bəs nəüçün mən hədəf seçilmişdim?
Budolaşıqlıqdan məni cavan jurnalist özü qurtardı.
- HörmətliPrezident buyurdu ki, siz uzunsaçlı qızların yurdundansınız. ƏrgünəşinGəlinqaya kəndindənsiniz.
Mən,fransız jurnalistinin türkcə danışığından ürəkləndim və yarı azərbaycanca, yarıfransızca cavab verdim.
- Bəli, mənindi xaraba qalmış, murdar erməni ayaqları altında inləyən o bədbəxttorpaqdanam. - İncikliyimi dilimə gətirdim. - Bilmirəm, Fransanın ermənilobbisi sizə necə aşılayıb qızların taleyini?!
- Bu haqda,hadisə yerindən hazırlamaq istədiyim silsilə verilişlərdən səhih xəbərtutacaqsınız. Verilişin disketini sizin saytınıza köçürəcəyimə söz verirəm.
Mən,imkanım çərçivəsində bildiklərimi sizə deyərəm. Hörmətli Prezidentin icazəsiilə.
Akademiksöhbəti məndən əvvəlki yönümə gətirdi. Üzündəki məmnunluq və narahatçılıqcizgilərinin bir-birini əvəz etməsindən anladım ki, bu təkcə Uşaq Fondununrazılığı ilə baş tuta bilən iş deyil.
Fransızjurnalisti, hansı inamla gəlişinin məqsədini təkrarladı, təəccübləndim: Axı,fondun rəhbəri - akademik İsmayıl Əli oğlu siyasət adamı idi, onunla açıqdanışmaq məqbuldu.
Mən isəaktrisayam, başqasının fikir və davranışının ifaçısı.
Tezlikləaydın oldu ki, məndə bu səfərə maraq oyatmaq - indi ən mühüm vacibatdır.
Söhbətiolduğu kimi sizə çatdırıram.
«Mən «Haqqınsəsi» kanalının aparıcısıyam. Xəbər tutdum ki, Parisin «azad qadınlar»küçəsində, iki türk qız xeylağının lüt-üryan konserti təşkil olunub. Mən -universitetin türk şöbəsində oxumuş jurnalist buna biganə qala bilməzdim.Həmkarlarımdan müəyyən məlumat ala bildim. Həmin küçədə Kabaredəki estradakonsertində uzunsaçlı türk qızları rəqs edirmişlər: lüt-üryan!... inanmadım.Hər halda qanımdakı türk qanı çoşdurdu məni. Xeyli tədqiqatdan sonra qəraraaldım ki, mən buna aydınlıqgətirməliyəm. Bəs üçüncü qız? Deməli oəsir alınmışdır. Nənəmin də xəbər - ətəryox idi...g
Səfəriminməqsədi budur!
BeynəlxalqQızıl Xaç cəmiyyəti iddialarıma aydınlıq gətirdi. Ancaq məhdud halda Sizinsaytlarda belə bir xəbər diqqətimi çəkdi. Qarabağda qızlar vəhşi ermənilərintəcavüzünə məhkum olmamaq üçün namuslarını ölümlə mühafizə ediblər.
Düşündüm:ola bilər ki, mərhumların adını qoyublar bu küçə qızlarınag Kara gələn və QızılXaçı maraqlandıran o oldu ki, üçüncünün cəsədi qeydə alınmamış, qızın əsirlikdə olduğu gümanedilir. Və səfəri buna istinadən sənədləşdirə bildim.»
Fransızjurnalisti Prezidentdən məndən əvvəlki söhbəti - Parisə səfərinin ondayaratdığı təəssüratları lentə almağa icazə istədi.
Prezident,çoxdan bu barədə fikirləşdiklərini və bunları başbilən adamlarla bölüşmək,dəqiqləşdirmək istədiyini açıqladı.
- Yetmişikinci ildə mən Parisdə olmuşam. Dünya avtomatika konqresində. Mən bu sahəninmütəxəssisiyəm. Peşə anlayışı ilə tanışlıqdan əlavə, milli tarixi detallarınrolunu mənimsəməyə çalışmışam. Onlardan ikisi Parislə bağlıdır.
- Eyfelqülləsi?
- O özyerində.
- Luvr?
- O da yox!Fransızların öz sabiq başçılarına münasibətdə sabitqədəm olmaları!
Tarixdənbilirdik ki, XIV Lüdoviq kim olub. Yazılanlara görə bir nəfər əyalət başçısıkrala məlumat verib ki, mənim kəndlilərim acından ot yeyirlər. O da deyib ki,xoşları gəlir, qoy yesinlər.
Jurnalist,akademikin kralın şəxsiyyətində nəyi qabartmaq istədiyini duyub, əlavə elədi.Onun qızına səksən dayə qulluq edərmiş. Və özünü «Qızıl kralı» elan edibmiş.Akademik mətləb üstünə gəldi.
- Fransızxalqı, mənim bildiklərimə görə bu gün də onu hörmətlə yad edir.
- ÇünkiFransanın tarixinin bir səhifəsi onun adı ilə bağlıdır.
- BiziVersal sarayına ekskursiyaya apardılar. Heyrətləndik, saray «Qızıl Kralı»ndövründə necə ehtiram, qayğı, sevci ilə qorunur, dəbdəbə içərisindəsaxlanılırdısa, indi də o cür yüksək maraq və ehtiramla nüfuzlu məbəd sayılır.
- Nəyətəəccüb edirsiniz?
- Fransanınöz keçmişinə ilahi bir məhəbbətlə vurğunluğuna! Xalq - millət üçün birinciamil-şərt budur - keçmişə güvənmək, gələcəyə addımlamaq.
Buna görədə deyirik: bizim ölkədə neçə fransız varsa, bir o qədər Fransa var.
- CənabAdılo, bu sualla sizi narahat etməkdə məqsədim var. Biz, artıq müstəqildövlətik. Anlayırıq ki, istiqlalın bütün nemətlərini əxz etmək hələ irəlidədir.Güman edirəm ki, ən vacibi qismətimiz olub. Dövlətçilik ənənələrimizi davametdirə biləcəyik. Təbii - ənənə - başçının simasında bərqərar olur. Hökmdar isəmələk deyil, insandır, onun da qüsurları, səhvləri ola bilər. Məmməd ƏminRəsulzadə Şərqdə ilk demokratik respublikanın başçısı olub. Onu getdirdilər.Onların hər birinin xalq üçün faydalı əməlləri olub. Mən bir neçə respublika başçısı dövründəişləmişəm.Kreml sonrakıların hərəsini bir bəhanə ilə vəzifədən kənarlaşdırdı.Adlarını da çəkə bilərəm: Nəriman Nərimanov, M.C.Bağırov, İ.Mustafayev,V.Axundov, K.Bağırov, Mirzə İbrahimov, Ə.Vəzirovun dövrünün onların dövlətçilikizlərini itirməyə çalışıblar. Prezident İsmayıl Əli oğlu Mənim həyatım ömürnaməsində müasirlərihaqqında həqiqətlər çap - kitab əbədiliyi vermişdir.
- Bəs xalq?
- Xalqın,onları ürəyində saxlamağa gücü çatıb. Ancaq!
- İnsannəsilləri dəyişdikcə, ürək arxivi də boşalır, xalq «dövlətsiz» qalır.
- CənabHeydər Əliyev böyük cəsarət - iradə göstərib, Nərimanova paytaxtda böyük abidəqoydurdu. Heydər Əliyev işgüzar, millətsevər, müdrik şəxs idi. İndi onun özünəheykəllər ucaldılır, yalnız Azərbaycanda yox! Dünya fatehi İsgəndərə də buqədər abidə qoyulmamışdı.
- Nədəndinarahatçılığınız?
- Sizlərnecə nail oldunuz ki, dövlət başçısı kimi qüsurlarını bilə-bilə krallarınnüfuzunu qoruya bilmək mümkün oldu. Dövlətçilik ənənəsi sınıqlığa məruzqalmadı.
- Bayaqdediyimi təkrar edirəm, sizə şamil etməklə, hər bir azərbaycanlı o səviyyəyəmalik olmalıdır ki, deyəsiniz - hər birimiz Azərbaycanıq!
-Babanızdan eşitdiklərinizə və burada ilk müşahidənizə binaən bu mümkün olabilərmi?
- Sizinləhəmfikirəm bu məsələdə. İndi zəngin sərvətlərimizdən faydalanırıq. Namusfədailəri olan qızlar kimi - cəmiyyətdə mövqeyindən asılı olmayaraq, hər birmillət üzvü istiqlalın bu ümdə - ilahi nemətinə yiyələnməlidir!
(Ardı var)