adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 May 2017 16:24
100373
MÜSAHİBƏ

Qətibə Əsədova: “4 ildə dörd dəfə o otaqda oturmamışam”

Ötəngünlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsinə səfərim zamanı təsadüfən yolum Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin nəznindəki Müharibə və əmək əlilləriüçün pansionatın önündən düşdü. Bağlıqapı arxasından böyük maraqla pansionatda yaradılan şəraiti izlədim. Buradasakinlərin asudə vaxtlarının təşkili üçün yaradılan şərait, pansionatıngirişində olan səliqə-sanman və görünəngözəlliklər buradan reportaj hazırlamaqüçün ciddi zəmin yaratdı. Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciətə isə müsbət cavabverildi.

İlk öncə onu qeyd edim ki,girişdə səsszilik, təmizlik vəyuxarıda qeyd etdiyim kimi buranın daimi sakinləri üçün yaradılan şərait göz oxşayırdı.Pansionatın direktoru Qətibə Əsədova ilə görüşməküçün müəyyən yolu qət edərkən sakinlərin simasında olan razılıq hər şeydən xəbərverirdi. Qətibə xanımın otağını soruşanda eşitdiyim səmimi cavabları isə onudeməyə əsas verirdi ki, buranın sakinləri Qətibə Əsədovadan razıdırlar. Bu mənim jurnalist fikrim deyil, Qətibə Əsədovaisə söhbətin nəticəsidir.

-Qətibə xanım. Rəhbərlik etdiyinizpansionatın nə qədər sakini var?

-Hazırda Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin nəznindəki Müharibə və əmək əlilləriüçün pansionatın 245 nəfər sakini var. Onlar Nazirliyingöstərişi ilə bizim pansionata qəbul olaraq burda yaşayırlar. Onların 113 nəfərini kişi,132 nəfərini isə qadınlar təşkiledir.

-Pansionataqəbulun şərtlərinecədir?

- Burayaəsasyaşhəddi 63 olanlarqəbul edilir. Qəbul olunnlar arasında isə həyat yoldaşı rəhmətə gedib övladı olmayanlar, övladları tərəfindən tərkedilənlər burda üstünlük təşkiledir.

- Onların burda şəratiləri necədi?


- Burada hərəsi bir otaqla təminedilib. Bütün kommunal xərcləri, yemək və geyimləri dövlət tərəfindən ödənilir.

- Onlardan eləsi olubmu ki, bir müddət qaldıqdan sonraburanı tərk etsin?

- Təbii ki, olub. Ölvadları peşmançılıq çəkib valideynlərinigəlib aparıblar.

- Müassisə daxilində asudə vaxtın təşkili ilə bağlı hansıaddımlar atılır?

- Sakinlər asudəvaxtlarında pansionatımızdakı gözəl parkda dincəlirlər, nərd, domino oynayırlar.Bununla yanaşı sakinlərimiz üçün konsert proqramları təşkil edirik. Cənabprezidentin tapşırığı ilə onlar üçün səyyar tibbi müayinələr təşkil olunur. Əl qabiliyyətiolan istedadlı ahıllarımız var ki, istifadəyə yararsız əşyalardan çox maraqlı fiqurlardüzəldirlər.

-Gigiyenik qayadlara necə əməl olunur?

- Xüsusi camaşırxanamız var ki, həftədə birdəfə onların həm geyim, həm yataq dəstləri yuyulub-ütülənərək özlərinə təhvilverilir.


-Beynəlxalq təcrübənin tətəbiqi ilə bağlı hər hansı addımlar atılırmı?

- Bu yaxınlarda Avstriyadan gəlmiş nümayəndələrüç gün seminar keçirdilər. Onlar bizim pansionatda gələrək burdakı şəraitlə ilətanış oldular və məmnun qaldıqlarını bildirdilər. Burdakı iş təcrübəmizin öyrənilməsi ilə bağlı razılığımızıda aldılar. Onlar üçün konsert proqrammı təşkil olundu. Ahıllarımız öz əl işlərini onlarahədiyyəetdi. Bundan başqa Maldovadan qonaqlarımız oldu. Onlarıngəlişinə həmin gün menyumuza Maldova yeməklərini əlavə etdik.Onlar milli geyimləri və bayraqları ilə qarşılandı.

- Dediniz ki, buranın 245 nəfər sakini var. Onların hərbirini şəxsən tanıyırsınızmı?

- Əlbəttə.


- Təmasdaolursunuzmu onlarla?

- Digər binada iş otağım var. Amma 4 ildədörd dəfə o otaqda oturmamışam. Daima onlarla bir yerdəyəm, onların problemləri,çətinlikləri ilə maraqlanıram. Əlimdən gələn köməklikləri əsirgəmirəm.

-Problemləriniz nə ilə bağlıdır?

- Ciddi problemimizyoxdur.Yüksək səviyyədə təşkil olunmuş pansionatdı. Burdakı ahılların bütün təminatı var.

- Sakinlərin Qidalanma səviyyəsi və ərzaqların təminatınecə təşkil olunur?

- Qidalanma pansionatda gündəüç dəfədir. Səhər yağ, pendir və südlü sıyıqla, yumurtailə qidalanırlar. Hər nəfərə günərzində 500 qram çörək verilir. Naharda isə mütləq ətliyeməkləriverilir.

- Bəs iş saatı başa çatıqdan sonra burda prosedur necəolur?

- Mən həyatımı bura bağlamışam.Yorulmağıma baxmayaraq onlarla birlikdə, olanda dincəlirəm.

- Dövlətdən gözləntiniz varmı?

- Cənab Prezidentimiz İlham Əliyevtərəfindən «Əməkdar müəllimə» adı ilə, iki il öncə isə «Tərəqqi» medalı ilə təltif edilmişəm. Uşaqlarla işlədiyim dövrdə UşaqFondu tərəfindən «Uşaqların dostu» medalına layiq görülmüşəm. Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının IVitse-prezidenti Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm.

- Necə oldu ki, məhz bu sahəni seçdiniz?

- Uşaq bağçasında müdir işlədiyimdövrlərdə iş təcrübəm Respublika səviyyəsində yayılmışdı. Hətta Sovetlər dövründə Moskvadan yayımlanan«Zaman» xəbərlər proqramında mənim təcrübəmlə bağlı reportaj da hazırlanıb təqdimedilmişdi. Bundan sonra «Qabaqcıl maarifxadimi» mükafatı ilə təltif olundum. İstedadlıuşaqları elmə, musiqiyə yönəldirdim. 1 iyun Uşaqların Müdafiə günü ilə bağlıolan müsabiqələrdə bizim bağça heç vaxt əliboş geri qayıtmırdı, həmişə mükafatlaralayiq görülürdü. Bağça müdiri işlədiyim dövrdə Ailə, Qadın və Uşaq Problemləri Komitəsininsabiq sədri Zəhra Quliyeva dedi ki, qadınlarınII qurultayınahazırlıq konfransı keçiriləcək və həmin konfransı sən aparmalı oalcaq. Sumqayıtşəhər Kimyaçılar Sarayında 280 nəfərdən ibarət uşaq bağçasının uşaqları və kollektiviilə bu konfransı təşkil etdik. Konfransdan sonra uşaqlarmusiqi və rəqs nömrələri ilə çıxış etdilər. Rəngli kağızlardan onlar üçün paltartikidirmişdik. Həmin tədbirdə Təhsil Nazirliyindən, Ailə, Qadın və Uşaq ProblemləriKomitəsindən nümayəndələr iştirak etdilər. Zəhra xanım mənə Xəzər rayonunun, Mərdəkan qəsəbəsininŞağan kəndindəki xəstə uşaq internat evində işləmək təklifi verdi. Məndə fikirləşmədən onun təklifini qəbul etdim. Orda vəziyyət çox acınacaqlı idi. AzərbaycanınI xanımı Mehriban Əliyevaya müraciət etdim. Bu müraciətdən sonra bu internat eviyenidən təmir edildi. Uşaqların şəraiti yaxşılaşdırıldı. Hətta Mehriban xanım özü də bu internatın açılışındaiştirak etdi. Abşeron rayon uşaq internat məktəbində bir müddət işlədikdən sonraGöygöl rayon Qırıxlı kəndində yerləşən qızlar üçün internat evinə işləməyə dəvətaldım. Orda da vəziyyətçox acınacaqlı idi. Cənab nazir Səlim Müslümovun köməkliyi ilə maliyyə yardımı ayrıldıqdansonra ora su çəkildi. Qızların məşğuliyyəti üçün dərnəklər təşkil edildi. 2014-cüildən cənab nazirimizin göstərişi ilə Qocalar evinə təyinat aldım.

- İşçi kontingeti hansı səviyyədədi?

- Hələ ki, 57 nəfər işçi qüvvəmizvar. Binamız tikilib yeni təhvil verilib. Gözləyirikki, Maliyyə Nazirliyi ştat verdikdən sonra əlavə işçi qüvvəsi ilə təmin olunacağıq.İndii bizdə 1 nəfər işçiyə 15-20 nəfər düşür. Mən xarici ölkələrdə Almaniyada, Türkiyədə olmuşam.Oranın pansionatlarında isə 1 nəfər işçi3-4 nəfərə xidmət edir. Bizdə isə çətində. Nazirimiz də bundan xəbərdardır. Artıq bu istiqamətdə işlər aparılır. Yaxınvaxtlarda bu məsələ öz müsbət həllini tapacaq.


ƏdilƏdilzadə