adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Avqust 2016 11:05
7049
SİYASƏT

Qətər Azərbaycana yeni səfir təyin etdi

Qətər Əmirliyi Azərbaycana yeni səfir təyin edib.

Qətər Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, əmir Təmim bin Hamad əl-Tani dünən bununla bağlı qərar qəbul edib. Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfir Yusef Hasan Yusef Əl Sai olacaq.

Xatırladaq ki, hazırda bu vəzifəni səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə icra edir.