adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 May 2019 10:05
24003
ƏDƏBİYYAT

Qəşəm İsabəyli - Varın ölüm əzabı


(hekayə)

1.

Yorğan-döşəyə düşəndənbəri atamı gözüaçıq görə bilmirdik. Bütün günü başını çiyninə çəkib, əlini solyanağına qoyub, sağ böyrü üstə uzanıb, üzü divara yatırdı. Elə ki, havaqaralırdı, şam süfrəsi açılır, yeyib-içib, hərə çəkilirdi öz otağına. Onda birdənatam dirçəlirdi. Gecənin həniri kəsilər-kəsilməz yerindən qalxıb, barmağınınucunda çıxırdı eşiyə. Dalıyca da anamın yarı-yuxulu səsi dolurdu qulaqlarıma:

-Hara gedir ey, bukişi?!

Atam qayıtmaq bilmirdiki. Sübh açılana yaxın ayağını sürüyə-sürüyə girirdi içəri.

Tez-tez çığırıb,yuxudan ayıldığını da deyirdi anam.

Axırda atamın axşam gəzintilərindənşübhələnməyə başladım.

Bir gün də şam süfrəsiüstə hamının eşidə biləcəyi səslə dedim:

-Uşaqlarla tor süzməyəgedirəm Qəhrmanbəyli cühürünə , gec gəlsəm, narahat olmayın. - Rəhmətlikxaloğlum Vaqif demişkən, dava paltarımı geyib, evdən çıxdım. Fikrimdə ən təhlükəsizyeri də bəlləmişdim - ot tayası. Nərdivanlaqalxıb, qarnı aşağı uzandım yonca bağlarının üstünə. Burdan həyətimizinkünc-bucağı əl içi kimi görünürdü. Heç yarım saat çəkmədi, atam da qapını açıbçıxdı çölə. Əvvəlcə yan-yörəsinə baxdı. Sonra da tövləyə tərəf yeridi. Ottayasına söykəli nərdivanı görəndə, dayandı - ürəyim düşdü... Başını qaldırıb yuxarı baxsaydı, məni görəcəkdi.

-Nə səhlənkar uşaqdıey, bunlar - bizim qaramıza deyinib, nərdivanı götürüb uzatdı çəpərin böyrünə.Yenidən diqqətlə ətrafına nəzər yetirdi. Yəqin ki, təhlükə olmadığını görüb,arxayın addımlarla əl damına sarı getdi. Çatıb, qapını ba-sıb, girdi içəri. Çoxçəkmədi qoltuğunda balınc, əlində bel çölə çıxıb, oğurluğa gedirmiş kimibirayaq-birayaq çəpərimizin ayağında bitmiş şax-şəvəlli qoz ağacına sarıyeridi.

Ağacın dibinə yetişənkimi, üsulluca balıncı yaşıl otların üstünə qoydu. Beli sahmanlayıb, torpağasancdı. Bir çim götürüb, qırağa atdı. Ağır-ağır qazır, torpağı çalanın qırağınayığır, hərdən də bel sapını çalanın içinə salıb çıxarırdı. Yəqin ki, dərinliyiniölçürdü. Belin sapı çalada yarıyacan görünməz olanda yavaşca balıncı götürdü.Əziləcəyindən ehtiyat edirmiş kimi, astaca qoydu çalanın dibinə. Belin ucuylatorpaq götürüb, üstünə tökməyə başladı. Axır ki, çalanı yerlə bərabər elədi. Tələsikqoz ağacından aralanıb, sürətlə dama tərəf getdi. Beli qoyub, qayıdıb girdi evə.

"O nə balıncdı,görəsən" deyə fikrimdə götür-qoy eləməyə başladım. Bir saatdan sonratayanın üstündən sürüşüb düşüb, asta addımlarla yeriyib, qapımızdan girdim.

-Kimdi?! - Atam həyəcanlasoruşdu.

-Mənəm, ata...

-Gecənin bu vaxtı hardan gəlirsən?

-Bayaq dedim, yəqin eşitməmisən, tor süzməyə getmişdim uşaqlarla.

-Bir şey tuta bildiniz?

-Balıq qəhətə çıxıb, ata! Gecən xeyrə qalsın.

-Xeyrə qarşı.

Haqdı yerimə girdim, səhərəcən yuxum aparmadı.

Səhər də durub, heç kimə, anama belə bir söz demədən, çıxıb getdim işə.

2.

Bu axşam da hamı yerinə girəndən sonra eşiyə çıxdım. Həyətə düşüb, tövləninyanına gəldim. Nərdivanı götürüb dirədim ot tayasına. Atılıb ilan kimidırmaşdım yuxarı. Ayağımla itələyib nərdivanıyanıüstə saldım yerə ki, atam şübhələnməsin. Özüm də arxayınlıqla uzandım yoncabağlarının üstünə, başladım atamın yolunu gözləməyə. Demirsənmi yuxu aparar məni.

Ayılanda, ha göz gəzdirdim,kişini görəmmədim. Qoz ağacının dibində də deyildi. Elə bil biri dedi, evin kəlləsinətərəf bax. Gördüm atam söyüd ağacının dibini qazır. Eynən dünənki kimi torpağıçalanın ətrafına yığır, belin sapını salıb quyunu ölçürdü. Axır ki, işini başavurdu. Əlini uzadıb, balıncı üsulluca götürüb qoydu çalanın dibinə. Üstünü dəehmallıca torpaqlayıb, beli götürüb getdi. Mən də yarım saat ləngiyib, tayadansürüşüb düşdüm. Yavaşca qapını aralayıb, girdim evə.

-Kimdi?! - Atam dünənkihəyəcanla soruşdu.

-Mənəm, ata...

-Həəə... bir şey oldu?

-Balıq qəhətə çıxıb...

-Gecən xeyrə qalsın.

-Xeyrə qarşı.

3.

Bir ay ərzində atambalıncı bu ağacın dibindən çıxardıb, o biri ağacın dibində gizləyirdi. Bir gecədə qoz ağacının dibinə basdırıb,yorğun-arğın evə qayıtdı.

Sübhə yaxın anamın təlaşdolu səsini eşitdim:

-Ay uşaqlar, atanızçağırır.

Bir anda yığıldıqkişinin başına.

Tikan üstündə oturmuşkimi bir ay idi bu saatı gözləyirdik. Həkim sirr gəlmişdi ki, kişinin 1-2 aylıqömrü qalıb.

Atam, heç nə ifadə eləməyənsoyuq nəzərləriylə bir-bir üzümüzə baxdı. Sonra da gözünü zillədi pəncərədəneşiyə - həyətin o başında Ay işığında yarpaqları titrəşən qoz ağacına.Handan-hana yorğun səslə dedi:

-Cavanlıqdaqohumlarımdan biri borc istəmişdi məndən.Atama məsləhət elədim. Dedi, min dəfə pis olmaqdansa, bir dəfə pis olsanyaxşıdı. Yəni, vermə. Odur ki, heç kimin mənə borcu yoxdu. Heç kimə də borcludeyiəm. Bir də, çalışın öləndə gözünüz bu dünyada qalmasın. Demə, ondan böyük əzabyox imiş.

Anamın üzünə baxdıq.

-Bu nə sözdü, ay kişi?

-"Qara günüçün" var-dövlət yığmayın. Qara gün - ölüm deməkdi. Ölümə yığılan var yahalal olar, ya haram. Onda halal olar ki, yasa gedər, onda harama dönər ki,başqası yeyər.

İkincisi də bu həyətisatmayın. Yoxsa qəbrim od tutub yanar.

-Həyəti niyə satırıq,ay kişi?! - Az qala xorla cavab verdik. Kişi yüngülləşən kimi oldu. Bunabaxmayaraq bizi bir-bir "Quran"a and içdirdi.

Sonra da gülümsəyib,gözlərini yumdu. Elə bildik yatdı. Ayağa qalxmaq istəyəndə anam başıyla"otutrun" elədi. Çevrildik ki, gözləri haqqa dirənib atamın.

4.

Haqdı, kişini dəfnedib, qayıtmışdıq, amma balınc bir an belə fikrimdən çıxmırdı. Atamın üçünü verəngecəsi beli götürüb, getdim qoz ağacının dibinə. Ucunu torpağa sancıb, çimiqaldıran kimi elə bil biləyimi məngənəylə sıxdılar. "Oh!" elədim.Barmaqlarım öz-özünə açıldı - bel tappadan düşdü yerə. Cəld yan-yörəmə baxdım.Özümdən, qoz ağacından başqa heç kimi görmədim. Yenidən beli götürüb üsullucaburnunu torpağa basıb, çimi qaldırdım. Bu dəfə qolumdan elə bir zərbə aldımki... çim əllə qoyulmuş kimi qayıdıb düşdü yerinə. Bel də bir-iki metr kənarasıçradı. Bərk üşəndim. Qaçaraq çıxdım qoz ağacının dibindən, dalıma baxmadanqaçdım.

-Nə olub, ay bala, -anam təəccüblə üzümə baxdı, - rəngin niyə qaçıb?

-Heç... bərk gəlmişəm.- Deyə qapını arxadan bağlayandan sonra həyəcanım yatdı.

5.

O gecə yerimə girənkimi yuxu apardı məni. Gördüm, qoz ağacının dibindəyəm. Belin ucuyla torpaqdanbir çim götürdüm ki, kənara qoyum, qoluma kəlbətin keçdi elə bil, dik qalxdım.Baxdım ki, atamdı. Allah! Allah! Gözləri od saçırdı.

-Burda neylirsən, aybala?!

-Ata... nə yaxşıdirildin?!

-Ölmüşdüm bəyəm?!

-Səni dəfn eləmişdikaxı!

-Dəfn edilmək ölmək deməkdi?!

-Bıy... bəs nə?!

-Ay bala, öləndən sonraadamın diriliyi başlayır.

-Bəs evimizə niyə gəlmirsən?!

-Kim deyir, gəlmirəm?!Bütün günü başınızın üstündəyəm.

-Ay ata, burabasdırdığın nədi bəs?

-80 illiksevincim. İndi sən də çıxarıb onu, puçeləmək istəyirsən, hə?!

-Sevincindisə niyə səninlədeyil?!

-Nə demək istəyirsən?

-Torpağın altında niyəqalsın...

-Deməli, var əzabını çəkənmən, yeyən siz?! - Hirslə üzümə baxdı -az qalırdı gözü hədəqəsindən çıxsın. - Heç Allah da bunu götürməz!

Qorxu mənə necə güc gəldisə,bağırdım:

-Atam dirilib! Atamdirilib!

-Bismillah! Bismillah!Nə olub, ay bala?!

Ayılıb, durub oturdumyerimin içində:

-Atam yuxuma girmişdi,ay ana.

-Qoy yuxunun sehrisınsın, sabah danışarsan. - Çevrilib gedib, bir fincan suyla qayıtdı. - Cəftəniyaxalayıb gətirmişəm, iç, qorxuluğunu götürsün.

Bir-iki qurtum gücləkeçdi boğazımdan. Başımı balınca qoyan kimi yenidən yuxuya getdim. Yenidənatamı gördüm - qoz ağacının dibiniqazırdı. Torpağı səliqəylə çalanınqırağına yığıb, balıncı götürüb vurdu qoltuğuna. İti addımlarla dar-vazaya tərəfyeridi. Birdən Toplan hirslə-hikkəylə hürməyə başladı. Axırda necə dartındısa zənciri qırıb irəli sıçradı. Atam quş kimi atılıb çəpərin üstündən yoladüşdü. İt də onun dalıyca hürə-hürə girdi kolun altına ki, gəzdən keçsin...

Qan-tər içində ayıldım. Gün günorta yerindəydi- pəncərədən döşəməyə düşən işıq zolağının içində toz zərrəcikləri səyrişirdi.Bir xeyli fikirləşdim. Yuxumu götür-qoy eləməyə başlayan kimi yerimdən qalxıb,paltarımı geydim. Qaçaraq evdən çıxıb, qoz ağacının dibinə gəldim. Baxanda gözləriməinanmadım - çalanın torpağı dağım-dağım olmuş, balınc da yoxa çıxmışdı.

-Toplan! Toplan! -Başladım itimizi çağırmağa.

-Ay bala, səhərdəngözümə dəymir. - Anam idi.

-Qonşuda olmaz?!

-Qonşuya niyə getsin,yeyib qurtara bilmir qabağaına tökdüklərimi.

Gəzmədiyimiz yerqalmadı - nə balınc tapıldı, nə Toplan. Üç gün keçməmiş həyəti üfunət bürüdü.İyi tutub gedib çıxdım çəpərimizin yola baxan tərəfinə. Əyilib kolun altınadiqqət eləyəndə, diksindim. Toplan, dişləri balınca kilidlənmiş halda, çəpərinaltında ölüb qalmışdı.

-Ay ana!

Anam tələsik gəldi:

-Bu nə balıncdı, ay bala?

Əhvalatı əvvəldənaxıracan danışdım.

Anam həyəcanla soruşdu:

-Balınca əl vurmamısanki?!

-Yox.

-Allaha şükür!

-Niyə "Allahaşükür!", ay ana?

-Balıncın içindəolsa-olsa qızıl-gümüş olacaq. Özün də görürdün ki, dolanışığımız pis deyildi.Amma atan nə bəzək-düzək alırdı mənə, nə də bir qəpik artıq pul verirdi.Deyirdim, vallah, bu kişi arvad saxlayır. Demə, qara gün üçün var-dövlətyığırmış.

-Bəs bu itə nə deyirsən?

-Güman ki, balıncıniçinə zəhər qoyubmuş atan. Yazıq kişi qiyamətəcən nigaran yatacaq.