adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 May 2019 14:57
24727
ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Adamın yuxusuna hörməti yoxdu Bakının

Quşların da boynuçiynində,

Büzüşüb, balacalaşıb,

Dəni,

Çəyirtkəni

Unutduğuvaxtda,

Yeriminiçinə qor dolur birdən–

Qaraçı köçü kimi

Cır-cındırla basıb giriryuxuma

Zibil maşınları!

Allah saxlamış zibilyığanlarında,

Sözü-söhbəti – zibilkimi.

Kəlməbaşı da

Əsəbə işləyən cır armud –

Ala-kal hırıltı.

Birdən qulaqlarım

Dünyanın ən xırdasevincinə şərik olur:

–Qələm tapmışam eeeyyy...– qət təzə...

Oğluma aparacam!

Yazıq uşaq gözüyaşlıgetdi məktəbə.

"Ağlama, bala, məvacibimialanda,

Vallah, iki qələmi birdənalacam!”

"Bilmirsən ey, ay ata,

Gözümü deşir müəlliminbaxışları!”

Allahın rəhmi varmışüstümüzdə,

Hələ ki, uşaqlarımızındili var gəlib–

"Ata” deyir bizə.

Ürəyim uyar-uymaz,

Yuxarı mərtəbədən

Kefimizə soğan doğramağabaşlayır

Bir məmurun özü kimiharın iti.

Bu yandan da –

"Avtoş”a qaragözlük gələn

Yol polisinin üzgörənlikfiti.

Havalanıram birdən –

Hirsimi tökməyə adamgəzirəm:

–Eheyyy... qaçqınlar!

Nə tez çıxdı kənd-kəsək yadınızdan?!

Gələndə milyongəlmişdiniz,

İndi beş-on min də

Arta bilmirsiniz azından?!–

Bəs deyilmi ki,

30 milyonluq şəhərin

Qəbirləri düşüb qalıb

30 illik həyatınızdan?!

Bəs deyilmi ki,

Düşmən tapdağındakı

Torpaqlarınızı

Fikrinizdən perik salan

Qaz sayğacları,

İşıq sayğacları,

Su sayğacları

Çökəndə boğazınıza qışda?!

Nə görmüsünüz Bakıda,

Uşaqlarımızın canındaniraq,

Bu, dağılmamışda?!