adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Aprel 2020 09:52
91011
ƏDƏBİYYAT

“Qərbin gələcəyini çinlilər təhdid edir”- Cek London

Əyyaş,dahi, irqçi sosialist, yoxsa kim? O sosialist olmasına baxmayaraq dünyanı gələcəkdəçinlilərin təhdid edəcəyini bildirirdi.

Yanımdabiri olanda içmək istəyirdim. Ətrafımda kimsə olmayanda isə təkbaşına içirdim.Dahi əyyaşların dövründə yaşayan yazıçı bəlkə də əyyaşların kralı idi.

Hələ beşyaşı olarkən atası onu pivə almağa göndərirdi.Beləcə Cek Londonun içki həyatı başladı. O bundan məyus olmur, hətta beşyaşda içkiyə başladığına görə fəxr edirdi. 14 yaşına çatanda isə böyük kişilərkimi içirdi. Gündə bir litrə qədər viski içir, sonrasa bunun dadını avaralıqetməklə çıxardırdı. Bir dəfə o qədər sərxoş olmuşdu ki, San Fransisko körfəzinəyıxılmışdı. Onu bu körfəzdə boğulmaqdan yalnız yunan balıqçılar xilasetdi. Yaponiyada Yokohoma limanında yelkənliqayığını saxlayıb bir həftə dayanmadan düyü arağı içdi. Axırda polislər onunlimandan çıxmasını əmr etdilər. Çox sərxoşolduğundan suyun altında nəfəs alacağını düşünən yazıçı polislərdən qurtulmaqüçün suya baş vurdu. Yapon səlahiyyətliləronun boğulduğunu düşünərək sənədlərə ölmüş kimi qeyd etdilər.

Davakarvə don juan xarakter ilə diqqət çəkməsə də ədəbiyyatın önündə gedənlərdən birinəçevrildi. Qeyri-leqal münasibətdən doğulan Londonun uşaqlığı yoxsulluqlakeçdi. London bir növ özü özünüyetişdirmiş, tərbiyələndirmişdi. Onu kitab qurdu adlandıra bilərik. Kolleksiyasınaon beş min kitab daxil idi. Kitablardan öyrəndiklərini həyatda çox şeyqazandırdı. Bunu etiraf edirdi. Özünündüzəltdiyi yelkənli qayığı ilə səyahətə başladı.

1905-ciildən sonra bu səyahətlərə ikinci həyat yoldaşı Kitrec ilə birlikdə çıxdı. London bu xanımına "kişi kimi qadın” deyəxitab edirdi. London onda təkcə intelektual fikirləri deyil, eyni zaman qadınkimi axtardıqlarını da tapmışdı.

Macəralarıyazıçını formada saxlasa da müxtəlif xəstəliklərə tutuldu. Axırda bütün bunlaronu ölümə sürüklədi. İyirmi yaşlarında xəstəlikdən dörd ön dişini itirdi. Müxtəlifsəyahətlər zamanı isə dizenteriya,sətəlcəm və.s xəstəliklərə tutuldu. Yavaya səyahətzamanı isə əlləri şişərək iki qatı oldu və dərisi soyulmağa başladı. Bu xəstəliyədənizçilər arasında vitaminsizlikdən geniş yayılan Pellegra diaqnozu qoyuldu.London bunlardan başqa revmatizm, böyrək daşı, ayaq infeksiyası, boğaz iltihabıkimi xəstəlik və problemlərlə üzləşmişdi.1916-cı ildə yoluxduğu son xəstəlik isə ölümünə səbəb oldu. Deyilənlərinəksinə olaraq o, intihar etmədi. Ağrılarının qarşısını almaq üçün vurduğumorfinin dozası artıq olmuşdu. Beləliklə, London gözünü əbədi olaraq yumdu.Onun qəbri bugünkü adıyla Cek London dövlət parkındadır.

Londonuşaqlığı səfalət içərisində keçsə də ədəbi mühitdə uğurlu bir həyat yaşadı. Hər nə qədər qeyri-leqal münasibətdəndoğulsa da onun atasının Kaney olduğu bildirilir. Atası keçmiş pirat idi. O,sonradan astroloqluğa başladı. Gündəlik bürc falları yayımlayaraq bu sahədə məşhurolmağa başladı və bu sahəyə akademik bir yön verdi. Onun bürc fallarına görəLondonun atası o deyildi. 1897-ci ildə London atasını tapdı və onunla görüşdü.Amma Kaney onun atası olduğunu inkar edərək impotent olduğunu söylədi. Bu məsələindi də müzakirə olunmaqdadır.

London dəfələrləplagiatlıqla günahlandırılmışdı. Onun bir neçə nəfərə ideya və fikir üçün pulödədiyi məlumdur. Bunların arasında Sinkler Levis var idi. Yazıçı irlandiyalıjurnalist Frank Harris və amerikalı yazıçı Norrisin yaradıcılığından bəziideyaları oğurlamışdı. Bunlar üzə çıxanda isə Londonun müdafiəsi "eyni mənbədənyararlanmışıq” olurdu.

London əsərlərindənbir milyon dollar qazanan ilk amerikalı yazıçıdır. Eyni zamanda sadiq sosialistidi ki, bu müasirlərinin diqqətindən qaçmadı. Mark Tven bir dəfə onun haqqındademişdi ki, hakimiyyət işçi sinfinin əlinə keçsə hansı vəziyyətə düşdüyü görər.Qonorarını ala bilmək üçün polis çağırmaq məcburiyyətində qalar.

O, kübarməclislərə fəhlə sinfinə məxsus olan köynəklərlə gedərdi. Amma bu köynəklər çoxsəliqəli və ütülənmiş olardı. Yazıçı məktublarını "İnqilab arzusuyla” sözləriyləimzalayırdı. Amma bu yolda heç bir zəhmət sərf etmədi. Oaklenddə bələdiyyəbaşqanlığına namizəd oldu. 1901-ci ildə 245 səs toplayan London, bundan dörd ilsonra səslərini 981-ə qaldırdı. Daha sonrasa namizədlikdən vaz keçdi.

Siyasidüşüncəsinə, işçi sinfinin haqlarını düşünməsinə baxmayaraq o, bir irqçi idi.Bu, xüsusən asiya xalqlarına qarşı radikalca idi. 1904-cü ildə rus –yaponmüharibəsi zamanı Yaponiyaya ezam olunarkən yaponların cəsarəti haqqında belədemişdi:” Yaponlar cəsur ola bilərlər. Amma diqqətlə baxsanız sürü halındahücum edən Amerika donzuları da cəsurdu.” O, yaponlarla kifayətlənməmiş koreyalıları datəhqir etmişdi. Çinlilər bu məsələdə nisbətən uğurlu çıxmışdı. O, çinliləriqorxaq olmayan və çalışqan kimi qələmə vermişdi. Amma 1904-cü ildə "qəhvəyi”yaponlarla "sarı” çinlilərin bir günbirlikdə gücə çevrilib təhlükə olacaqları barədə xəbərdarlıq etmişdi:

"Qərbdünyasının qarşısında təhdid balaca qəhvəyi rənglilər deyil. Qəhvəyi rənglilərinidarə edəcəyi 400 milyon sarı adamdır”

Londonsatanistlər arasında yazmadığı bir əsərlə məşhurdu. Anton Szander Laveyinşeytan kilsəsi Güc haqdır kitabının 1896-cı ildə Londonun yazdığını iddia etdi.Reqnar Redbard adlı biri tərəfindən yazılan kitabın əslində London olduğubildirilirdi. Maraqlıdır ki, Reqnarın əsl kimliyi heç zaman bilinmədi.

Güclü zəifiibtidai qanunlarla idarə etməlidir və.s kimi deyimlər sonralar satanistlərin,anarxistlərin, stalinistlərin amalına çevrildi. Hər nə qədər asiyalılardan zəhləsigetsə də ona aid olduğu deyilən fikirlər asiya xalqlarında, onlarındiktatorlarının əməlinə çevrildi.

Tərcüməetdi: Emin Piri