Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
Deputat Qənirə Paşayeva Milli Məclisin iclasında himnin dəyişdirilməsi ilə bağlı fikirlərə etiraz edib. Deputat bildirib ki, cəmiyyətimiz himnin sözlərinin müəllifi Əhməd Cavadın ruhunun narahat edilməsini istəmir.
"İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır. Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış simalarıdır.
Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtə qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir”-deyə o bildirib.
Qənirə Paşayeva deyib ki, mövzunun da polemikaya ehtiyacı yoxdur.
"Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. "Hüququndan keçən əsgər" kimi gözəl sözmü var? Himdə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq”.
Deputat Araz Əlizadə isə bildirib ki, himnin sözləri gözəldir, amma müəllifi Əhməd Cavad deyil.
"Bu himnin müəllifi Cəmo bəy Cəbrayılbəylidir. Bu faktlarla sübut olunub”.
Digər Xəbərlər
04 May 2024 14:08
Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31