adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2018 11:33
28831
MƏDƏNİYYƏT

Qəmər Almaszadə adına İkinci Beynəlxalq Rəqs Müsabiqəsi yekunlaşıb

QəmərAlmaszadə adına klassik, milli və modern rəqs üzrə ikinci beynəlxalq müsabiqəsininAzərbaycan Dövlət Akademik Opera və Balet teatrında bağlanış və qaliblərinmükafatlandırma mərasimi keçirilib.

Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığıilə reallaşan müsabiqədəAzərbaycanla yanaşı, ABŞ, Rusiya, İsrail, Türkiyə,Ukrayna, Bolqarıstan, İspaniya və başqa ölkələrdən olan balet ustaları iştirakediblər. Onların çıxışlarını respublikamızın, eləcə də xarici ölkələrdən dəvətolunan RusiyanınXalq Artisti Vyaçeslav Qordeyev, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova,Roza Cəlilova, Afaq Məlikova, Ukraynanın Xalq Artisti Boris Kolnoquzenko,Bolqarıstan Balet Assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti milli komitəsininBolqarıstan üzrə sədri Silviya Tomova, Estoniyanın əməkdar artisti, UNESCO-nunbeynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyev, İsrail Dövlət Baletinin primabalerinası və bədii rəhbəri, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olandaimi üzvü Nina Gerşman, Azərbaycanın və Rusiyanın Əməkdar Artisti VitaliAxundovdan ibarət tanınmış incəsənət ustaları qiymətləndiriblər.Münsiflər heyətinin qərarıilə birinci yeri Qumar Sultanbek (Qazaxıstan), İrina Matsepa (İspaniya), "Bakınınulduzları” rəqs ansamblı (Azərbaycan), ikinci yeri Metis Lov (ABŞ),AyanEyvazova və Makar Ferştdant ( Azərbaycan), Andriyenko Vladislav və Polevayeva Yelenadueti (Ukrayna), üçüncü yeri isə Lean Reyzer və Elinor Ostrovki dueti (İsrail),Jasmin Seizova ( Bolqarıstan), MehdiyevaDilarə (Azərbaycan) vəYuşenko Roman və Qnizdilova Olqa ( Ukraynadan)qazanıblar.Beynəlxalqmüsabiqənin Qran-pri mükafatını qalibi isə Rusiya təmsilçiləri ArefyevMistislav və Fukuda Siori olub. İştirakçılar sırasında Azərbaycanı təmsil edənLalə Aslanova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Mükafatıqalibə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor TimuçinƏfəndiyev təqdim edib.Müsabiqənin bağlanış mərasimi qaliblərin ifasında qala-konsertlə başaçatıb.