adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2018 16:08
18604
MƏDƏNİYYƏT

Qəmər Almaszadə adına İkinci Beynəlxalq Rəqs Müsabiqəsi başlayıb

25 iyun tarixindəQəmər Almaszadə adına İkinci Beynəlxalq RəqsMüsabiqəsinə start verilib. Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilənmüsabiqəyə 10 ölkədən milli, modern vəklassik rəqs nümayəndələri qatılıb.

Müsabiqəçərçivəsində Bakıya gələn qonaqlar öncə uluöndər Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.Görkəmlirəqs ustası, Şərqin ilk balerinası, Xalq artisti Qəmər Almaszadənin xatirəsi dəanılıb.

Qeyd edək ki, müsabiqə iştirakçılarını münsiflərheyətinin sədri, RusiyaFederasiyasının xalq artisti, professor, Dövlət mükafatları laureatı, Moskva Dövlət"Rus Baleti" vilayət Teatrının yaradıcısı və daimi bədii rəhbəri,QİTİS-in Baletmeyster sənəti fakültəsinin dekanı, Xoreoqrafiya kafedrasınınmüdiri Vyaçeslav Qordeyev, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanbalet artisti, xoreoqraf, baletmeyster Rəfiqə Axundova,Ukraynanın xalq artisti,professor, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, Xarkov Dövlət MədəniyyətAkademiyasının Xoreoqrafiya sənəti fakültəsinin dekanı, Slobojan Ukrayna böyükakademik mahnı və rəqs ansamblının bədii rəhbəri və baş baletmeysteri BorisKolnoquzenko,AzərbaycanRespublikasının xalq artisti, xoreoqraf, baletmeyster, "Şöhrət” ordeni kavaleriRoza Cəlilova, AzərbaycanRespublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, "Şöhrət” və "Şərəf”ordenləri kavaleri Afaq Məlikova, "StaraZagora” opera teatrının rejissoru və baş bədii rəhbəri, beynəlxalq mükafatlarlaureatı, Bolqarıstan balet assosiasiyasının rəhbəri, YUNESKO-nun rəqs sənətiüzrə milli komitəsinin Bolqarıstandan sədri Silviya Tomova,Estoniya Respublikasınınəməkdar artisti, Sankt-Peterburq "Dance Open” balet festivalının bədii rəhbəri,YUNESKO-nunBeynəlxalq rəqs şurasının üzvü, "Marius Petipa irsi” BeynəlxalqFondunun təsisçisi və prezidenti, professorVasili Medvedyev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri,"İsrailin ən yaxşı balerinası” mükafatı laureatı, Beynəlxalq Xoreoqraflarİttifaqının İsraildən olan daimi üzvü Nina Gerşman, Azərbaycan Respublikası və RusiyaFederasiyasının Əməkdar artisti, Dövlət mükafatları laureatı, QİTİS BaletTeatrının bədii rəhbəri, Xoreoqrafiya sənəti kafedrasının professoru VitaliAxundov kimi görkəmli rəqs nümayəndələri qiymətləndirəcək.


Müsabiqənin açılış mərasimi Heydər Əliyev Sarayındareallaşıb. Açılış zamanı belə festivalların vacibliyindən danışan Mədəniyyətnaziri Əbülfəs Qarayev bildirib ki, müsabiqəninmünsiflər heyətinin beynəlxalq tərkibli olması tədbirin mötəbərliyindən və əhatədairəsinin genişliyindən xəbər verir.Nazir əminliyini bildirib ki, akademiyanınprofessor-müəllim heyəti, görkəmli sənət adamları I müsabiqədə olduğu kimi IIBeynəlxalq Rəqs Müsabiqəsini də uğurla başa vuracaqdır. Sonda isə Ə. Qarayevmüsabiqənin bütün iştirakçılarına uğur arzulayıb.

Qeyd edək ki, müsabiqənin I və IIturları, eləcə də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və Qalakonsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcəkdir.