adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Avqust 2019 12:23
47750
ƏDƏBİYYAT

Qələndər Xaçınçaylı: Didərgin

(povest)

Qarlı,şaxtalı bir qış gecəsi idi. Göydənlopa-lopa yağan qar yerin üzünü yorğan kimi örtmüşdü. Hər yan ağ örpəyə bürünmüşdü.Yağanqarın işıltısından ətraf açıq görünürdü. Xocalı öz ağır günləriniyaşayırdı. Şəhər hər gün erməni silahlıbirləşmələri tərəfindən atəşə tutulurdu. Şəhər əhalisi artıq bunaalışmışdı.Ətraf rayonlara gediş-gəliş mümkün deyildi,paytaxtla telefon bağlantısı,əlaqələr tamamilə kəsilmiş,şəhər bütünlüklə mühasirədə qalmışdı.Amma xalqayalandan vəd verilirdi:”Şəhəri tərk etməyin,kömək gələcək,Əsgəranla Ağdamınarası açılacaq”.

1992-ci il fevral ayının 25-i idi.Hər tərəfdəsakitlik hökm sürürdü.Şəhər sükut içində idi.Sanki şaxta,sazağın,təbiətin ağ libasınınarxasında nə isə müdhiş bir sirr gizlənmişdi.Qan ağlayan təbiətin özü bir azdandəhşətli bir hadisənin baş verəcəyindən xəbər veridi.26- keçən gecə işıqlar dasönmüşdü.Erməni və rus silahlı birləşmələrinin qəfil hücumu Xocalınınsakitliyini pozdu. Şəhər hər tərəfdən üzük qaşı kimi mühasirəyə alınmışdı. Ağırtexnikalardan atılan top mərmiləri dolu kimişəhərə yağır, günahsız insanlar vəhşicəsinə qətlə yetirilirdi. Zirehli tanklarevləri uçurur, dinc əhaliyə isə divan tutulurdu. Bu, dünya miqyasında misligörünməmiş qanlı bir gecə, əsl soyqırım idi.
Qocalara, qadınlara və uşaqlara işgəncələr verilirdi. Həmin geçə elə bilAllahın özü də ərşə çəkilmişdi. Diri-diri insanların gözləri çıxarılır, əlləri,qolları kəsilir, üzlərinin dərisi soyulurdu. Körpələrin bələklərini açıb oddaqızardılmış süngülərə taxıldığını Tanrı sanki görmürdü. Harınlamış və gözləriqızmış erməni zabiti bundan həzz alırdı. Muzdlu əsgərlərə "qırın bu, turkləri, bir nəfər belə sağqalmamalıdır”, əmrini verirdi. Bəli, bu vəhşət, XX əsrin tarixinə yazılmışqanlı bir səhifə,dəhşətli bir faciə idi. Şəhər qan gölündə üzürdü.Torpağın bəyazyorğanı al örpəyə çevrilmişdi. Sifətləri soyulmuş körpələrin buz bağlamış gözlərindətəbiət donmuşdu...
19 yaşlı Fidanın ailəsi də həminfaciə qəhrəmanlarının sırasında idi.Anası müəllim,atası isə şəhərin məsul işçilərindənidi.Bir neçə gün idi ki,atası evdə gecələmirdi, şəhərin müdafiəsində iştirakedirdi.Babası bir həftə idi ki, Almalı kəndindəyaşayan bibisigildə idi. Fidanın bibisininəri hərbiçi idi.Babası iki körpə uşaqla tək qalmış qızına hayan olmağagetmişdi.Ailənin böyüklüyü nənəsinin üzərinə düşmüşdü.
Uzaqdan topların səsi eşidiləndə nənəsihamını ayağa qaldırdi.Anası cəld lampa işığında uşaqları geyindirməyə başladı.Nənəsiyataq otağındakı sandığı açdı,içindən bir bağlama çıxarıb Fidana verdi:
-Möhkəm saxla,itirmə ,hamımızin sənədləri burdadir,sənin diplomun da.
Sonra bir balaca düyünçəni gəlininəverib dedi:
-Zeynəb,sən də bunu bərk saxla,nəyimiz varsa,burdadır,bəlkə,Allah bizi bu vəhşilərinəlindən salamat qurtardı,satıb uşaqları ac qoymarıq.
Özü isə köhnə təklüləni götürdü.Butüfəng babasının Bakıda yaşayan jurnalist dostunun idi.Yolu buralara düşəndəbabası ilə ova gedırdilər.Artıq tank səsləri yaxınlıqda eşidilirdi.Nənəsisonuncu göstərişini verdi:
-Fidan,cəld ol,uşaqları götür,arxa qapıdan çıx,quzuların küzündə gizlənin,Zeynəb,bizqarşıdan çıxaq,izi azdırmaq lazımdır.
Fidan özünü itirmədi, qardaşı 4yaşlı Əzizi və bacısı 6 yaşlı Əzizəni götürübevdən çıxmaq istəyəndə nəsə xatırlayıb mətbəxə keçdi.Şam yeməyindən təknədəqalmış çörək dilimlərini toplayib sellofana bükdü, paltosunu altında sənədlərləbirlikdə gizlətdi.Arxa qapıdan uşaqlarla çıxdı,çəpəri aşıb qonşunun həyətinəkeçdilər.Çəpərin qırağı ilə əyilə-əyilə gedib küzün bərabərinə çatdılar,yenidənçəpəri aşıb öz həyətlərinə keçdilər.Fidanhəyəcanlasa da,hər şeyi gözə almışdı,küzə öz həyətlərindən girsə idilər,qarınüzərində ayaq izləri qalacaqdı.Ermənilər də onları asanlıqla tapa bilərdilər.İndiFidan özlərini nisbətən təhlükəsiz yerdə hiss edirdi,həm də burdan baş verənləriizləmək olardı.
Nənəsi ilə anası küçəyə çıxanda darvazaya çatmağa az qalmış tank dayandı.İçərisindənbir rus,bir saqqallı erməni əsgəri çıxdi.Nənəsigil əks tərəfə qaçmağabaşladılar.Nənənin əlindəki tüfəngi görən erməni avtomatdan atəşaçdı.Yaralanmış nənə yerə yıxıldı.Anası tez qayıdıb tüfəngi götürdü,erməniyətuşladı.Bu dəfəki avtomat atəşi ananın həyatına son qoydu.Nənə tüfəngə tərəfsürünəndə növbəti atəş açıldı.Əsgərlər meyitlərə yaxınlaşanda erməni Samvelananın əlindəki düyünçəni gördü.Düyünçəni onun barmaqları arasından çıxarıbaçdı.Qızılları görüb sevincək bağırdı:
-Ara,ara,İvan,yaxşıca varlandıq.Yəqin evdə bundan çoxdu.Gedək,evi axtaraq.
Hər ikisi qayıdıb tankaçıxdılar,tankı birbaşa darvazanın üstünə sürdülər.Darvaza tankın təkərlərialtında qalıb xurd-xəşil oldu.Tankı düz pilləkənin qabağında saxlayıb yerəatıldılar.Samvel İvanı itələyib yuxarı birinci özü qalxdı.İvan otağa daxilolanda Samvel artıq sandığı eşirdi.Birlikdə evi ələk-vələk etdilər,heç nətapmadılar.Erməni avtomatın qundağını qəzəblə otağın qapısına vurub bağırdı:
-Gedək burdan,İvan,bunlar acından ölənin biri imişlər,gedək həyətə baxaq.
Həyətdə gözə dəyən bir şeytapmadılar.Yağan qar küzün üstünü örtüyündən ermənilər heç nə hiss etmədilər.Arxadan gələntanklar da həyətə daxil oldu.Tankların biri gəlib küzün yaxınlığında dayandı. Bir neçə erməni yaraqlısı əllərində araq şüşəsitankdan düşdülər,İvanı və Samveli qucaqlayıb öpdülər.Saqqallının biri bağırdı:

-Ara, akbercan,Xocalını aldlq. Bir dənə də olsun kənddə türk qalmayıb. Hamısını güllədənkeçirdik, tankın altına salıb əzdik. Meyitlərin içində bələkdə balaca birqızcıqaz sağ qalmışdı. Onu da süngüyə taxıb bayraq əvəzinə tankın lüləsinətaxmışıq.Bu bədbəxtlər elə bilirdilər, Ağdam yolu açıqdır,hamı ora qaçırdı.Bizdə rahatca hamısını qırırdıq. Biz türklərin hamısının axırına çıxacağıq, Qarabağda bir türk belə qalmayacaq. "Qələbəmizin şərəfinə”-deyərək araqdan içib sərxoş olan ermənilər "Qarabağ” mahnısını oxuya-oxuya küzün ətrafındadövrə vurduqca balaca uşaqlar qorxuya düşdülər. Fidan bacı və qardaşını bağrınabasıb qulaqlarlna pıçıldadı ki, səslərini çıxarmasınlar, yoxsa o qaniçən qatilləronlara da rəhm eləməzlər. Əziz və Əzizəqorxaraq Fidana bərk-bərk qısıldılar.Bir müddətdən sonra erməni tankları evi uçurub getdilər. Xoşbəxtlikdən onlar həmin gecə düşmənəlinə keçmədilər.

... ... ...

Artıq səhəraçılmışdı, qar da yağmırdı. Güllə səsləri kəsilsə də, şəhər od tutubyanırdı.Yanan evlərin tüstüsü göyün üzünü bulud kimi örtmüşdü. Xocalıda birbaşı papaqlı belə qalmamışdı. Şəhər əhalisi soyqırıma məruz qalsa da, Fidan vəonun qardaşı, bacısı sağ qalmışdı. Sakitlik olduğunu görən Fidan ətrafa göz gəzdirdi.Erməni faşistləri şəhəri tərk etmişdilər. Fidan qardaş və bacısını küzdənçıxardıb həyətdən çıxdı. Hər tərəf insan cəsədlərii ilə dolu idi. Qətlə yetirilmiş qadınlardan birinin qalın yun şalını küləkvurub kənara atmışdı. Fidan yerdən şalı götürdü və onun qarını çırpdı, sonra həminşalla qardaşını kürəyinə sarıdı, bacısının əlindən tutub meşəyə tərəf yolaldılar.Fidan meşənin hər qarışına bələd olduğundan, yolları yaxşı tanıyırdı. Körpələriyormamaq üçün tez-tez dayanır,gizlətdiyi çörər dilimləyini onlarayedizdirirdi.Gecəni meşədə keçirməli oldular.Aydınlıq gecə idi.Fidan ətrafı gəzibquru ağac budaqları topladı.Əziz dedi:
-Bacı,ocaq yandıracaqsan?
-Yox,gülüm,ocaq yandırsam,tüstü qalxar,ermənilər bizi tapar.
Fidan ağac budaqlarını üst-üstəyığdı,bacardığı qədər tarazlıq yaratdı.Uşaqları yanaşı əyləşdirdi,yun şal ilə çiyinləriniörtdü.Hərəsinin əlinə bir dilim çörək verdi.Əzizə gördü ki,bacısı yemir,dedi:
-Bacı,bizə verirsən,ancaq özün yemirsən,qopxursan biz aclıqdan ölərik?
Fidan doluxsunmuş gözlərini bacısınınüzündən yayındırıb dedi:
-Yox,mələyim,mən hələ acmamışam,indi nağıl deyib sizi yatızdıracağam,sonra özümdə yeyəcəyəm.
Bunu deyib barmaqları ilə paltosununaltında qalmış axırıncı çörək dilimini yoxladı.Növbə ilə uşaqların uzunboğaz çəkmələriniçıxardı,ayaqlarını ovuşdurub yenidən geydirdi.Nənəsinin danışdığı nağıllardanyadında qalanı danışmağa başladı. Xumarlanan Əziz birdən ağlamağa başladı:
-Bəs anamla nənəm nə vaxt bizə çatacaqlar?
-Onlar bibigilə gediblər,babanı da götürüb gələcəklər.

Bir azdan uşaqlar yuxuya getdilər.Fidan uşaqların keşiyini çəkdi.Paltosunu soyunubonları bükdü,özü isə donmasın deyəora-bura qaçdı. Üç saatdan sonrauşaqları oyatdı,yenidən ayaqlarını ovuşdurdu,axırıncı çörək dilimini bölübonlara verdi.Əzizi kürəyinə sarıdı, yollarına davam etdilər.Günortaya yaxın kəndyoluna çatdılar.

Yol boyu köç gedirdi.Kuzası ev əşyaları ilədolu maşın karvanları yol qırağı düzülmüşdü, deyəsən, Bakıya tələsirdi. Fidangil içərisi ev əşyaları, yorğan-döşəklə dolu olanavtomoblə yaxınılaşdılar. Fidan ətrafa nəzər salıb gördü ki, heç kəs yoxdur, cəldbacısını üstü çadırla örtülü yük maşınına mindirdi, sonra qardaşını ona verdi.Axırda özü minib təhlükəsiz yerdə- yorğan-döşəyin arxasında gizləndilər.

... ... ...

Köç maşınıyola düşmüşdü. Uşaqlar ac olsalar da, dinmirdilər. Əziz qorxudan cınqırınıçıxartmırdı. Amma Fidan çox diribaş idi. Döşəyi qaldırıb qazanın içində dəsmalabükülü bir parça çörəyi gördü. Tez çörəyi qazandan çıxardı, onu iki yerə bölüb tifillərəverdi. Balacalar boyat çörəyi iştahla yeyib yuxuya getdilər.

Dərdi köksünü parçalayan Fidanın gözlərinə yuxu getmirdi. Vəhşıcəsinəqətlə yetilmiş doğmalarını, Xocalı sakinlərini xatırladıqca gözlərindən axanisti yaş gilələri yanaqlarına süzülürdü. Qızcığazın həyatda bir əzizi qalmamışdı. Bütünqohum-əqrəbası amansızcasına qətlə yetirilmiş, ən ağır yük onun çiyinlərinədüşmüşdü. Tərslikdən, həmin il qış çox soyuq keçirdi. Elə bil bu üç fidan balalarıntaleyinə, bəxtinə yazılmışdı o qış. Fidan dərd,qəm içində boğulurdu:”Bu soyuqqışda, evsiz-eşiksiz, yurdsuz-yuvasız, qərib eldə, ac-sussuz necə başçıxardacaqlar? Bakının qarlı,şaxtalı, küləkli gecələrində haraya gedəcəklər,kimin evinə üz tutacaqlar, kimlərə əl açıb çörək istəyəcəklər? Öz-özünədüşünürdü və sualı-sualın dalıncayağdırırdı Fidan...

... ... ...

Köç maşını gəlibBakıya çatdı. Arxa kuzanı açan sürücüuşaqları gördü. Bir söz demədən onları düşürdü. Fidan qardaşını kürəyinəsarıdı, bacısının əlindən tutub köçmaşınından aralandı. Özü də bilmirdi ki, ucu-bucağı görünməyən bu şəhərdə necəhərəkət etsin və iki körpə uşaqla gedib harada daldalansınlar, hava da get-gedəqaralırdı. Ömründə Bakını görməmişdi. Şəhərdə bir kimsəsi yox idi. Əlacları kəsilibyaxınlıqda tikintisi yarımçıq qalmış binaya getdilər. Deyəsən, həmin binada təkəm-seyrəkqalan var idi. Pəncərələri sellafonla örtülmüş otaqlardan lampa işığı gəlirdi.Fidangil pəncərəsi nazik taxta parçasıilə örtülmüş balaca bir otağa daxil oldular. Xoşbəxtlikdən otaqda odun sobasıvardı. Köhnə taxtadan düzəldilmiş stolun üstündə iki qalın stəkan və bir də üst- başını hisbasmış alüminiumdan düzəldilmiş qulpuqırıq çaydan var idi. Bunu görən Fidan çox sevindi.” Görünür, tikintidə işləyənfəhlələr burada nahar edirmişlər”,- dedi. O, cəld otağın içini təmizlədi. Yun şalı taxtaparçasından düzəldilmiş oturacağın üstünə salıb qardaş və bacısını onun üstündəoturtdu, özü bayıra çıxdı, bir qucaqtaxta və odun parçası tapıb gətirdi. Sonra həyətə çıxıb siqaret çəkən sakinlərinbirindən bir qutu kibrit alıb otağa qayıtdı,taxta parçalarından sobaya yığıb yandırdı. Fidan hisli, içərisini qalın ərptutmuş köhnə çaydanı və sarı kif bağlamşstəkanları həyətdə axan krantınaltında möhkəmcə yudu. Rəngi açılmış çaydanı su ilə doldurub gətirdi və sobanınüstünə qoyub qaynatdı. Qaynanmış suyu stəkanlaratöküb çay əvəzinə uşaqlara verdi. Özü dəqaynamış sudan bir stəkan içdi.

Otağın bir küncündə köhnə taxt çarpayı varidi.Bir ayağı sınıq olduğu üçün sacayağı oturmuşdu. Fidan gətirdiyi taxta parçalarından üst-üstə yığıbçarpayıya ayaq düzəltdi.Çarpayının üstündəki yorğan-döşəyin köhnə və çirkliolması Fidanın gözünə görünmədi,uşaqları bağrına basıb sobanın istisinə qızmış otaqda yuxuya getdilər...

Həmin gecə anası Əzizin yuxusuna girdi. Əynindəağ xalat vardı. Anası onu bağrına basıb üz -gözündən öpür,saçlarınıtumarlaya-tumarlaya:” qorxma mənim balam, hər şey yaxşı olacaq”,- deyirdi. Əzizağlaya-ağlaya sayıqlamağa başladı:

- Ana, sənin üçün çox darıxmışam, səniburaxmayacağam, mən səni çox sevirəm. Bacılarım da burdadır,bizi qoyub getmə,ana!

SəsəFidan oyandı. Tez ayağa durub işığı yandırdı, çaydandan su töküb Əzizə içirtdi.Onu möhkəm qucaqlayıb bağrınabasdı.

Əziz:

-Mən anamıistəyirəm. Anam gəlmişdi, burda,yanımda idi, gözlərimi açanda onu görmədim.

Fidan qardaşının başın sığallayıb, onu dilətutdu ki, anamız ölməyib. Anamız mələyə çevrilib, göyə qalxıb. Valideynlərimizölməyiblər, onlar Tanrı dərgahındadırlar.Biz onları görməsək də, onlar bizi görürlər.Bax, ona görə də anamız sənin yuxuna girib. Gecələr gələcək, səni əvvəlki kimiqoxulayacaq,oxşayacaq. Sənə” mənim qoçumsan”- deyib bağrına basacaq əzizləyəcək,sənə qoğal bişirəcək. Sən də istiqoğaldan yeyib nənənin nağıllarına qulaq asa-asa şirin yuxuya gedəcəksən...

Gecələrbeləcə bir-birlərinə sığınıb yatırdılar. Gündüzlər isə Fidan Əzizi Əzizənın yanında qoyur, onlara bərk-bərktapşırırdı ki, bayıra çıxmasınlar, soyuqlu havada xəstələnərlər. Uşaqlar ac qalmasınlar deyə, özü çörək, yeyəcəkdalınca gedirdi. Hətta məcburiyyət qarşısında qalıb tanımadığı adamlara əlaçırdı. Artıq qız dilənçiliyə alışsa da, bu ona çox baha başa gəlirdi. Çünkiömründə pis gün görməmişdi, çətinliyə düşməmişdi. Hərdən insafsız adamlarınsöyüşünə, tənəli sözlərinə, şillə-qapazına tuş gəlsə də, buna dözürdü Fidan...
Bu balaca otağa sığındıqlarındanbir necə gün keçmişdi.Fidan axşamdan uşaqları yedirib-içizdirmişdi.Hər ikisiçarpayıda bir-birinə qısılıb mışıl-mışıl yatmışdılar.Çarpa-yının ayaq tərəfindəözünə yer edən Fidan kürəyini divara söykəyib gözünü bir nöqtəyə dikmişdi.Evlərini,ata-anasını,nənə-babasınıfikirləşirdi.Uşaqlıqdan nənəsi belə soyuq qış gesələrində ona maraqlı nağıllardanışardı.Bu nağılların təsirinə düşən Fidan böyüyəndən sonra da nənəsindənnağıl söyləməyi xahiş edərdi.Nənəsi də zarafatla deyərdi:
-Ay qız,sənin ərə gedən vaxtındır,nağıl axtaran yox.
Gözlərindən yaş axa-axa Fidanınyanaqlarında xoş bir təbəssüm əmələ gəldi.Qeyri –ixtiyari öz-özünə dedi:
-Can nənə,həyatını bizə qurban verən nənə!
Birdən gözü divarın dibindəki yeganəstola sataşdı.Üstündə köhnə çaydan olan stola.Divarla stolun ayağının arasındanəsə qaralırdı.Əvvəldən heç fikir verməmişdi.
Çarpayıdan durdu,stola yaxınlaşdı,əyilib
baxanda gördü ki,köhnə pul kisəsidir.Əlinə
alıb içini açdı.Pul kisəsində xeyli pul var idi.
Amma pullar əzik idi.Görünür,əziyyətlə,həm

də uzun müddətəyığılmış pul idi.Fidan fikir-
ləşdi:”Yəqin burda qalan fəhlələrdən birinindir.Yazıq indi,Allahbilir,axtarmadığı yer qalmayıb.Bəlkə də,elə bilir, itirib.Nə əcəb,bura qayıtmaqağlına gəlməyib.Bəlkə,
gəldi,gözləyək,nə bilmək olar.Halal pul yiyə-
sinə qismət olmalıdır”.İşığı söndürüb bacı-
qardaşına qısıldı,yuxuya getdi.
Bir azdan sanki kimsə Fidanı silkələyib
"Ayıl”-dedi.Qız qəfildən gözlərini açdı.Ona elə gəldi ki,bayırda hənirti gəlir.Doğurdanda,qapı yavaşca cırıldadı. Kimsə fənər işığını
otağın künclərinə tuşladı.Fidan qorxusun-dan titrəməyə başladı. Adam çarpayıda
yatanları görmüşdü,yaxınlaşıb işığı onların
üzünə saldı.Fidan qəfildən qışqırdı:
-Əmi,əmi,nə olar,bizi öldürmə.Yox,məni öldür,bu körpələrə dəymə.
Kişi otağa bələd imiş kimi tezişığı yandırdı.Fidan hıçqıra-hıçqıra ağlayırdı.
Kişi onun çiyinlərindən tutub silkələdi:
-Qorxma,qızım,qorxma,mənim sizinlə işim yoxdur,uşaqları oyatma.
Kişinin səsindəki mülayimlik Fidanısakitləşdirdi.Bir müddət maddım-maddım
kişinin üzünə baxdı,sonra ürəklənib soruşdu:
-Əmi,siz kimsiniz?
-Mən Aydınam.Özüm Ağsu royundanam.
Əmioğlumla gəlib burda fəhləlik edir,ailə-
mizə pul göndərirdik.Artıq xərclik olmasın deyə kirayə ev tutmamışıq,buranıözümüzə
otaq düzəltmişik. Keçən həftə dedik, gedək,
evə baş çəkək.Səhər tezdən çıxdıq,avtobusa pul verəndə əmioğlum məni əlimicibimə
salmağa qoymadı.Dedi ki,mən verim,sən evə çatanda mənə verərsən.Evə çatanda əlimicibimə atdım,gördüm,pul kisəsi yoxdur.Bildim ki,burda qalıb.Əmioğlumla puluyarı böldük.Dedim,pulumu tapanda qaytaracağam.Əmin idim ki,burda qoymuşam.
Fidan tez dedi:
-Əmi,sənin pulunu bu gün tapmışam,budur,
bura qoymuşam.(Döşəyin aşağı ucunu qaldırıb göstərdi.)Bildim ki,yiyəsi gəlibçıxacaq.
Aydının gözü çarpayının ayağınasataşdı.
Gülümsəyib dedi:
-Hə,əmioğlum bir az kökdür,çarpayı onun ağırlığına tab gətirmədi,ayağı sındı.Nəyaxşı düzəlmisən.
Fidanın ona zillənmiş donuq gözlərinəbaxıb birdən xatırladı ki,bəs bunlar kimdir axı,soruşdu:
-Qızım,siz kimsiniz,burda nə edirsiniz?
Çoxdan belə mehriban səs eşitməyənFidan ağlaya-ağlaya başlarına gələnləri danışdı. Ona qulaq asdıqca kişinin gözlərindənyaş sel kimi axırdı. Fidan söhbə-
tini bitirib dayandı.Hər ikisi bir müddət din-
məzcə bir-birinə baxdılar.Nəhayət,kişi dil-
ləndi:
-Qızım,mənim bir təklifim var.Mən gedirəm rayona,evdıkilərə hər şeyidanışacağam.
Mənim iki oğlum,bir qızım var.Onlar məktəblidirlər.Evim üçotaqlıdır.Otaqlarınbirini sizin üçün hazırlayarıq.Sonra da gəlib sizi apararam,olarsınız mənim balalarım.
Bir təhət dolanarıq,ac qalmarıq. Bal da tap-
aq,şor da tapsaq bir yerdə yeyərik.Nə deyir-sən?
Bu təklif Fidan üçün göydəndüşməoldu.
Dedi:
-Əmi,mənin tibb təhsilim var,mən də işləyə-
rəm,sizə yük olmarıq,əlimdən gələni edərəm.
Sonra pul kisəsini Aydına verdi.Kişixudahafizləşib getmək istəyəndə Fidan
dedi:
-Əmi,hara gedirsiniz,bura sizin evinizdir,
qalın,səhər gedərsiniz,onsuz da səhərin açılmağına az qalıb.Yəqin həm dəacsınız,
bir tukə çörək yeyin.
-Yox,qızım,ac deyiləm,sizin boğazınıza ortaq olmayım.
-Əmi,narahat olmayın,mən sabah yenə...
Fidan”yenə dilənərəm”demək istədi,kişinin
gözündəki qayğını görüb sözünü uddu.
Aydın dedi:
-Onda gəl belə edək, bu puldan bir qədər sənə verim.Mən qayıdıb gələnə qədərdola-
nın,daha küçələrə düşmə.Razı olsan,mən də
sənə qonaq olaram.
Fidan həvəslə ayağa qalxdı,səhər yeməyiüçün saxladığı ərzaqlardan Aydına yemək
hazırladı.Bir az söhbət etdilər,Aydın həyət-
lərindən,dolanışığından,uşaqlarından danış-
dı.Beləcə, səhəri açdılar.
Aydın Fidana ürək-dirək veribrayona
yollandı.Fidangil Aydının verdiyi pulla üç
gün dolandılar.Pul qurtardı.Fidanın gözü
yolda qalmışdı.Aydın əmidən xəbər yox idi.
Dördüncü gün Fidan yenidən adamlara əl açmağa məcbur oldu.Bir həftədən sonra
Fidan Aydına olan ümidini tamam üzdü.
Fikirləşdi ki,evdəkilər razı olmadı deyə
Aydın da onları aparmağa gələsi olmayıb. Özünə təsəlli verdi ki,körpələrə nəsədeyib onları gümana salmamışdı.Amma Fidan heç vaxt bilməyəəcəkdi ki...
Aydın Fidanla sağollaşıb vağzala yollan-
dı.Vağzalda qəfildən hərbi geyimli bir nəfər
onu saxlayıb dedi:
-Aa,qonşu,salam,necəsən?
Aydın diqqətlə baxıb qonşuları Elmarı
tanıdı.
-Salam,salam,sən hara buralar hara?
-Bu gün gəlmişəm,kəndə gedirəm,dedim,bir vağzala baş çəkim,tanış-bilişvarsa,onu da götürüm,yolda darıxmayım,söhbət edə-edə
gedək.Nə yaxşı səni gördüm.Sonra gülə-
gülə əlavə etdi:
-Qorxma,yol pulu almayacağam.
Elmar hərbçi idi.Rusiyadayaşayırdı.

Yol gedə-gedəgəlişinin səbəbini Aydına
izah etdi.Sən demə,Qarabağda gedən hadisələr onu çox narahat edirmiş.Fikirlə-
şib ki,bu dar gündə elimdə ,obamda olum,
bacarığımı xalqıma sərf edim.Qərar verib ki,birdəfəlik Azərbaycanaqayıtsın.İndi gedib ata-anası ilə görüşəcək,1-2 gündən sonra cəbhəyə yollanacaqdı.
Amma atalar demiş:”Sən saydığınısay,
gör fələk nə sayır”.Havalar soyuq keçdiyindən yollar buz bağlamışdı.Ağsu
aşırımını keçərkən Elmar qarşıdan gələn
avtomaşınla toqquşmamaq üçün öz maşı-
nını yana verəndə sükan əlindən çıxdı,ma-
şın dərəyə yuvarlandı.Elmar Rusiyada qalan
ailəsi ilə valideynlərinin,Aydın isə Fidanla öz ailəsinin gözünü həmişəlikyollarda qoydu.

... ... ...

Aradanxeyli vaxt keçmişdi. Fidan yaşamağa nə rahat bir sığınacaq, nə də ki, iş yeritapa bilirdi. Aclıq və yorğunluq onu taqətdən saldığından yanaqları solmuşdu. Arıqladığından sifətində ləkələr,dodaqlarının qıraqlarında qırışlar əmələ gəlmişdi. Hansı qapını döyüdü, kiminyanına gedirdisə, heç bir kəsin ona rəhmi gəlmirdi, bəziləri ona yalnız miskin dilənçi kimi baxırdı.

Hər gün cəbhə bölgəsindən şəhid cənazəsiningəlməsinə baxmayaraq, paytaxda müharibə yaşanmırdı. Hamı öz kefind