adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Dekabr 2019 14:42
88585
MƏDƏNİYYƏT

QƏHRƏMANLARIMIZIN TƏBLİĞ OLUNMASI GÜNÜN PRİORİTET MƏSƏLƏSİ OLMALIDIR

Ümummilliliderimiz Heydər Əliyev belə bir müdrik kəlamı var: "Hamımızın ümumi vəzifəmizxalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyəhazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.”

Bu günlərdəBakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə AzərbaycanınMilli Qəhrəmanı Əlif Hacıyevin xatirəsinə həsr olunmuş "Əlif Hacıyev –Qarabağın cəngavəri” adlı tədbirdə sözün həqiqi mənasında ulu öndərinbu çağırıışına əməli işlə layiqli bir cavab gördüm. Təqdirəlayiq hal idi ki, məktəbin3c sinif rəhbəri Ofelya Babayevanın təşəbbüsü ilə keçirilən bu tədbiradi bir tədris günündə ərsəyə gəlmişdi.

Tədbirdə Xətai rayon İcraHakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun,ATU-nun rafedra müdiri, tarix elmlər doktoru professor Şikar Qasımovun, tarix üzrəfəlsəfə doktoru, əməkdar jurnalist, polkovnik Hikmət Xudiyevin, YAPPirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun, Xocalı rayon İcra Hakimiyyətindəİctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Bakı şəhəri üzrənümayəndəsi Xəlil Vəliyevin, Əlif Hacıyevin döyüş dostu və silahdaşı Nazim Hüseynovun,AzərbaycanınMilli Qəhrəmanı Bəxtiyar Allahverdiyevin, pedaqoji elmlər doktoru, professorAkif Abbasovun çıxışları məktəblilər tərəfindən maraqla qarşılandı. Müharibəşahidlərini dinləmək, canlı Milli Qəhrəmanlaünsiyyətdə olmaq şagirdlərdə məmnunluq yaradaraq onlarda vətən sevgisini, vətənpərvərlikhisslərini artırdı.



3c sinif şagirdlərininifasında vətənpərvərlik mövzusundanümayiş etdirdikləri ədəbi-bədii kompozisiya, jurnalistİlham Cəmiloğlunun ssenari müəllifi olduğu "Əlif Hacıyev – Qarabağın cəngavəri”film, muğam ustalarının ifaları anım tədbirinə xüsusi rəng qatdı.

Tədbirdə Əlif Hacıyevin bacısıŞükufə Hacıyeva cıxış edərək qeyd etdiki, adi bir təqvim günündə qardaşı Əlif Hacıyevin bu cür ehtiramla anılması dövlətin, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyiilə aparılan siyasətin, şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, şəhid ailələrinəsonsuz ehtiramın nəticəsidir.

Sözü gedən tədbirdə ƏlifHacıyev kimi vətənimizin qeyrətli övladlarının Qarabağ müharibəsində göstərdiyi şücaətlərin təbliğ olunmasıerməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin AzərbaycanPrezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geriqaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığına tədbiriştirakçılarında bir daha əminlik yaratdı.

…Sıraviyurnalist olaraq bir zamanlar bir sırada olduğum paqon yoldaşımın – ƏlifHacıyevin işıqlı xatirəsinə həsr olunmuş bu tədbir məndə də çox böyük xoş təəssüratyaratdı. Tək ona görə yox ki, dəyərli ziyalılarımızla, müfaribə veteranları iləfürsət tapıb görüşdüm, maraqlı çıxışları, musiqi ifalarını dinlədim. Həm də onagörə ki, heç kimdən sifariş, tapşırıq almadan – məhz qəlbinin səsi ilə sıravibir sinif müəllimi olaraq Ofelya Babayevanın bu vətənpərvər addımı, bütün təşkilatiişlərlə bağlı məsələləri şəxsi iradəsi ilə qarşılamağı məndə qürur hiisiyaratdı. Onun bu addımı bu gün firavan Azərbaycanda yaşamağımız üçün şəhidolanlara böyük bir ehtiramın nümunəsi idi. Tədbirdə yüksək bədii zövqləhazırlanmış Əlif Hacıyevin şərəfli ömür yolunu əks etdirən foto-güşə, səhnədə ƏlifHacıyevin rəsm portreti, tədbir iştirakşılarının yaxalarında Əlif Hacıyevinfotosunun əks olunduğu nişanın olması, diqqəti cəlb edən dizaynla tərtibolunmuş dəvətnamələr və s. şəhidə sonsuz ehtiramın, ona həsr olunmuş anım tədbirinədiqqətin təzahürü idi. Sıravi bir müəllimin - Xətai rayonu 95 nömrəli tam ortaməktəb məktəbin 3c sinif rəhbəri Ofelya Babayevanın təşəbbüsü vətəşkilatşılığı ilə keçirilmiş bu tədbir sanki orta məktəb üçün deyil, daha böyükmiqyaslı məkan üçün nəzrdə tutulmuşdu və o, çoxlarımıza nümunə olacaq bir vətənpərvərliknümunəsi idi.

Hikmət CƏMİLZADƏ