adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 May 2020 10:27
55303
ƏDƏBİYYAT

Qəbrin nurla dolsun, ay Emin Piri! - Taleh Mansur yazır

Mən bir Emin Piri tanıyıram: bəstəboy, yaylı-qışlı əyni yalın, saçlarınaanadangəlmə çal düşmüş.Yox, yox, bu, siz tanıyan Emin Piri deyil. Mən tanıdığım Emin Piri şeir yazmır, sizintanıdığınız Emin Pirinin yazdığı şeirləri həyat ssenarisinə çevirib bala-balayaşayır özü üçün. Mənim tanıdığım Emin Piri hər gün dünyasını dəyişir. Başınıaşağı salıb yaşaya bilmir sizin yaşadığınız dünyada. Öz dünyasına Adəm olmağagedir. Darıxanda hər qabırğasından bir "Həvva" düzəldir özünə .Arabir bu dünyaya şərab içməyə gəlib-gedir, vəssalam. İçdiyi şərabdı,"zakuskası" da Hamınızı sevirəm" cümləsi.

Nəsimini soyan kimi soyuradamlar ürəyini. Nəsimini soyan kimi soyur kafelər, restoranlar,"pub"lar ciblərini. Mənim tanıdığım Emin Piri uşaqlar olan yerdə nəfəsalmır. Uşaqların ciyərlərinə çatacaq havanı öz ciyərlərinə çəkməyi özünə harambilir. Uçan quşların bir gün göy üzündən yıxılacağına inanıb əli ürəyininüstündə, səksəkə içində yaşayır. Dişlərinin dibi gicişən bir quduz itə beləözünü dişlədə bilər. Yetər ki, quduz itin sevgidən uzaq düşmüş ürəyi rahatolsun. Medal, mükafat hərisi deyil. Ən böyük arzusu- bir şəhid sinəsinəsancılmağa hazırlaşan düşmən gülləsini ürəyinə bükməkdi. Ən böyük arzusu-günahsızuşaqlara tuşlanmış güllələri bir badə şərab kimi başına çəkməkdi. Bütün sevilməyənqadınları Məcnun kimi sevir. Evsiz-eşiksiz qadınlara bir otaqlı evdi. Bütünağrılar ona sevilməyən və atılmış qadınlar qədər doğmadı.

Siqaretini kibritlə yandırmır bu yığvalıqara, saçını kirpiklərini ütə-ütəəyilib tonqaldan, ocaqdan yandırır. Darıxırtanımadığı adamlardan ötrü. Yüz il sonra dünyaya gələcək bir qızın acı taleyiniürəyinə dərd eləyir. Yad bir adamın qəbrinin üstündə hönkür-hönkür ağlayabilir. Ağlamaq demişkən, adam səni dirigözlü ağlamaq istəyir, ay Emin. İçmə o zəkkumşərabı, çəkmə o zəhrimar siqareti, alma sinənə ağrıların hamısını. Tökmə gözlərindənbu dünyanın olan-qalan göz yaşlarını, bu qədər dərin yazma. Bizə də bir badə şərab,bir gilə siqaret, bir tikə ağrı, bir damcı göz yaşı, bir kəlmə söz saxla...

Nəfəsin kəsilsin, ay Emin, adamın nəfəsi çatmır səndən danışmağa. Sənin kimi adamları tərifləyib dağ başınaqaldırmaq lazım deyil. Sənin kimi adamları ya asmaq lazımdı, ya da güllələmək.Haqq üçün, sənin kimi adamlar qəbir kimi daha çox sevimli olurlar. Ya Allah!Siftə məndən, hərəkət Allahdan: -Qəbrin nurla dolsun, ay Emin Piri!